Böyük Britaniyanın etnoqrafiyası



Yüklə 103,43 Kb.
səhifə25/43
tarix23.12.2023
ölçüsü103,43 Kb.
#157111
1   ...   21   22   23   24   25   26   27   28   ...   43
Böyük Britaniyanın etnoqrafiyası imtahan sualları

Toy adətləri. Toy adətlərindən biri gəlinin rəfiqələrinin gəlin donunu geyməsi ilə əlaqədardır.Onlar gəlini lənətləmək anlamına gəlir.Bəylə gəlin kilsənin qarşısında bir – birilə əhd-peyman edib,içəri daxil olurlar və şahid ən yaxın insanlardan seçilir.İngilislərinin toy ənənələri 16-19-cu əsrə qədər böyüklər tərəfindən müəyyənləşib .Gəlinlər və nişanlı qızlar toya qədər bəyi görmürdülər. Qızlar 7 yaşında olanda artıq onların gələcək həyat yoldaşları müəyyən olunmuş olurdu. XVII əsrdə bu adət kəskin tənqid olundu və gənclər bu məsuliyyətdən boyun qaçırmaq üçün qaçıb gizlin evlənirdilər. 1753-cü ildə nəşr olunan Hardvik aktı ilə iki və ya şahidin olması təsdiq olundu. Gəlinlər toyda uğur üçün qızıl nal taxirlar və toy mərasimində toy piroqu yeyilir.Orta əsrlərdə İngiltərədə oğlanlar təklifini qızın qapısına yemışan budağı qoyaraq bildirirdilər. Əgər qız yemişanı götürüb.gülkələm qoyursa deməli oqlanı qəbul etmir.
Soyad hər zaman Britaniyada problem olub və ingilislər soyad dəyişməyi uğursuzluq kimi qəbul edir. Toy günü seçimində şənbə gününü seçirlər, bu keçmişdə uğursuzluq sayılırdı. Cümə günü və ayın 13 də uğursuz sayılırdı.

30. Şotlandların adət-ənənələri.
Onlarda kifayət qədər milli adət ənənələrini qoruyub saxlamağa nail olmuşlar. Onlar milli musiqi və rəqslərə çox bağlıdır. Digər xalqların hələ XIV əsrdən unutduğu valenkanı onlar qoruyub saxlamışlar. Şotlandların dövrümüzə gəlib çatan adətlərindən biri klan sistemini qoruyub saxlamaqdır. Klan-Şotland dilində varis deməkdir. Ənənəyə görə şotland klaudlarının hamısı öz başlanğıclarını adəmdən götürürlər. Şotlandların həyatına təsir edən amillərdən biri traybalizmdir. Yəni tayfa ənənələrinin qalıqları bu günə qədər qalır. Futbol onların milli adət-ənənələrinin ayrılmaz hissəsi idi. Şotlandlar İngilislərə qarşı oynayanda millətçi olur. Digər tərəfdən Şotland liqasında reynuri (katiblik) ilə seltiq (protestant)ın oyunu dini qarşıdurmaya çevrilir. Bu iki komandadan heç birinə təəssübkeşlik göstərməyənlər Şotlandiyada ateist adlanır. Onların milli oyunları arasında qolf xüsusi yer tutur. Hər an kiçik Şotland kəndində belə qolf oynamaq üçün meydan var. İngiltərə sərhəd rayonlarında reqbi oyunu geniş yayılıb. Şotlandların adətlərində klublarda viski və ya pivə içmək, idman oyunlarını müzakirə etmək xüsusi yer tutur. Ovçuluq və balıqçılıqla məşğul olmaq adəti bu gündə davam edir. Milli Şotland parlamentinin buraxılmasından 300 ilə yaxın bir dövr keçməsinə baxmayaraq parlamentalizm ənənəsi qorunub saxlanılmış və 1998-ci ildə Şotland parlamenti öz işini davam etdi. Siyasi baxışlarına görə şotlandlar injilislərə görə daha çox solçudular. Qanunvericilikdə onlar digərlərindən fərqlənirlər. 1707-ci ildə İngilis Şotland uniyası bağlandı. Uniyada kilsə və qanunların birləşdirilməsi nəzərdə tutulmamışdı. Şotland qanunları Roma hüquqlarına əsaslanır.
Şotlandiyada 16 yaşından yuxarı şəxslər evlənməkdə azaddırlar. Bunun üçün gənclər ailələrinin icazəsinə ehtiyac duymurlar. Cütlük evlilik tarixini müəyyənləşdirdikdən sonra toyun necə keçəcəyi barədə fikirləşirlər.İndiki dövrdə əksər gənclər sağdış - soldış qohumların da iştirak etdiyi toy mərasimlərinə üstünlük verirlər.Toyun dəvətnamələrinə, gəlinlik və cehizlərə ,kilsələrdəki güllərə, gəlini gətirən maşına görə qız tərəfi xərcləri ödəyir. Bura toy boyu çəkilən şəkillərin pulu da daxildir. Bəy tərəfi isə üzüklərə,evlilik lısenziyasına, keşişə görə pul ödəyir. Bəy həm sağdışa, həm də soldışa kiçik hədiyyə verir. O cümləsən onlara və gəlinin ailəsinə gül dəstələri hədiyyə edir. Sağdış adətən gəlinin bacıları, baldızı olur. Onların sayı 6-ya qədər olur. Nişan üzüyü soldan 3–cü barmağa taxılır. Adətə görə gənclərin evlənmə xəbərini ilk öncə valideyinləri eşitməlidirlər.
Şotlandiyada gəlin toydan bir gecə əvvəl ailə böyüklərinin ortasında oturar və onlara ayaqlarını yuduzdurar. Bu ənənə inanca görə cütün xoşbəxtlik yolunda getmələrini simvollaşdırır.Toyda isə gəlin hər iki ayaqqabısına da xırda pul qoyar. Şotlandiyada bəy gəlini öz ailəsinə qəbul etmək üçün onunçiyninə gümüşü sancaqlarla bəzədilmiş dama – dama yaylıq bərkidirlər. Mərasimdən sonra dostlar gəlin və bəyin ayaqlarını yuyurlar. Bununlada onları yeni həyata hazırlayırlar. Şotlandiyada bazar günü paltar yuyub asmaq qadağandır.Toyun uğurlu keçməsi üçün ağ süpürgə kolundan hazırlanmış budaqlardan da istifadə edilir. Bu gül Malvina adlı şotland gözəlinin bədbəxtliyi olmuşdur. Malvina sevgilisi Oskarı itirdikdən sonra bu gülün başqa cütlüklər üçün xoşbəxtlik rəmzi olmasını arzu etmişdir.


Yüklə 103,43 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə