Böyük Britaniyanın etnoqrafiyası



Yüklə 103,43 Kb.
səhifə38/43
tarix23.12.2023
ölçüsü103,43 Kb.
#157111
1   ...   35   36   37   38   39   40   41   42   43
Böyük Britaniyanın etnoqrafiyası imtahan sualları

Ədəbiyyat: Şotlandiya ədəbiyyatı XXI əsrin ortalarında parlayan Robert Berns yaradıcılığı ilə Şotlandiya ədəbiyyatında böyük bir mərhələ oldu və poeziya ilə bərabər nəsr və dramaturgiyanın da inkişafına təkan verdi. Bu dövrün parlaq nümayəndəsi Robert Stevenson, Artur Konan Doyl yaradıcılığa dünya ədəbiyyatının obrazlarını gətirdi.
XXI əsrdə Coan Roulinq Harri Potter seriyası ilə dünyada şöhrət qazanmışdır.

40. Böyük Britaniya xalqlarının milli musiqisi
Kelt musiqisi və mədəniyyəti.. Son zamanlar 2 min il bundan əvvəl buraya gəlmiş keltlərə məxsus musiqi populyarlaşmağa başlayıb. Onun inkişafının zirvəsi isə XX əsrin 60-70-ci illərinə təsadüf edir.
Keltlərin musiqi və rəqsi haqqında İrlandiya , Şotlandiya və Uelsdə qorunmuş xalq mahnı və rəqsləri əsasında fikir yürüdə bilərik. Bu rəqslər musiqinin taktına görə yerində fırlanmaq, spiralvari və dairəvi hərəkət etməkdən ibarətdir. Bu hərəkətlər Kelt ornamentinin naxışlarını xatırladır. Hər bir rəqqasa rəqsin texniki tələblərini pozmadan müəyyən hərəkət sərbəsrtliyi verilir. Hətta söyləyirlər ki, rəqsin fiqurlarına görə ,rəqqasın əslən haradan olduğunu müəyyənləşdirmək olar. Musiqiyə gəldikdə isə onun kökləri ən primitiv alət olan insan səsində axtarmaq lazımdır. Antik yazıçılar yazırlar ki, keltlər öz səslərindən “ müharibə aləti” kimi istifadə edirdilər: belə ki, döyüşə atılan qəhrəman qorxunc səslər çıxarırdı. Hərbi tarixçilərdən biri hesab edir ki, Amerikada vətəndaş müharibəsi zamanı bir konfederat tərəfindən yüksək tonda çıxarılan davamlı ,tükürpədiçi səsin kökü kelt qəhrəmanlarının qədim səslərinə gedib çıxır. Çünki konfederatların dəstələrində çoxlu şotland ,irland və vallilər vardı.
Şotlandların musiqisi.
Şotlandlar musiqini çox sevirlər. Simfoniya orkestrinin konsertləri rok, pop, cazz musiqiləri çox məşhurdur. Xalq musiqiləri oxumaq hələ də azaddır. Çoxlu folklor qrupları vardır. Rok və pop musiqisi gənclər arasında çox məşhurdur. 1960-70-ci illərdə ən məşhur tanınmış pop qrupu Bitles idi. Bitles qrupunun oxuduğu bütün mahnılar demek olar ki , Con Lennon və Paul Kartney tərəfindən bəstələnmişdir və bu mahnılar hələdə məşhurdur.
Şotlandiyada yay fəslinin demək olar ki . hər gecəsində folklor qruplarının təşkil etdikləri konsertlər olur. Sanki karnavalı xatırladır. Konsertlər əsasən küçələrdə, dənizin yaxınlığında keçirilir. Bütün əhali gecə yarisina qədər konsertdə rəqs edir, əylənir. Bəzi insanlar isə dəniz sahilində uzaqdan gələn musiqi sədaları altında dincəlirlər.
Ümumiyyətlə , Şotlandlar milli musiqi və rəqslərə çox bağlıdır. Digər xalqların hələ XIV əsrdən unutduğu Valinka musiqi alətini Şotlandlar qoruyub saxlamışlar. Şotlandiyalı tuluq zurnaçısı. Bütün Kelt xalqları kimi, Şotlandiya dünyada interkelt tədbirlərdə iştirak edir. Şotlandiyada o cümlədən bir neçə musiqi festivalları keçirilir. Bunlardan "Celtic Connections" və "Hebridean Celtic Festival" saymaq olar. "Şotlandiyada rəqs" hesabatına görə, 2011-ci ildə bir milyona yaxın adam son 12 ayda rəqs fəaliyyətində iştirak edib. Şotlandiya musiqisində Şotlandiyada yaşamış keltlərin musiqi folkloru, sonralar isə Avropa mühacirlərinin musiqi mədəniyyəti öz əksini tapmışdır.


Yüklə 103,43 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə