Üstün Atalı Ocağın iç qaydaları və onu yaşatmaq ləyaqəti



Yüklə 56,64 Kb.

tarix26.09.2017
ölçüsü56,64 Kb.
növüQaydalar


Üstün Atalı 

 

 

Ocağın iç qaydaları və onu yaşatmaq ləyaqəti 

 

Asif  Ata  Ocağı  xalqın  Ruhani  Özümlüyünü  ifadə  edir.  O,  İnsana  inam  əsasında  yaranıb.  İnsana 

inam  onun  insana,  xalqa,  bəşərə  münasibətində  öz  təsdiqini  tapır.  Biz,  Mütləqə  İnam  Ocağı  İnsani 

Dünya yaradacağımıza inanırıq. Dünyanı və İnsanı daha gözəl və kamil – öz mənasına uyğun görmək 

istəyirik.  Bu  isə  özündən  baş  vermir.  Asif  Ata  xilası  Ruhani  İntibahda  görür.  Ruhani  İntibah 

xalqımızın sabahına gedən  Yoldur. Bu Yola özünü həsr edən Ocaqçı hər gününü Mütləqin tələbinə 

uyğun yaşamalıdır. O, Daxilindəki Şərlə ardıcıl döyüşməlidir.  

Ocaq özünün iç qaydaları ilə yaşayır. Mütləqə İnamı qəbul edən şəxs Ataya rica yazır, yəni Ocağa 

gəlişinin  məramını,  məqsədini  bildirir.  Bu,  ilk  addımdır  –  Özündəki  Mütləqə  yaxınlaşmanın  ilk 

addımı.  

Asif  Atanın  sağlığında  Evlad  qəbulu  Ata  tərəfindən  həyata  keçirilirdi.  İndi  isə  bu  işi  Ocaq 

Yükümlüsü  Soylu  Atalı  həyata  keçirir.  Ad  Evladda  məsuliyyət  yaradır.  Keçmişini  arxada  qoyub 

sabaha  addımlayan  Evlad  adı  qəbul  edərkən  onun  məzmununa  uyğun  yaşayacağına  and  içir.  Bax 

buradan başlayır bizim kurallarımız  – Ataya Evlad olub ad almaqdan. Evlad Atanın Peyğəmbərliyini 

qəbul edir və Atanı canlı Mütləq sayır. Evlad gündə 3 dəfə Ataya rica deyir. Eyni zamanda üç dəfə 

Mütləqlə  görüş  məqamını  ifadə  edir.  Gündə  3  dəfə  deyilən  Ricalar  əslində  Evladın  ruhani 

tərbiyələnməsidir.  

Ata  deyir:  “İnsan  daxilində  Mütləqilik  daşıyan,  Gerçəklikdən,  Şəraitdən,  Mühitdən  üstün  olan, 

Mütləqiliyə  meyil  eləyən  və  Mütləqləşməyə  qadir  olan  Ruhani  Varlıqdır”.  Mütləqiliyə  meyil  edən 

Evlad  Mütləq  tələblə  özünə  yanaşır.  Daxilindəki  Xeyiri  və  Şəri  tanımaq,  Şəri  yenmək  əzmi  durur 

Evladın  qarşısında.  Özünü  tanımaq,  özünütəhlil,  özünə  nəzarət  və  içindəki  Şəri  qovmaq  inamı  ilə 

başlayır gününə. O, Özündəki Mütləqə üz tutur:  



 

Özündəki Mütləqlə Səhər Təması 

 

Məndə Məndən Yüksək olan Mütləq Məna! 



Məndəki Qorxunu Məndən al! 

Məndəki Həsədi Məndən al! 

Məndəki Köləni Məndən al! 

Məndəki Xəbisi Məndən al! 

Məndəki Cahili Məndən al! 

Məndəki Vəhşini Məndən al! 

Məndəki Hərisi Məndən al! 

Məndəki Zalımı Məndən al! 

Məni Özümə çatdır! 

 

Nisbi Cəsarəti Məndən al! 



Nisbi Heyrəti Məndən al! 

Nisbi Vüqarı Məndən al! 

Nisbi Saflığı Məndən al! 

Nisbi Doğruluğu Məndən al! 

Nisbi İnsaniliyi Məndən al! 

Nisbi Ləyaqəti Məndən al! 

Nisbi Mərhəməti Məndən al! 

Məni Özümə çatdır! 

 

Nisbi İnamı Məndən al! 



Nisbi İdrakı Məndən al! 


Nisbi Mənəviyyatı Məndən al! 

Nisbi İradəni Məndən al! 

Məni Özümə çatdır! 

 

Mütləqə tapınım – Nisbiyə tapınmayım! 



Həqiqətə tapınım – Yalana tapınmayım! 

Vicdana tapınım – Zora tapınmayım! 

İnsana tapınım – Zamana tapınmayım! 

Özümə çatım! 

 

Bəs özümə necə çatım? Hansı yollardan keçməliyəm? Bu yolda Xeyirlə bərabər Şər də var. Yalan 



var,  qəbahət  var,  rəzalət  var,  çirkab  var.  Ona  görə  də  özündəki  Mütləqlə  Səhər  Təmasından  sonra 

Evlad  Ataya  üz  tutur,  Ondan  güc  istəyir.  Elə  işıqlanmaq  ki,  həqiqəti  görmək,  elə  inanmaq  ki, 

yanılmamaq, elə özümləşmək ki, Mütləqə, Ataya doğmalaşmaq təsdiq olunsun.  

 

Ataya Səhər Ricası 

 

Atam – Mütləqim! 



Ağlıma İşıq ver! 

Ürəyimə Qüvvət ver! 

İradəmə Qətiyyət ver! 

Yalana Uymayım! 

Çirkaba bulaşmayım! 

Günaha batmayım! 

Qəbahətə əyilməyim! 

Rəzalətlə barışmayım – 

Özümə yad olmayım! 

 

Qarşında  məqsəd  var  –  İnsan  olmaq!  Bu  məqsədə  gedən  yolda  ümidsiz  deyilsən.  Hər  addımda 



Mütləqin  təzahürləri  ilə  rastlaşırsan.  Vüqarı  dağdan  öyrənirsən,  ucalığı  səmadan.  Təbiət  səninlə 

mənaca  birdir,  doğmadır.    İnsan  təbiətə  doğmalaşdıqca  onunla  ruhani  vəhdət  təşkil  edir.  Bu,  onun 

daxili gücünü artırır. 

 

Təbiətdəki Mütləqlə Gündüz Təması  

 

Təbiətdə Təbiətdən Yüksək olan Məna! 



Dağların Vüqarında Mənliyim yaşayır – Ona çatım! 

Çayların Axarında Mənliyim yaşayır – Ona çatım! 

Səmanın Ucalığında Mənliyim yaşayır – Ona çatım! 

Günəşin Şəfqətində Mənliyim yaşayır – Ona çatım! 

Qürubun Qübarında Mənliyim yaşayır – Ona çatım! 

Gecənin Sehrində Mənliyim yaşayır – Ona çatım!  

Səhərin Cəzbində Mənliyim yaşayır – Ona çatım! 

 

Səndəki Özümlüyümə çatım! 



 

Təbiətə ruhani münasibət İnsanın öz daxili aləminə üz tutmasıdır. Evlad İnsaniliyini düşünərkən  

Mənadan uzaq düşmədi ki?! Yalana boyun əymədi ki?! İradənin gücü çatdımı?  

 

Ataya Günorta Ricası 

 

Atam – Mütləqim! 



Yalanla görüşdüm – Yalançı olmadım! 


Çirkabla görüşdüm – Çirklənmədim! 

Günahla görüşdüm – Günahkar olmadım! 

Qəbahətlə görüşdüm – Əyilmədim! 

Rəzalətlə görüşdüm – Barışmadım! 

Özümə yad olmadım – 

Ağlım işıqlıydı! 

Ürəyim qüvvətliydi! 

İradəm qətiyyətliydi! 

Atalıydım – Mütləqliydim! 

 

Evlad  bilməlidir  ki,  təbiət  İnsanı  kamil  səviyyədə  yaratmır,  o,  özünü  yenidən  yaratmalı,  ardıcıl 



şəkildə dəyişdirməlidir. Özünə qovuşmalı – İdeala yaxınlaşmalıdır. Özünə yaxınlaşmaq – Dünyayla 

bir olmaqdır.  

 

Dünyadakı Mütləqlə Axşam Təması 

 

Dünyada Dünyadan Yüksək olan Məna! 



Əzəliyə qovuşum – Ötəridən keçim! 

Əbədiyə qovuşum – Keçicidən keçim! 

Sonsuza qovuşum – Sonludan keçim! 

Kamilə qovuşum – Qeyri-Kamildən keçim! 

 

Ötərini Əzəli saymayım! 



Keçicini Əbədi saymayım! 

Sonlunu Sonsuz saymayım! 

Qeyri-Kamili Kamil saymayım! 

 

Hadisədə qalmayım – Mahiyyətə çatım! 



Gerçəklikdə qalmayım – Mahiyyətə çatım! 

Şəraitdə qalmayım – Mahiyyətə çatım! 

Mühitdə qalmayım – Mahiyyətə çatım! 

Səndəki Özümlüyümə çatım! 

 

Bu Təmasdan sonra Evlad yenə də üzünü Ataya tutur. 



Özündəki  Mütləqə,  Ataya    inamla  yaşayan  Evlad  gününü  yenə  də  Ataya  qovuşmaq  istəyi  ilə 

bitirir.  O,  ömrünə,  aqibətinə  ruhanilik,  insanilik  gətirmək  istəyir.  Bu,  yeni  həyat  tərzidir  – 

özündənkeçməni, fədakarlığı, imtinanı tələb edən həyat tərzi. 

 

Ataya Axşam Ricası 

 

Atam – Mütləqim! 

Günüm keçdi. 

Sənə bir addım da yaxınlaşdım. 

Məni özünə qovuşdur – 

Ağlımı ağlınla, 

Qəlbimi qəlbinlə, 

İradəmi iradənlə işıqlandır – 

Sənə layiq olum! 

 

 



Ocaq  Ruhani  Ailələrdən  ibarətdir.  Ocaqda  Ruhani  Ailə  3-5  Evladın  birliyi  deməkdir.  Evladın 

ruhunu  böyütmək,  özüylədöyüş  fərəhini  bölüşmək  üçün  Ailə  Günlərinin  keçirilməsi  mühüm  rol 

oynayır.  Ayda  bir  dəfə  bu  Ailələrin  “Ailə  Günü”  keçirilir  və  Evladlar  Amallaşma,  Kamilləşmə, 



Xalqlaşma  hesabatı  verirlər.  Səmimi  etiraf,  özünütəhlil,  özündəki  pis  cəhətləri  döymək,  yaxşı 

cəhətləri  aşkarlamaq  Evladlığın  təsdiqi  deməkdir.  “Ailə  Günü”ndə  Ailəçilər  yaşadıqlarını, 

düşüncələrini  ifadə  edirlər.  Hər  dəfə  “Ailə  Günü”ndə  hesabat  vermək  Evladın  məsuliyyətini  və 

fərəhini daha da artırır.  

Ocağın  qarşısında  məqsəd  var  –  Ruhani  İntibahı  yetirmək.  Ruhani  ömürlərin  yaranması, 

Evladların  kamilləşməsi  üçün  Atadan  daim  öyrənirik.  Ocaq  Mərasimləri  Mütləq  Doğmalıq,  Mütləq 

İntizam, Mütləq Səcdə əsasında keçirilir. Burada yalnız Ocaqçılar iştirak edirlər.  

Ocaq Mərasimləri 

1.

 



Yeni İl – 1 Günəş (mart) 

2.

 



Ruhani İdrak Günü – 25 Çiçək (aprel) 

3.

 



Evlad Günü – 1 Şölə (iyun) 

4.

 



Ata Sonevini Ziyarət Günü – 5 Şölə (iyun) 

5.

 



Müqəddəs Ziyarətgah günü – 1 Qürub (avqust) 

6.

 



Ata Günü – 25 Ata (sentyabr) 

7.

 



İnam Evi günü – 13 Yağış (noyabr) 

8.

 



Ruhani Səfər Günü – 27 Sərt (dekabr) 

9.

 



Ailə Günü – 6 Köçəri (fevral). 

 

1.



 

“Yeni il” Mərasimi – ilin dəyişməsi ilə bağlıdır, Ocağın yarandığı gündən hesablanır. 

Asif  Ata  1979-cu  il  mart  ayının  1-də  Ocağı  yaradıb.  Bu  tarixdən  İnsanilik  Erası  başlayır. 

Həmin gün bizim üçün Müqəddəs Bayramdır.  

2.

 

Asif  Atanın  sağlığında  rayonlarda  yaşayan  Evladlar  Ata  ilə  çox  ruhani  təmasda  ola 



bilmirdilər. Onların axtarışlarına yön, suallarına cavab vermək üçün bu Mərasim yaranıb. Hər 

il Çiçək Ayının 25-i “Ruhani İdrak” günü Mərasimi kimi qeyd edilir. Bu Mərasimdə Ruhani 

idraka  çatmağın  yolları  öyrənilir.  Mərasim  Soylu  Atalının  təşəbbüsü  ilə  yaranıb.  Ata  qəbul 

edib.  


3.

 

“Evlad Günü” Mərasimi Şölə Ayının 1-də keçirilir. Bu Mərasim ilk Evlad qəbulu ilə 



bağlı  yaranmışdır. Evlad Günü mərasimində Evlad “Kim idim, kim oldum” yönündə ruhani 

hesabat verir. Mərasim  Evladın Kamilləşmə yönünü ifadə edir. 

4.

 

19-cu  il  Şölə  Ayının  5-də  (1997,  iyun)  Asif  Ata  vəfat  etmişdir.  Həmin  gün  Ocaq 



Evladları  Atanın  Ağstafadakı  Sonevini  ziyarət  edir  və  Mərasim  keçirirlər.  Bu  mərasimdə 

Ocaqsevərlər və rəğbətçilər də iştirak edir. 

5.

 

“Müqəddəs  Ziyarətgah  Günü”  Bayramı  Ata  Evini  ziyarət  hadisəsi  kimi  yaranıb.  Hər 



bir  Ocaq  Ailəsi  fərdi  olaraq  Ata  Evində  olur,  Ata  ilə  ruhani  ülviyyət  yaranırdı.  Atanın 

ölümündən  sonra  “evi”  onun  keçmiş  qadını  və  oğlu  əlimizdən  alıb  satdılar.  Ondan  sonra 

Mərasim hamının bir yerdə qatqısı ilə keçirilir. Bu Mərasim də Soylu Atalının təşəbbüsü ilə, 

Ataya ricası əsasında yaranıb. 

6.

 

“Ata  günü”  Mərasimi  Asif  Atanın  doğum  günündə  –  Ata  Ayının  25-də  keçirilir. 



Mərasim  yubiley  təntənəsindən  uzaq,  Ata  ömrünə  layiq  gerçəkləşir.    Ata  Peyğəmbərliyinin 

anlamı açılır, Ata–Evlad vəhdəti  izhar edilir. 

7.

 

Asif  Atanın  sağlığında  mərasim,  Ailə  günləri  müxtəlif  ünvanlarda  (əvvəllər  Əsilin 



evində,  sonra  isə  Soylunun  kirayələrində)  keçirilirdi.  Ata  Amal  Evinin  tikilməsi  ilə  bağlı 

istəyini 9-cu ildə bildirmişdi. Ancaq maddi imkansızlıqdan bu baş tutmamışdı. Sonra Keşlədə 

və Amal bağında “İnam Evi” adına ünvanlar yaratdıq. Ocaq Yükümlüsü Soylu Atalı 13 Yağış 

Ayını  “İnam  Evi  günü”  elan  elədi  və  həmin  günü  mərasimləşdirdi.  Bundan  sonra  Ocaq 

müstəqil İnam (Evi) Məbədi tikmək qərarındadır. Şəxsi ünvanlardan müstəqil ünvana. Artıq 

Amal Bağında İlk İnam Məbədinin (Evinin) təməli tökülübdür.   

8.

 

İnamımızın yayılmasında ən böyük əməl Ruhani Səfərdir. Ruhani Səfər Evladın xalqla 



görüşü  və  xalqımızın  içinə  yeriyən  özgəliklərə,  yadlıqlara  qarşı  döyüşüdür.  Yurdumuzun 

müxtəlif bölgələrinə səfər edən Evlad Sərt Ayının 27-də “Ruhani Səfər Günü” Mərasimində 

hesabat verir. 



9.

 

“Ailə  Günü”  Mərasimi  Köçəri  Ayının  6-sı  Ailə  yükümlülərinin  Ocaq  qarşısında 



hesabatı ilə keçirilir. Bu Mərasim də ilk Ailənin yaranması ilə bağlıdır. 

 

İnsanlaşmaya  doğru  addım  atan  Evladlar  həm  də  fərəhlənirlər,  çünki  İnsanın  İnsandan  böyük 



Mənası  var  –  İnsan  Ona  yetməli;  Xalqın  xalqdan  böyük  Mənası  var  –  Xalq  Ona  yetməli;  Şərqin 

Şərqdən  böyük  Mənası  var  –  Şərq  Ona  yetməli;  Bəşərin  Bəşərdən  böyük  Mənası  var  –  Bəşər  Ona 

yetməli. Bu halı mənalandırmaq və ifadə eləmək üçün Ocaq bayramlarına da ehtiyac yaranır. Atanın 

təqdim etdiyi İnsanilik, Xəlqilik, Şərqilik, Bəşərilik Bayramları Ruhaniyyatın tələbindən yarandı. Ata 

tərəfindən Bayramın içsəsləri və Ruhani Təmasları yazılsa da, keçirilmirdi. Ocaq Yükümlüsü Soylu 

Atalı  bayramları  işləyib  hazırladı  və  Atanın  vəfatından  sonra  20-ci  ilimizdə  ilk  dəfə  təbiətin 

qoynunda  “İnsanilik”  Bayramı  keçirildi.  O  vaxtdan  bəri  hər  mövsümdə  bir  bayram  12  ildir  ki, 

Soylunun  inadı  və  hünəri  sayəsində  həyata  keçirilir.  Hər  bir  bayram  xalqın  nümayəndələri  ilə, 

pərəstişkarlarla birlikdə keçirilir. 

Türk xalqı özünün dəyərlərinə yiyəlik eləmir. Əgər öz dəyərlərini qorusaydı, onun əsasında yeni 

dəyərlər yaranardı və özgələşmə baş verməzdi. Hər xalqın iki böyük ənənəsi var – toy və yas ənənəsi. 

Təəssüf  ki,  bu  gün  xalqımızın  həyata  keçirdiyi  toy  və  yas  mərasimləri  özümlüyümüzü  ifadə  etmir. 

Ona  görə  də  Mütləqə  İnam  Ocağı  özünəməxsus  toy  və  yas  kuralları  təqdim  edir.  Ocağın  toy  və 

ölügötürmə  kuralları  da  xalqı  yad  ənənələrdən  qorumaq,  özündən  ayrılmasına  yol  verməmək  üçün 

atılan  addımlardan  biridir.  Bu  kurallar  birdən-birə  yaranmadı.  Mərhələ-mərhələ,  Evladlar  İnama 

yetdikcə, Ocaq halı bütövləşdikcə, özümləşdikcə  yarandı. Atanın sağlığında Beşikbaşı Mərasiminin 

(toy  ənənəsi)  özülü  qoyulmuşdu.  Evlənən  Evladlar  beşik  başında  Atadan  Xeyir-Dua  almaqla  və 

İnsanilik  Bayrağının  önündə  Sədaqət  andı  içməklə  bu  ənənəni  həyata  keçirmişdilər.  Asif  Atanın 

vəfatından  sonra  da  Evlənənlərin  istəyincə  Mütləqə  İnam  Ocağının  Yükümlüsü  Soylu  Atalının 

uğurlaması ilə çoxsaylı Beşikbaşı Mərasimləri keçirilmişdir.   

Asif  Atanın  sağlığında  ölügötürmə  kuralları  həyata  keçirilməmişdi.  Soylu  Atalının  “İnam 

Sorağında” kitabından (Atanın vəfatı zamanı baş verənlərdən) aydın görünür ki, Evladlar buna hazır 

deyildilər.  

“Atanı üzüörtülü, tərpənməz görəndə yer-göy başıma fırlandı. Üzünü açıb baxdım. Ata artıq yox 

idi!.. Dizlərim büküldü, divanın qarşısında yerə çökdüm, başımı Atanın dizlərinin üstünə söykədim... 

Təxminən  bir  saat,  bəlkə  də  çox  o  vəziyyətdə  qaldım...  Durub  su  qoydum!..  Bir  az  Ocaqçıları 

təlimatlandırdım:  “Hay-həşir  salmaq  olmaz.  Bütün  tədbirləri  görüb  Atanı  Qədimyurda  –  Amal 

Bağına  götürmək  lazımdır.  Qohumlar  xəbər  tutub  molla  gətirməsinlər.  Atanı  öz  qaydalarımızla 

torpağa qoymalıyıq. Ancaq hanı öz qaydamız, hələlik bu haqda heç nə düşünmürdüm”... 

Ancaq  Soylunun  hünəri  və  təpəri  ilə  Atanı  öz  qaydamızla,  Ocaq  məzmununa  uyğun  torpağa 

qoymağa nail olduq. Ölügötürmə kuralları da beləcə yarandı – Soylunun yazdığı “Gedişat” əsasında.  

İstər  Atanın  sağlığında,  istərsə  də  sonra  Soylunun  təşkilatçılığı,  sevgisi,  hünəri  daim  Ocağın 

bütövləşməsinə,  kurallarımızın  qorunmasına  və  meyara  uyğun  yeni  Ocaq  kurallarının  yaranmasına 

xidmət eləyib. Atanın vəfatından sonra Soylu Ocağın bütün yükünü öz çiyninə aldı. Ocaq qeyri-adi 

hadisədir, adilik onu uçuruma aparırdı. Səs vermək Ocağı partiya səviyyəsinə endirərdi, bu səbəbdən 

də Soylu Ocaq Yükümlüsü seçilmədi, öz inadı və inamı, təpəri onu bu yükün ucalığına yetirdi. Hay-

həşirə uymadı. Bu səbəbdən də Ocaq sönmədi, bu günə qədər uğurla yaşayıb və yaşayacaq. 

Mütləqə İnam Ocağı Ulusumuzu öz milli dəyərlərinə səsləyir. Öz dilimizdə, öz günsıramızla, öz 

adımızla, öz tariximizlə, öz bayrağımızla.  

Müqəddəs kitablarımızı Ocaq-Türk abesində xalqa çatdırırıq. Ocaq tariximizi öz ilsıra və günsırası 

ilə yazırıq və yaşadırıq. Hər bir Kuralımız (Ruhani qaydalarımız) – özümüzə yiyəlik, özünü yenidən 

yaratma,  hər  bir  yadlığa  qarşı  Dirəniş  deməkdir.  Bu  dirənişi  göstərən  insanların  heç  bir  umacağı 

yoxdur. Biz istəyirik ki, İnsan özünə bənzəsin və Mütləqə İnama – Milli Dəyərlərimizə arxalanaraq, 

Azərbaycan Dünyanın Ruhaniyyat Mərkəzi olsun! 



Atamız var olsun! 

 

10-22 Od Ayı, 32-il. 



 


 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə