Böyük Britaniyanın etnoqrafiyası


Şotlandların milli musiqi alətləri və xalq rəqslər



Yüklə 103,43 Kb.
səhifə39/43
tarix23.12.2023
ölçüsü103,43 Kb.
#157111
1   ...   35   36   37   38   39   40   41   42   43
Böyük Britaniyanın etnoqrafiyası imtahan sualları

41. Şotlandların milli musiqi alətləri və xalq rəqslər
Şotlandlar musiqini çox sevirlər. Simfoniya orkestrinin konsertləri rok, pop, cazz musiqiləri çox məşhurdur. Xalq musiqiləri oxumaq hələ də azaddır. Çoxlu folklor qrupları vardır. Rok və pop musiqisi gənclər arasında çox məşhurdur. 1960-70-ci illərdə ən məşhur tanınmış pop qrupu Bitles idi. Bitles qrupunun oxuduğu bütün mahnılar demek olar ki , Con Lennon və Paul Kartney tərəfindən bəstələnmişdir və bu mahnılar hələdə məşhurdur.Şotlandiyada yay fəslinin demək olar ki . hər gecəsində folklor qruplarının təşkil etdikləri konsertlər olur. Sanki karnavalı xatırladır. Konsertlər əsasən küçələrdə, dənizin yaxınlığında keçirilir. Bütün əhali gecə yarisina qədər konsertdə rəqs edir, əylənir. Bəzi insanlar isə dəniz sahilində uzaqdan gələn musiqi sədaları altında dincəlirlər.Ümumiyyətlə , Şotlandlar milli musiqi və rəqslərə çox bağlıdır. Digər xalqların hələ XIV əsrdən unutduğu Valinka musiqi alətini Şotlandlar qoruyub saxlamışlar. Şotlandiyalı tuluq zurnaçısı. Bütün Kelt xalqları kimi, Şotlandiya dünyada interkelt tədbirlərdə iştirak edir. Şotlandiyada o cümlədən bir neçə musiqi festivalları keçirilir. Bunlardan "Celtic Connections" və "Hebridean Celtic Festival" saymaq olar.
"Şotlandiyada rəqs" hesabatına görə, 2011-ci ildə bir milyona yaxın adam son 12 ayda rəqs fəaliyyətində iştirak edib.
Şotlandiya musiqisində Şotlandiyada yaşamış keltlərin musiqi folkloru, sonralar isə Avropa mühacirlərinin musiqi mədəniyyəti öz əksini tapmışdır.
Məşhur ənənəvi Şotlandiya musiqi aləti Qreyt Haylend tuluq zurnası - çalğıçının qoltuğu altında yerləşən üfürülmüş tuluq tədricən sıxılır və bu zaman musiqi alətinin borusundan çıxan hava barmaqlarla çalınır. Tuluq zurnası və müxtəlif növ zərb alətlərindən ibarət olan Tuluq zurna dəstələri, şotland musiqi üslublarını nümayiş etdirir və dünyada geniş şəkildə yayılmışdır. Klarsax (arfa), skripka və akkordeon da ənənəvi Şotlandiya alətləri sayılır və sonuncu iki musiqi aləti sıx şəkildə Şotlandiya kantri rəqsi dəstələrində yer alır. Bu gün Şotlandiyada müxtəlif individual və musiqi qrupları müxtəlif üslubda uğur qazanır, onlardan Enni Lennoks, Emi Makdonald, Runrig, Young Fathers, Cocteau Twins, Deacon Blue, Franz Ferdinand, Suzan Boyl, Paolo Nutini, Kelvin Harris, Emeli Sande, Texas, The View, The Fratellis, Twin Atlantic, Biffy Clyro və Şirli Mensonnu qeyd etmək olar.


Yüklə 103,43 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə