Böyük Britaniyanın etnoqrafiyası


Şotlandların milli geyimləri. İngilislərin adət-ənənələri



Yüklə 103,43 Kb.
səhifə23/43
tarix23.12.2023
ölçüsü103,43 Kb.
#157111
1   ...   19   20   21   22   23   24   25   26   ...   43
Böyük Britaniyanın etnoqrafiyası imtahan sualları

29. Şotlandların milli geyimləri. İngilislərin adət-ənənələri
Şotlandlar – Bəzi əyalətlərində bu gün də xalq geyimlərindən istifadə olunur. Bu geyimlər kətandan tikilmiş qatlama yaxası olan köynəklərdən ibarətdir. Onlar qısa mahuddan tikilmiş kurtkalardan istifadə edirlər.
Qadınlar fed, yəni şaldan istifadə edirdilər. Onu çiyinlərinə atırdılar. Ayaqlarına qolfi adlı corab geyinirdilər. Qalın, kobud, ağacdan hazırlanmış başmaqlardan istifadə edirdilər. Başmaq metal toqqa ilə ayağa bərkidilirdi. Başlarına geniş ətrafı olan biret qoyurdular. Baş örtüyü kimi bonnet çıxıntıları olmayan, yumşaq parçalı kişi baş örtüyü idi. Şotlandların geyim mədəniyyətində damalı yubka – kilt xüsusi yer tutur. Hər parçadan hazırlamaq mümkün deyil. Kilt və plet yundan hazırlanmış damalı parça olan tartandan hazırlanırdı. Tartanın üzərindəki damalar silt adlanır. Rənginə, quruluşuna, görə siltlərin 2200-ə qədər növü var. Siltər insanların cəmiyyətdəki sosial mövqelərinə uyğun olurdu 1-2-3 rəngli və ya xətli siltləri zabitlər, 4 rəngli və ya xətli – əqli əməklə məşğul olanlar, 5 rəngli olanları hərbi başçılar, 6 rəngli – şairlər, 7 rənglilər isə rəhbərlər idi. 1 rəngli xidmətçilər, 2 rəngli fermerlər üçün nəzərdə tutulur. Kilt ilk əvvəl dağlarda yaşayan heyvandar tayfaların geyimi olub.
XVI-XVII əsrdə kilt düzən ərazilərə yayılmağa başlamışdı. Kiltin 2 növü var. Böyük və kiçik kilt. Böyük kilt orta hesabla 5-8 m tartandan hazırlanır. Onun bir ucu belə dolanaraq kəmərlə bərkidilir. Yerdə qalan hissəsi isə üst geyimikimi soyuqdan qorumaq məqsədilə çiynə atılırdı.
Kiçik kilt isə orta hesabla 1-2 m tartanın belə dolanması və ya kəmərlə bərkidilməsi ilə hazırlanırdı. Kiltlər dizdən aşağı olur. Kiltlə birlikdə sporran adlı çanta da geyinilir. Sporran cibi əvəz edən beldən asılır və öndə olur.
1745-ci ildə ingilislər Şotlandiyanın müstəqilliyi uğrunda mübarizə aparan orduya qalib gəlirlər və bu qələbədən sonra İngiltərə hökuməti Şotlandiya yubkalarına qadağa qoyur. Bu qadağa nəticəsində tartan parçaların rənglənmə ənənələri də unudulur və yalnız 36 ildən sonra şotlandiyalılar yubka geyinmək hüququnu özlərinə qaytara bilirlər. Bu gün həmin yubkalar çox dəbdədir, özü də yalnız Şotlandiyada yox, Avropada, İngiltərədə, və hətta Amerikada da geyinirlər. Amma tartan parçanı, yaxud şotlantkanı, yalnız yubkaların tikilişi üçün istifadə etmirlər. Şərflər, koftalar, oyuncaqlar, köynəklər, çətirlər- hər bir istehsalçı dama-dama bu rənglərin istifadəsinə görə hüquq sahiblərinə haqq ödəməlidir. Bu səbəbdən Edinburq dükanlarında satılan dama-dama əşyalar öz qiymət bahaçılıqları ilə seçilirlər.Lakin Şotlandiyaya gələn turistləri bu qiymətlər sarsılda bilmir.
Kilt – Şotlandiyanın milli paltarı olub onun əsas rəmzlərindən biri hesab edilir. Qədim zamanlarda belə hesab edilirdi ki, kilt geyinən adamlar artır bir deyil 1,5 adamdır. Hesab edilirdi ki, kiltin geyinməsi insana böyüklük, qəhrəmanlıq və döyüşkənlik verir.
Şotlandiyada toy və ya xüsusi günlərdə geyilən bu ətəklər əslində milli qürurun və ailə klan əlaqələrinin əhəmiyyətli bir simvoludur.
Şotland kişilərinin geydiyi kilt 500 illik keçmişində olduqca çox dəyişikliyə məruz qalsa da, hal-hazırda da şotlandların ənənəvi simvollarının başında gəlməkdədir. Kilt geyinmə adəti təxmini 1500-cü illərə söykənir, şotlandlar əvvəllər bu geyimi ov üçün istifadə edirdilər.
İngiltərənin müstəmləkəsi olan Şotlandiyada 1747-ci ildə o dövrdə hökm sürən İngiltərə kralı II Qeorqun (George) əmri ilə kilt geyilməsi qadağan edildi. Ancaq şotlandlar və bütün xalq Kralı etiraz edərək kilt geyməyə və ənənələrini qorumağa davam etdilər. Kilt geyiminə qoyulmuş qadağa 1782-ci ildə ləğv edildi, ancaq kilt Şotlandiya sosializminin əhəmiyyətli bir simvolu vəziyyətinə gəldi. Şotland kişilər zamanımızda da xüsusi günlərdə və mərasimlərdə kilt geyməyə davam edirlər.
Kilt tərcümədə “vücuda dolanan geyim” deməkdir. Şotlandiya kostyumu: pencək, köynək, qalstuk, kilt, kilt iynəsi, dizə qədər yun corab, lent və yüngül kostyum ayaqqabılarından ibarətdir. Ayrıca kilt şotlandlar üçün gücün, romantikliyin və dramatizmin də ən böyük simvoludur.

Yüklə 103,43 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə