Böyük Britaniyanın etnoqrafiyası


Şotlandiya mətbəxi və onun xüsusiyyətləri



Yüklə 103,43 Kb.
səhifə29/43
tarix23.12.2023
ölçüsü103,43 Kb.
#157111
1   ...   25   26   27   28   29   30   31   32   ...   43
Böyük Britaniyanın etnoqrafiyası imtahan sualları

34. Şotlandiya mətbəxi və onun xüsusiyyətləri
Şotland mətbəxi uzun, çətin inkişafın və xarici mətbəxlərin təsiri nəticəsində yaranıb. Qədim Şotlandiyada duzlama və hisə vermə üsulu, dünyada məhsulların ən yaxşısının və delikatesinin ən məhşurlarının yaranmasına əsas verir. Ucsuz-bucaqsız tarlalarda ən yaxşı növ mal əti, qoyun əti və maral əti istehsal etməyə şərait yaradır.Sərin göllərində, şəffaf çaylarında və Şotlandiyanı yuyan dənizlərində cürbəcür balıqlar və molyuskalar var. Bar verən torpağında dənli bitkilər, əla tərəvəzlər, məsələn kartof, və şirəli giləmeyvələri bitir. Bütün bu indiqriyentlər üzərində gözəl Şotland mətbəxi əsaslanıb, hansı ki öz peçeniyeleri ilə, jemləri ilə, marmeladları ilə bütün dünyada məşhur olan viskisi ilə tanınır.
Şotlandiyanın kulinar ənənələri, baçqa ölkələrdə olduğu kimi ocaqda yemək hazırlamaqdan başlayıb. İlk olaraq böyük küpdə suda bişirilmiş ətdən, tərəvəzlərdən və yarmalardan hazırlanan isti və doyumlu yeməkdən yazmaq olar. Bu ilk yemək hazırlama üsulları Şotland süfrəsinə böyük təsir göstərib və ona oxşar yeməklər hələ rastımıza çıxa bilər: məsələn küpdə toyuq, pivədə dana əti və cürbəcür qatı şorbalar.
Şotland mətbəxi özünün qeyri-adiliyi ilə fərqlənir. Şotland mətbəxi üçün saxsı qablarda toyuğun bişirilməsi, mal ətinin pivədə bişirilməsi xarakterikdir. Yarmalardan hazırlanmış kaşalar xarakterikdir. Duru yulaf sıyığı Şotlandiyanın milli məhşur yeməyi sayılır. O səhər yeməyində verilir. İndi də bu sıyığın cürbəcür bişirilmə növləri var, nəsildən – nəsilə ötürülür. Şotlandlar digər xalqlardan fərqli olaraq qatı və həlimli suplardan istifadə edirlər. Bunlar əsasən ətdən, kartofdan, yarmalardan, kələmdən və balıqdan hazırlanır. Məsələn “kulen skink” ( hisə verilmiş balıqdan) ibarətdir. Mevə, tərəvəzdən də çox istifadə edirlər. Mətbəxlərində kartof geniş yayılıb. Xüsusi olaraq balıq supları yayılıb. Soğandan da müxtəlif suplar hazırlanır. Şotlandların ən məşhur yeməyi haqqis adlanır. Bu yemək qoyun ətindən və arpadan hazırlanır. Bu yeməyi hazırlamaq üçün qoyunun mədəsindən istifadə olunur. Qoyunun işalatını, arpa və cürbəcür ədviyaları quzunun və ya qoyunun mədəsinə doldurulub bişirilir. Süfrəyə isidilmiş halda, kartof püresi və badələrdə viski ilə verilir. Yeməklərdə müxtəlif ədviyyətlardan istifadə olunur. Yağda qızardılmış kəvər, xardalla qızardılmış treska, müxtəlif balıq ətindən hazırlanmış piroqlardanda istifadə edirlər. Burda da çaydan geniş istifadə olunur. İngilislər kimi Şotlandların da sevimli içkisi çay sayılır. Çay – pudinq, cemlərlə qəbul olunur. Desertə müxtəlif şirin pudinqlər, jemli bulkalar, kekslər hazırlanır. Bunların ən sadəsi –“ krannançan” isə çalınmış qaymaq, yulaf ləpələri və giləmeyvələrdən ibarətdir. Çaydan başqa pivə də məşhurdur.


Yüklə 103,43 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə