Böyük Britaniyanın etnoqrafiyası


İngilislərin milli mətbəxi



Yüklə 103,43 Kb.
səhifə30/43
tarix23.12.2023
ölçüsü103,43 Kb.
#157111
1   ...   26   27   28   29   30   31   32   33   ...   43
Böyük Britaniyanın etnoqrafiyası imtahan sualları

35. İngilislərin milli mətbəxi
İngilis – mətbəxi ölkənin mülayim iqlimi, ada – coğrafi mövqeyi və tarixi sayəsində formalaşmışdır. Digər Avropa ölkələri ilə qarşılıqlı əlaqə Şimali Amerika, Çin, Hindistan kimi ərazilərdən ideyaların qəbul edilməsi daxildir. Nəticə etibarı ilə qədim dövrlərdəki ənənəvi qidalar ( çörək və pendir, qızardılmış və pörtlədilmiş ət, həmçinin balıq məhsulları) indi Amerikadan gətirilən kartof, pomidor və soyuğa davamlı məhsullarla, Hindistan və Banqladeşdən gətirilən Ştatlardan “ Fast food” ( sürətli qida) dəyişiklərini tez qəbul etməyə öyrənib. İngilislər indi digər millətlərə nisbətən daha çox “ Fast food” yeyirlər və 1984-1993-cü illər arasında “ Fast food” restoranlarının satışı iki dəfə artmışdır. İnsanların bu cür yeməyə daha çox müraciət etməsinin bir çox səbəbləri vardır. Belə ki, “ Fast food” çox dadlı olmaqla, asan və tez başa gəlir, kolori ilə zəngindir. Beləliklə Britaniya dünyanın bütün ərazilərindən kulinariya ideyalarını mənimsəməkdə davam edir. 1960- cı ildən etibarən Britaniyada ümumi ailə yeməyi “Spaqetti” olub.
“Sunday roast” adlı bazar günü yeməyi ingilis mətbəxinin əsasıdır. Bazar günü yeməyinə adətən, qızardılmış kartofla yanaşı, qızardılmış cücə. Müxtəlif çeşidli tərəvəz daxildir. Yokşir pudinqi və sous isə, əsas xörəyə əlavə olaraq süfrəyə təqdim olunur.
İngiltərədə balıq və qızardılmış kartofları (çipsi) ilə məşhurdur. Bunlar İngiltərəyə xas olan məşhur yeməklərdir və əhalinin bu məhsullara təlabatını ödəmək üçün ölkədə çoxlu sayda restoranlar fəalliyyət göstərir.
İngilis naharına qızardılmış çörək, bişmiş pomidor, paxla, qızardılmış göbələk, kolbasa, yumurta ( qayğanaq, qaynadılmış yumurta ) daxildir. İngilis kolbasası fərqlidir. Təzə ətdən və bəzi vaxtlar isə hisə verilmiş ətdən hazırlanır, tərkibinə ədviyyat qatılır. Kolbasanın bir növü qara pudinqdir. Bu əsasən, Lankaşir zonasının mətbəxi üçün səciyyəvidir. İngilislər hisə verilmiş balıq, donuz və qaxac edilmiş donuz ətini çox xoşlayırlar.
İngilis mətbəxi Avropanın ən ləzzətsiz mətbəxdir. Onlar mətbəx mədəniyyətində souslardan istifadə etmirlər. Əsasən ət yeyirlər. Ət yeməyindən ən geniş yayılan bifştes, rostbif-dir (qızardılmış ət). Bu yeməklərin hazırlanması zamanı o dərəcədə qızardılır ki, möhkəm kütləyə çevrilir. Ada ölkəsi olaraq İngiltərədə balıqdan geniş istifadə olunur. Meyvə, tərəvəzə də ehtiyac çoxdu. İngilislər çörəkdən az istifadə edirlər. Çörək çox vaxt müxtəlif yarmalardan, meyvə-tərəvəzlərdən hazırlanmış pudinqlərdən istifadə olunur. İngilislərin yemək mədəniyyətinə müxtəlif suplar da daxildir. Amma gündəlik yemək hesab olunmur. Gündəlik menyuda müxtəlif qəlyanaltı buterburotlar yer tutur. İri buynuzlu mal-qara əti, donuz əti istifadə olunur. Əsas içkiləri çaydır. Çayı südlə içirlər. Həm səhər, həm nahar, həm şamların ayrılmaz elementi çaydır. Çayla eyni zamanda süfrəyə müxtəlif kekslər, pirojnalar gətirilir. İngilislər çay süfrəsində “ kəpənək tortu” adlanan şirniyyatı, biskivitləri, buterburodları xoşlayırlar. Son illərdə bitkilərdəndən hazırlanmış çaylar da məhşur olub. Kofe burada Avropa ilə müqayisədə az yayılıb. Kofeni çox vaxt İngilislər südlə içirlər. Şəkər adətən, tək-tək çay, yaxud kofe fincanlarına əlavə olunur. İçki mədəniyyətində pivələr xüsusi yer tutur. Viski, romb, portvi geniş yayılıb. XX əsrin 60-cı illərindən İngiltərədə Avropa Asiya yeməkləri geniş yayılıb. Milli bayramlarda ən çox hind toyuğundan istifadə olunur. Farş şəklində (çəkilmiş ət) Yeni il üçün xüsusi pudinqlər hazırlanır. Pasxa üçün xaç şəklində bulka bişirilir. Qaf-foks bayramı üçün sasiska ilə kartof hazırlanır.

Yüklə 103,43 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə