Böyük Britaniyanın etnoqrafiyası



Yüklə 103,43 Kb.
səhifə35/43
tarix23.12.2023
ölçüsü103,43 Kb.
#157111
1   ...   31   32   33   34   35   36   37   38   ...   43
Böyük Britaniyanın etnoqrafiyası imtahan sualları

Şotlandlar. Onlarda kifayət qədər milli adət ənənələrini qoruyub saxlamağa nail olmuşlar. Onlar milli musiqi və rəqslərə çox bağlıdır. Digər xalqların hələ XIV əsrdən unutduğu valenkanı onlar qoruyub saxlamışlar. Şotlandların dövrümüzə gəlib çatan adətlərindən biri klan sistemini qoruyub saxlamaqdır. Klan-Şotland dilində varis deməkdir. Ənənəyə görə şotland klaudlarının hamısı öz başlanğıclarını adəmdən götürürlər. Şotlandların həyatına təsir edən amillərdən biri traybalizmdir. Yəni tayfa ənənələrinin qalıqları bu günə qədər qalır. Futbol onların milli adət-ənənələrinin ayrılmaz hissəsi idi. Şotlandlar İngilislərə qarşı oynayanda millətçi olur. Digər tərəfdən Şotland liqasında reynuri (katiblik) ilə seltiq (protestant)ın oyunu dini qarşıdurmaya çevrilir. Bu iki komandadan heç birinə təəssübkeşlik göstərməyənlər Şotlandiyada ateist adlanır. Onların milli oyunları arasında qolf xüsusi yer tutur. Hər an kiçik Şotland kəndində belə qolf oynamaq üçün meydan var. İngiltərə sərhəd rayonlarında reqbi oyunu geniş yayılıb. Şotlandların adətlərində klublarda viski və ya pivə içmək, idman oyunlarını müzakirə etmək xüsusi yer tutur. Ovçuluq və balıqçılıqla məşğul olmaq adəti bu gündə davam edir. Milli Şotland parlamentinin buraxılmasından 300 ilə yaxın bir dövr keçməsinə baxmayaraq parlamentalizm ənənəsi qorunub saxlanılmış və 1998-ci ildə Şotland parlamenti öz işini davam etdi. Siyasi baxışlarına görə şotlandlar injilislərə görə daha çox solçudular. Qanunvericilikdə onlar digərlərindən fərqlənirlər. 1707-ci ildə İngilis Şotland uniyası bağlandı. Uniyada kilsə və qanunların birləşdirilməsi nəzərdə tutulmamışdı. Şotland qanunları Roma hüquqlarına əsaslanır.
Şotlandiyada 16 yaşından yuxarı şəxslər evlənməkdə azaddırlar. Bunun üçün gənclər ailələrinin icazəsinə ehtiyac duymurlar. Cütlük evlilik tarixini müəyyənləşdirdikdən sonra toyun necə keçəcəyi barədə fikirləşirlər.İndiki dövrdə əksər gənclər sağdış - soldış qohumların da iştirak etdiyi toy mərasimlərinə üstünlük verirlər.Toyun dəvətnamələrinə, gəlinlik və cehizlərə ,kilsələrdəki güllərə, gəlini gətirən maşına görə qız tərəfi xərcləri ödəyir. Bura toy boyu çəkilən şəkillərin pulu da daxildir. Bəy tərəfi isə üzüklərə,evlilik lısenziyasına, keşişə görə pul ödəyir. Bəy həm sağdışa, həm də soldışa kiçik hədiyyə verir. O cümləsən onlara və gəlinin ailəsinə gül dəstələri hədiyyə edir. Sağdış adətən gəlinin bacıları, baldızı olur. Onların sayı 6-ya qədər olur. Nişan üzüyü soldan 3–cü barmağa taxılır. Adətə görə gənclərin evlənmə xəbərini ilk öncə valideyinləri eşitməlidirlər.
Valli. Aystedbud vallilər tərəfindən meydana gəlib, poeziya və musiqi yarışından ibarətdir. Aystebdud 1176-cı ildə keçirilib. 1860-cı ildə köhnə ənənələri bərpa etmək üçün milli Aystebdudlar cəmiyyəti yaranıb. Hər il Uelsdə Aystebdudların təşkilatçıları və icraçıları olan bardların festivalı olur. Bardlar druid formasında minlərlə digər vallilərlə birlikdə festivala toplaşır və vali dilində müxtəlif konkurslar keçirirlər. Sonda ən yaxşı xanəndə, musiqiçi, şair seçilir. Onların idman həyatında futbol, kriket əsas yer tutur. Bundan başqa tenis, at yarışları, ov yarışları, avtomobil yarışları və s. geniş yayılmışdı. Digər Britaniya xalqlarında olan klublar burada da var. Dünyada ilk qadın klubu 1915-ci ildə burda (Uelsdə) yaranıb.

Yüklə 103,43 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə