Böyük Britaniyanın etnoqrafiyası


İrlandların milli geyimləri



Yüklə 103,43 Kb.
səhifə22/43
tarix23.12.2023
ölçüsü103,43 Kb.
#157111
1   ...   18   19   20   21   22   23   24   25   ...   43
Böyük Britaniyanın etnoqrafiyası imtahan sualları

28. İrlandların milli geyimləri
İrlandlar – üçün birrəngli narıncı yubkalar, uzun kurtkalar, açıq rəngli köynəklər (varatniksiz) və böyük mahuddan hazırlanan beret xarakterikdir. Onlar əsasən 2 köynək geyinir. Köynəklərin uzunluğu sosial vəziyyətdən asılı olaraq müxtəlif olurdu. Uzun köynəklər cəmiyyətdə varlı təbəqənin simvolu idi. Ərdə olan qadınlar qolları görünməsin deyə enli qollu paltarlardan imtina edirlər, ya da onun altından dar qollu köynək deyirlər. Bundan əlavə evli qadınlar baş və ya çiyin örtuyu olan pelerina geyinirdilər. Pelerinadan eyni zamanda dul, yaşlı və kilsə qadınları istifadə edirlər. Amma onlar pelerinaya bəzək vurmurlar. Yundan hazırlanan uzun plaşlar brrat adlanır. XVI əsrdə şalvarlar yayıldı. Coraba, ayaqqabıya gəldikdə dəqiq fakt yoxdu. Saqalara əsaslanaraq qeyd etmək olar ki, onlar əsasən ayı xəzindən hazırlanmış qetra adlı corab geyirdilər. Ayaqqabı kimi əsasən ağac başmaqlardan istifadə edirdilər.
Rəsmi irlandiya geyimini müasir step rəqsi kostyumları ilə əlaqələndirirlər. İrlandiya bataqlıqlarinda bəzi əşyalar tapılmışdır.Bu əşyalar əsasən bataqlıqda od üçün torf axtarılan zaman tapılmışdır. Bu tapıntıların çoxu yaxşı vəziyyətdə qalmışdır.
1824-cü ildə Sliqo şəhəri yaxınlığındakı bataqlıqda yun geyimdə kişi cəsədi tapılmışdır. Cəsəd 6 fut dərinlikdə basdırılmışdır. Onun yaşı bilinməsədə 12-ci əsrə aid olduğu ehtimal olunur. Onun geyiminin yuxarı hissəsi boş, aşağısı isə ayağa və topuğa bərkidilmiş şala bənzər şalvardan ibarət idi. O, həmçinin dizə qədər uzanan, kətandan tikilmiş və “leine” adlanan paltar da geyinmişdi. Bu paltarın aşağı hissəsi açıq vəziyyətdə 8 fut dairə şəklində idi. Bu köynəyin qolları dirsəyə qədər sıx dirsəkdən sonra isə açıq və boş şəkildə olurdu. Bütün bunların üstündən isə yundan tikilmiş qolsuz palto geyinmişdi.Bu paltonun uzunluğu 9 fut idi. Palto yuxarıdan düz şəkildə kəsilmişdi. Aşağıdan isə dairə şəklində kəsilmişdi. Belə paltolar qədim zamanlarda böyük vəzifə bildirirdi və əsasən başçılara pay kimi verilirdi.Bu paltoların üstündəki rənglər onun sahibinin rütbəsini və vəzifəsini bildirirdi: 1 rəng qullar və xidmətçilər, 2 rəng əsgərlər və fermerlər, 3 rəng görkəmli qəhrəmanlar və cavan hökmdarlar, 4 rəng fəxri vətəndaş, 5 rəng rəhbərlər, 6 rəng hakimlər və 7 rəng krallar və şəhzadələr.
1843-cü ildə Shinrone yaxınlığındakı bataqlıqda bastırılmış qadın paltarı tapılmışdır. Bu paltarın 16-cı və ya 17-ci əsrə aid olduğu güman edilir. Paltar yaxşı şəkildə qorunub saxlanılmışdı və boz yun parçadan tikilmişdi. Yubkanın aşağı hissəsi dairəvi şəkildə 22 fut uzunluğundadır və aşağısında 92 hörük var.1931-ci ildə Moy, Co. Clare yaxınlığında don tapılmışdı. Bu donun 15-ci əsrə aid olduğu güman edilir. Don kobud toxunma yun parçadan tikilmişdi. Donun qolları dar şəkildə qoltuq altılara qədər düymələnirdi. Belə donları həm də qadınlar geyinirdi. Bu don İrland dərzilərinin əvvəlki əsrlərə nisbətən inkişaf etdiyini göstərir.
12-ci əsrdə İrlandlar əsasən qara yun paltarlar geyinirdilər. Çünki, İrlandiyadakı qoyunların əksəriyyəti bu rəngdə idi. Bundan başqa onlar kiçik parçaların bir - birinə tikilməsindən hazırlanan və arxasında çiyindən dirsəyə qədər uzanan papaqlı kürklər də geyinirdilər. Bu kürklər əsasən müxtəlif rənglərə boyanırdı və qabaqdan biz ilə bəkidilirdi.13-cü əsr İrland geyimlərinə aid məlumat demək olar ki, yoxdur və bu dövrün geyimləri keçən əsrdəki ilə eynilik təşkil edir.14-cü əsrdə İrlandlar hələ də “leine” və kürk geyinirdilər, lakin bəzi fərqliliklər var idi. Bu dövrdə İrlandlar İngilislərin təsiri ilə şalvardan istifadə etmirdilər. Çünki bu kətandan hazırlanmış şalvarlar barbar geyimi sayılırdı. İrland kürkü geyinən krallar yaxşı zövqə malik hesab olunurdu. Bu dövrdə al- qırmızı rəngdə olan geyimlər daha geniş yayilmışdı.İrland qadınlarının bu dövrdəki geyimi haqqında mənbələr də çox da məlumat yoxdu. Lakin onların kişilərə nisbətən daha uzun “leine” geyindikləri güman edilir.Qadınlar da həmçinin palto geyinirdilər və paltonu sinə hissəsində biz və ya sancaq ilə bərkidirlər. Bundan başqa onlar sancağı saçlarına bağlamaq üçün də istifadə edirdilər.
15-ci əsrdə İrland geyiləri haqqında məlumat çox azdır. Lakin güman olunur ki, İrlandlar 15-ci əsrdə İngilis geyimlərini mənimsəmişlər.Bu məlumat İngilis Kralı VI Henri tərəfindən verilmiş fərmandan götürülmüşdür. Fərmanda deyilir ki, heç bir ingiltərəli İrlandlar kimi geyinməməlidir. Əgər onlar İrland kimi geyinsəydi onlara da İrland kimi bəslənəcəkdi. Bəzi məlumatlara görə İrlandlar qəsdən İngilislər kimi geyinirdilər ki, onlara uyğunlaşsınlar və bu da İngilis işğalçılarına problem yaratmağı asanlaşdırırdı. Lakin buna baxmayaraq İrland geyimləri əksər İrlandlar tərəfindən geyinilirdi.Kral VII Henrinin dövründə əlcəkçilər və çəkməçilər arasında münaqişə var idi. Münaqişənin səbəbi isə kəmər düzəltmək hüququ və kəmərin yeni tərzləri və növləri idi. Yüksək sinfin nümayəndələri əsasən yaxşı paltarlar, ipək, və qizildan istifadə edirdilər. Kasıblar isə korlanmış, qalın yun kətandan tikilmiş paltarlar geyinirdilər.
16-ci əsrdə İngiltərədə və Avropanın digər hissələrində də geyimlər dəyişmişdi.
VIII Henri və I Elizabetin hakimiyyəti illərində sarı rəng qadağan olunmuşdu. Çünki bu rəng İrlandların sevimli rəngi sayılırdı. İrland geyimləri tikmək üçün istifadə olunan parçalar məhdudlaşdırılmışdı.Uzun saç saxlamaq və kürk geyinmək qeyri-qanuni hesab olunurdu. İngilislər belə hesab edirdilər ki, bu insanın əsl şəxsiyyətini gizlədirdi. Hətta onlar kürkə müxtəlif adlar da vermişdilər: “cinayətkarların evi, qiyamçı yatağı və oğru üçün əla kürk”.
1562-ci ildə bu qanunlara qarşı Olster şahzadəsi O Neal öz mühafizəçiləri ilə birlikdə I Elizabetin məhkəməsinin qarşısında peyda oldu. Onlar keçəl vəziyyətdə, əllərində balta və qıfillı saç ilə gəlmişdi. Onlar sarı rəngə boyanmış, uzun qollu köynəklər geyinmişdi.Orta əsrlər və Renessans dövründə İrlandiya əhalisi “leine” adlanan, kətandan hazırlanan və əsasən yun jaket, şalvar və “mantle” adlanan tüklü plaş geyinirdilər. Qadınlar isə uzun paltar və qabaqdan bağlanmış, qeyri-adi kətan baş örtüyündən istifadə edirdilər. Bu paltarlarla birlikdə onlar parçadan tikilmiş əlcəklər geyinirdilər.18-19-cu əsrlər İngilis qanunlarının və mədəniyyətinin İrlandiyada yayıldığı 18-19-cu əsrlərdə irlandların öz geyimlərindən istifadə etməsi qadağan olunmuşdu. Bu dövrdə İrland geyimləri faktiki olaraq qeyri-qanuni hesab edilirdi və İrland kişiləri və qadınları İngilislərə oxşar şəkildə geyinməyə üstünlük verirdilər. Bir qədər milli üstünlük də var idi. Məsələn. 19-cu əsr İrland qadınları qırmızı yubka və kişilər isə “sərçə quyruğu” adlanan kürk güyinirdilər.
Step rəqsi. İrland step rəqsi kilt və xüsusi naxışlanmış paltarlarla əlaqələndirilir və çox insanlar bunu milli İrland geyimi hesab edir. Buna baxmayaraq bu xüsusi naxışlarla bəzədilmiş paltarlar 90-ci illərə aid edilir. Diochra-ya əsasən, 19-cu əsr İrland rəqqasları bazar günləri özlərinin ən yaxşı paltarları hesab olunan dizdən şalvarlar geyinirdilər. Onlar rəqs üçün xüsusi paltarlar da geyinirdilər. 20-ci əsr ərzində, bu rəqs geyimləri və üsulları bir neçə dəfə dəyişmişdi.
Bir çox insanlar inanır ki, kilt tarixi İrland geyiminin bir hissəsidir, çünki kişi rəqqaslar tez-tez kitdən istifadə edirlər. “ Clannada na Gadalica” əsərinə əsasən kiltin tarixi İrland geyimi olduğuna dair heç bir dəlil yoxdur.Başqa bir mənbəyə görə isə kilt İrlandiyada 1900-cu illərdə, İrland Millətçisi Padraic Pearse-in James O Kelly-ə dizdən şalvar əvəzinə kilt geyinməyi məsləhət gördüyü vaxtdan geyinilmişdir. Kilt step rəqsində 1930 və 1940-cı illərdə məşhur idi və buna görədir ki, bir çoxları onu milli İrland geyimi hesab edir.


Yüklə 103,43 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə