Böyük Britaniyanın etnoqrafiyası


İrlandların milli mətbəxi



Yüklə 103,43 Kb.
səhifə31/43
tarix23.12.2023
ölçüsü103,43 Kb.
#157111
1   ...   27   28   29   30   31   32   33   34   ...   43
Böyük Britaniyanın etnoqrafiyası imtahan sualları

36. İrlandların milli mətbəxi
İrland mətbəxi: Tarixən İrlandların mətbəx mədəniyyətində dəniz məhsulları üstünlük təşkil edir. Əlverişli coğrafi ərazidə yerləşməsi dəniz məhsullarını rahat əldə etməyə şərait yaratmışdı.Yabanı otlar və tərəvəzlər də qida rasionuna daxil olsada bu fəsildən asılı olurdu. İrlandlar əsasən ovçuluq və heyvandarlıqla məşğul olmuşlar. Xalqın əsas qidası iri buynuzlu heyvan olub. Yayda onlar “ağ ət”, süd, qatıq, kəsmik, pendir; qışda isə təbii ət yeyirdilər.Heyvanların kəsimi payızda başlayırdı. Uzun müddət əti saxlamaq üçün onu duzlayırdılar. Bu məhsul təzə ətdən iki dəfə baha sayılırdı. Həm saxlama qaydasına görə, həm də duzun bahalığına görə. Kasıblar ən ucuz ət sayılan donuz ətini duzlayırdılar. Ucuzluğuna baxmayaraq donuz əti ən ləzzətli delikates sayılırdı, onsuz bayram və qonaqlıqlar keçmirdi. Porsuq və suiti əti də delikateslər içinə daxil olurdu. Ev və çöl dovşanını xarab kərə yağında qovrulurdu. Hər evdə qaynayan qazanı olan ocaq müqəddəs yer sayılırdı.
Müasir mərhələdə ət və süd məhsulları xususi yer tutur. Müxtəlif tərəvəzlər, yabanı halda bitmiş bitkilərdən də İrland mətbəxində geniş istifadə olunur. Ən geniş yayılmış milli İrland yeməyi Peri-dir. Böyük Britaniyada ən çox kartofdan istifadə edən irlandlardır. Kartofdan müxtəlif suplar, piroklar, çörək və s. hazırlanır. Məşhur İrland yeməyi folkannon da əsasən kartofdan hazırlanır və ona soğan, kələm və müxtəlif ədviyyalar əlavə olunur. Çəmr irlandların kartofdan hazırladıqları digər yeməkləridir. Kartofdan irlandlar bokst (qızardılmış kartof) hazırlayırlar. İrlandların menyusunda balıq xüsusi yer tutur. Daha çox qızıl balıq, xan balığı, farel, durna balığı istifadə olunur. Çoxlu sayda çörək növlərinə malikdir. Buğda unundan və çovdar unundan fərqlı, sodalı çörək geniş yayılıb. Kartof çörəyi var. Brem-bred-meyvə çörəyi çayla yeyilir. İrlandların ənənəvi içkisi qəhvədir. Çaydan da istifadə olunur. Amma tarixən spirtli içkilər olmayıb amma müasir dövrdə ən çox spirtli içkiləri içən onlardı.


Yüklə 103,43 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə