Böyük Britaniyanın etnoqrafiyası


İrlandiyada yaşayış məskənləri və evləri



Yüklə 103,43 Kb.
səhifə21/43
tarix23.12.2023
ölçüsü103,43 Kb.
#157111
1   ...   17   18   19   20   21   22   23   24   ...   43
Böyük Britaniyanın etnoqrafiyası imtahan sualları

26. İrlandiyada yaşayış məskənləri və evləri
İrlandiya – da ilk yaşayış məskənləri e.ə I minilliyin ortalarında yaranıb. Kənd məskənləri üstünlük təşkil edirdi. Kiçik həyətli məskənlər geniş yayılmışdı. Xutorlara da təsadüf olunurdu. Evlər əsasən daşdan tikilirdi. Arxeoloji və yazılı mənbələr bunu sübut edir. Evlərin divarları gil ilə suvanırdı. Daş evlər daha çox düzən ərazi üçün xarakterik idi. Bataqlıq ərazilər üçün isə bünövrə daşdan, divarlar kərpicdən olurdu. Evlərin damı ikitərəfli və saxsı ilə örtülürdü. Şəhərlər erkən orta əsrlərdə meydana gəlməyə başladı. Mərkəzdə meydan var idi. Küçələr əyri olsa da qarışıq deyildi. Vikinqlərin dövründə şəhərlərin ətrafına əvvəlcə ağac sonra daşdan hasarlar çəkmişdilər. Burada XVI əsrdən şəhər divarlarının kənarı tikilməyə başladı (binalar). Çoxsaylı qədim qalalar var. Vikinqlərin dövründə tikilmişdi həm yaşayış, həm müdafiə üçün Böyük Britaniyada yaşayış evləri ilə təsərrüfat binaları ayrı-ayrılıqda tikilirdi. Evlər evin daxilində divarlarda hörülmüş peçlər vasitəsilə qızdırılırdı. Sadə xalqla müqayisədə feodalizmin meydana gəlməsi ilə əyanların evlərində fərqlər yarandı.

27. İngilislərin milli geyimləri
İngilislər-Böyük Britaniya xalqlarında tarixi milli geyimlərdən dövrümüzə ən az gəlib çatanı ingilislərin milli geyimləridir. İlkin xalq geyimi qorunmamışdır. XVIII-ci əsrin sonu ingilis geyimləri 50-60-cı illərin sonu artıq İngiltərə mədəniyyətində və modasından Şarnir çənbərləri çıxarılmağa başlandı.Şarnir tumanları elə növdə hazırlanmış paltarlar hesab olunurdu ki, onların altından qadınlar enli çənbərlər geyinir və geniş paltarlarla avropada seçilirdilər. Ancaq bu paltarların dəbdə qalan hissəsi isə gövdədən yuxarı olan paltar sayılırdı. Müasir dövrdə ingilis kostyumu adı altında tanınan geyim forması – XIX əsrdə meydana gəlmişdir. İngilis geyimləri sadəliyi, ciddiliyi, biçim sadəliyinə görə fərqlənir. İngilis geyim mədəniyyətində köynək xüsusi yer tutur. Tipik ingilis köynəkləri ipəkdən, yundan, tvindən biçilirdi. Eyni zamanda ənənəvi naxışlı, geometrik fiqurlarla bəzədilmiş köynəklər geniş yayılmışdı.
İngilis geyimlərinin ayrılmaz hissəsini qalstuk təşkil edir. XIX əsrdə qalstuk daha çox aktiv, işgüzar stili ifadə etmək üçün istifadə olunurdu. İngilis geyimlərində bluza, yəni üst köynəyi yer tutur. Bluza həm qadın, həm kişi geyimi kimi istifadə olunur. İngilislərin geyim tarixində köynəyin üstündən geyilən qısa kurtkaya oxşar dublet və qolsuz uzun üst geyimi olan mantu xüsusi yer tuturdu. Dubletin çerkin adlı növü geniş yayılmışdı. Çerkin qolları və bədəni bir-birinə ayrıca bənd edilmiş üst geyimdir. İngilsilərdə plaş geniş yayılmışdı. Nisbətən qısa idi. Beldən nisbətən aşağı uzanırdı. İngilislər şalvarlardan skandinaviyalılarla tanış olduqdan sonra istifadə etmişdilər, lakin ondan atçılığın inkişaf etməsindən və at sürmək üçün rahat olduğundan geniş yayılmağa başladı.
Geyim tarixində mahuddan hazırlanmış baş ötrükləri kimi kiçik şapkalardan istifadə olunmuşdur. İngilislər ayaqqabı kimi dəri səndəllərdən, ağac başmaqlardan istifadə edirdilər. Feodalizmin yaranması ilə varlı təbəqə dizdən yuxarı çatan dəri çəkmələrdən istifadə edirlər.
Ayaqqabı dəbinə gəldikdə yay mövsümündə əsasən Sandal adlanan dəri ayaqqabılardan ağac başbaqlardan, qışda və yağışlı mövsümdə Boots adlanan dəri çəkmələrdən istifadə edirlər.
Uşaq paltarları- Uşaqlar evdə, dincələndə və həyətdə dostları ilə oynayanda rahat paltarlar, yəni T-shirts, jins, idman paltarlar geyinməyi sevirlər. Yeniyetmələr üçün doğru geyim seçmələri vacibdir. Onların çoxu yeni dəbdə olan geyimlərə daha çox üstünlük verirlər. İngilis yeniyetmələri “topshop”, “ Koanai” kimi mağazalardan bazarliq etməyi sevirlər. Uşaqları əsasən rəngarəng geyinirdilər. Məktəbdə uşaqlar məktəbli formaları geyinirlər. Bəzi məktəblərdə uşaqlar jaket və qalstuk geyinirlər.
Oğlanlar: ağ köynək, məktəb qalstuku və üzərində məktəbin loqosu olan jempr jaket. Aşağı hissədə qara yaxud boz şalvar (yayda qısa şalvar) geyinilir.
Qızlar: eyni rəngli yubka, köynək və jempir geyinir.
Ölkənin iqlimilə əlaqədar olaraq qadınlar qışda möxtəlif heyvan tüklərindən hazırlanan furcoat adlanan kürklərdən, kişilər isə paltolardan istifadə edirlər.


Yüklə 103,43 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə