3
5
Bu kitabda haqqında danışılan düşüncənin hədsiz sadəliyi bəşəriyyət
tarixinin müəyyən məqamlarında dünyanı dəyişməyi bacardı və
sübut etdi ki, “mümkünsüz heç nə yoxdur.”
Sadəlik haqqında
Mümkünsüz nəyisə gerçəkləşdirmək istəsəniz, sizə bir şey kömək edə bilər - düşüncənin
hədsiz sadəliyi.
Məqsədlərə daha asan çatmaq üçün: sözçülükdən, çeynənmiş fikirlərdən və manipulyasiyadan
imtina edin.
Ələk unu qalıqdan ayıran kimi sizin ağlınız da dəyərli fikirlərinizi lazımsız düşüncələrdən
ayırır.
Uinston Çörçill bu cür fikirləşmə üsuluna çox inanırdı. O, Blez Paskalın məktubundan sitat
gətirməyi sevirdi:
«Mənim qısa məktub yazmağa vaxtım yox idi, ona görə də ətraflı yazdım».
7
O bilirdi ki, sadəliyə çatmaq çətin məsələdir. Bu məqamda Bertran Rasselin dediyi
«əzablı mülahizələr zərurəti»
məfhumundan istifadə etmək lazımdır.
Sadəlik təkcə əməl etməli olduğumuz intizam deyil, həm də sınaqdır. O, bizi dəqiq olmağa
məcbur edir, əks halda məhv edir. Şansımız azdırsa, o bizi uğursuzluğa aparır, biz güclüyüksə
- saflaşdırır və qüvvətləndirir.
Amerika prezidenti öz vətəndaşlarını inandırmaq istəyirdi ki, Britaniyanın ağır vəziyyətində
ona kömək etsinlər. Bu məqsədlə o, “lend-liz” adlı sadə ideyadan istifadə edir:
«Deyək ki, qonşumun evi yanır, məndə isə bağı suvarmaq üçün şlanqdan başqa heç nə yoxdur.
Əgər o, şlanqı götürüb öz kranına qoşsa, deməli mən ona yanğının qarşısını almaqda kömək
edəcəm. Belə vəziyyətdə ona “Nəzərə al ki, bu, mənim şlanqımdır. Qiyməti də 15 dollardır. Ona
görə də sən mənə borclusan” deməyəcəm. Pul nəyimə lazımdır, bircə onu istəyirəm ki, yanğın
söndürüləndən sonra şlanqımı mənə geri qaytarsınlar».
Hər şey belə də oldu. Amma olanlar adi bir misaldan başladı. Yerdə qalanlar isə sadəcə tarixdir.
Seçkiqabağı ən effektiv şüarlar sadə və anlaşılandır:
«Ölkənin sizə ehtiyacı var!»,
«Deputat yoxdursa, vergi də yoxdur!»,
«Bizə siz və sizin səsiniz lazımdır»
«Qardaşlıq, bərabərlik, azadlıq» cifadəsində də çətin anlaşılan heç nə yoxdur.
«Biz məşəli amerikalıların gələcək nəslinə ötürdük» ifadəsində Сon Kennedinin nəyi nəzərdə
tutduğunu kiməsə izah etməyə ehtiyac da yox idi.
Eynilə Azadlıq heykəlinin üzərindəki yazı kimi:
«Sizin qəddarlığınızın təzyiqi altında qalan və ehtirasla öz azadlıqlarını arzulayan
9
dələduzları mənim öhdəliyimə buraxın».
İstənilən şəxs aşağıdakı ifadəni asanlıqla anlayar:
«İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin».
Və ya Martin Lüter Kinqin dedikləri:
«Mənim arzum var».
Deyiləcək ən doğru sözlər ən düzgün ardıcıllıqda verilib. Fikrin sadəliyi həyatın bütün
sahələrində qalib gəlir.
Poeziyada sadəlik.
Bir dəfə Con Kits öz dostu Stivens ilə kafedə əyləşib yazı yazırdı.
Bir az keçmişdi ki, o, «Gözəllik - əbədi sevincin mənbəyidir. Bu haqda nə düşünürsən?», -
deyə soruşdu. Stivens susdu. Kits isə öz işi ilə məşğul olmağa davam etdi. Yarım saatdan
sonra o dilləndi: «Gözəllikdə sevincin sərhəddi və sonu yoxdur!». «Bax, bu misralar səni
məşhurlaşdıracaq», - dostu ona cavab verdi. Belə də oldu.
Rəssamlıqda sadəlik.
Ejen Delakrua deyirdi:
«Əgər sizin beşinci mərtəbədəki pəncərədən düşən insanı yerə çatana qədər təsvir etmək
bacarığınız yoxdursa, o zaman heç vaxt əhəmiyyətli bir əsər yaratmayacaqsınız».
Nəsrdə sadəlik.
«Proses» romanının əvvəlini oxuyarkən, Kafka yaradıcılığının ölməzliyinə
necə təəccüblənməyəsən?! Budur :
«Görünür, kimsə onu şərləyib, çünki heç bir pis əməl törətməmiş Yozef K. həbs olundu».
Dramaturgiyada sadəlik.
Şekspir «Hamlet»in bəşəriyyət tarixdə ən məşhur faciə olacağını
və hətta 400 il sonra dünyanın ayrı-ayrı yerlərində səhnələşdiriləcəyini təsəvvürünə belə
gətirə bilməzdi. Bu da elə ona görə baş verdi ki, Hamlet ümumbəşəri problemi bir cümləylə
izah etməyi bacarmışdı:
11
«Olum, ya ölüm — budur məsələ».
Siyasətdə sadəlik.
İngiltərənin ağır günlərində Uinston Çörçillə təklif edirlər ki, faşistlərin
təcavüzü olarsa, könüllü özünümüdafiə qüvvələri ölkənin məcburən sonuncu dayağı olsun.
Bu fikir onun xoşuna gəlir, ancaq qüvvələrə verilən ad – «Local Defence Volunteers Force»
(«Könüllü Yerli Özünümüdafiə Qüvvələri») Çörçillin ürəyinə yatmır. Əvəzində isə o, başqa bir
ad təklif edir:
The Home Guard(«Ev Qvardiyası»), elə bu ad da tarixə düşür.
Birinci Dünya müharibəsindən sonra Lloyd Corc «Ölkə qəhrəmanlar üçündür» şüarı altında
1918-ci il seçkilərində qalib gəlir.
İkinci Dünya müharibəsindən sonra 1945 il seçkilərində Klement Ettli Çörçillə qalib gəldikdən
sonra elan edir:
«Biz müharibədə qələbə qazandıq. İndi isə sülhə nail olacağıq».
«Leyborizm işləmir» ssözləri isə 1979-cu il seçkilərində mühafizəkarların uğur qazanmasına
səbəb olur.
Bəzən deyirlər ki, sadəliyə bu cür meyl etmək təhqiramizdir və primitiv düşüncəliləri daha
tez üzə çıxarır. Bu, əsla belə deyil. Bu, auditoriyaya hörmət əlamətidir. Bəşəriyyətdə vaxt
çatışmazlığı var, ona görə də müxtəsərlik uzun zamandır ki, nəzakətin əsas təzahür formasıdır.
Yəqin siz fikirləşirsiniz ki, bütün bunların indiki zamanla nə əlaqəsi var? Ah, axı sözlər pulları
maqnit kimi çəkir.
Biznesdə sadəlik.
Kor qoca hər gün parkın lap kənarında, səkinin üstündə oturardı. Onun
qarşısında sədəqə yığmaq üçün şlyapa, yanında isə “Mən koram” yazılmış lövhə olurdu.
Yoldan keçənlər ona fikir vermirdilər. Günlərin birində bir reklam işçisi qocaya yaxınlaşır və
lövhənin üstündəki yazını dəyişir. Bundan sonra pullar qocanın şlyapasına sel kimi axmağa
başlayır. Bəs, reklamçı nə yazmışdı?
13
«Çöldə bahar fəslidir, mən isə köram» .
Uilyam Prokter ilə Ceyms Gembl “Procter and Gamble” şirkətini təsis edəndə, satışda elə də
diqqətçəkməyən yalnız bir məhsul vardı – kremli sabun. Elə onda ortaqlar reklam sloqanı
yaradırlar: «99,44 % təmizlik». Beləcə, bu şirkət istehlak məhsulları ilə dünya bazarını sürətlə
ələ keçirməyə başlayır.
Sadəlik dünyanı idarə edir.
Gəlin, Qərb sivilizasiyası üçün əhəmiyyətli 3 əfsanəvi sənədi
xatırlayaq. Doğrudan da, onların sayı üçdür, amma məhz öz inqilabi mahiyyətinə görə bu
sənədlər dünyanı dəyişdi. Onları yenidən oxuyun. Sənədlərin birinci sətrindən sonuncu
sətrinə kimi siz sadəliyin bütün gücünü hiss edəcəksiniz. Bunun üçün xüsusi elmi dərəcəyə
ehtiyac da yoxdur.
Söhbət bu sənədlərdən gedir:
İsa Məsihin Dağüstü xütbəsi;
ABŞ qurucularının Müstəqillik Bəyannaməsi;
Karl Marks və Fridrix Engelsin «Kommunist Partiyasının manifesti».
Birinci sənəd dünyanın ən böyük dinlərindən birinin əsasını qoydu.
Başlanğıc: «İsa izdihamı görəndə... bu sözlərlə onları öyrətməyə başladı...»
Son: «İsa sözünü bitirəndə, insanlar onun dərsinə heyran qaldı.»
İkinci sənədin qəbulundan sonra ABŞ dünyanın nəhəng dövlətinə çevrildi.
Başlanğıc: «Biz bəlli həqiqətə istinad edirik»
Son: «Biz bu bəyannaməni heç nəyimizi əsirgəmədən, həyatımız bahasına qorumağa və
təmiz ləyaqətimizlə daim uca tutmağa and içirik».
15
İngilis filosofu İsayya Berlinin fikrincə, üçüncü sənəd böyük ictimai hərəkatın təməlini qoyub.
Bəlkə də bu hərəkat xristianların bütpərəstlərə qarşı çıxmasından daha səs-küylü olub.
Başlanğıc: «İndiyə qədər mövcud olan bütün cəmiyyətlərin tarixi sinfi mübarizə tarixi
olmuşdur».
Son: «Sizin bu inqilabda öz zəncirlərinizdən başqa itirəcək bir şeyiniz yoxdur. Bütün ölkələrin
proletarları, birləşin!»
Belə sadəlik qarşısında səssiz qalmaq çox çətindir. Sadəlik istənilən insanın qəlbinə yol tapıb,
orada məskən salır.
Məhz düşüncənin hədsiz sadəliyi dünyanı dəyişməyi bacardı.
O, sizinlədirsə, onda mümkünsüz heç nə yoxdur.
Happy-end.
Bu təzahürün məzəli kənar effekti var: o, insanlara xoşbəxtlik gətirir. Onun
sayəsində insan ağılı inanılmaz həddə çatır.
Siz dünyanı dəyişə bilmək gücünüzə bütün səmimiyyətinizlə inana bilərsiniz. Mövcud olan
adi qaydaları rədd etmək sizin haqqınızdır. Siz təkbaşına və ya nisbi təkliyinizlə ilk baxışda
mümkünsüz olanı reallaşdıra bilərsiniz.
Hətta ən səbrli canlının belə çətinliklərə qalib gəlmək şansı var.
Kim buna inanmır mərhəmətə layiqdilər. Onlar həyatın kefcilləridir və inamdan məhrum
olunublar .
Digərləri isə, əksinə, həyatın bir formasının digər formaları ilə dəyişdirilməsində xoşbəxtlik
tapırlar. Onlar bir çox insanın dəyərlərində daimi və qəti dönüş yaratmağa qadirdilər.
Onların gücü Con Kennedinin dediyi kimi:
17
«İnsana öz ağlı ilə verilən hakimiyyətdədir».
O cümlədən, sizin ağlınızla verilən hakimiyyətdə...
Moris Saatçi
sentyabr 2011-ci il
Şirkətin 40-illiy günündə
Saatchihistory üçün Moris Saatçinin nitqindən
qaralama 9 oktybar 2010-cu il.
19
Final versiyası
21
23
Ölülərin səsini
necə eşidə bilərik?
Doğulmayanlarla
danışmaq mümkündür?
İnsanlar yazmağı bacarmasaydılar, hər nəsil sıfırdan başlamağa məcbur qalardı.
Filosofların Platonu, riyaziyyatçıların Nyutonu, alimlərin Eynşteyni, aktyorların isə
Şekspir kimi dahiləri olmazdı. Xələfləriniz harada dəfn olduğunuzu və hətta sizin
Yer üzərində olub-olmadığınızı belə bilməzdilər. Ən əsası, siz heç vaxt bu səhifəni
oxumazdınız.
25
İnəyi cibimizdə
necə daşımaq olar?
Deyək ki, hər hansı bir insandan nəsə əldə etmək istəyirsiniz, ona görə də həmin insan
üçün nəsə yaradırsınız. Lakin bu insanın yaratdığınıza ehtiyacı olmur. Bununla belə,
digər bir insan sizin hazırladığınız hər hansı əşyaya sahib olmaq istəyir. Lakin onun bu
əşyaya tələbatı olmur. Məhz belə halda pul kömək edir. Pul vasitəsilə istənilən adamla
və ya əşya ilə mübadilə əməliyyatını aparmaq olar. Məsələn, bu gözəl kitabın qiyməti
ABŞ-da 10.75 litr südün dəyərindədir. Pul istənilən tərəqqinin əsasıdır.
27
Üç söz fransız zadəganlığını
necə məhv etdi?
Fransa inqilabı Avropanın siyasi və intellektual həyatını çalxaladı. Məhz bu üç söz
inqilabın mahiyyətini ifadə edir. Bu sözlər fəhlə sinfinin təxəyyülünü fəth etdi, eləcə
də Burbonlar monarxiyasının süqutuna, həmçinin XIV Lyudovikin edamına, 8 ay
sonra isə «Terror Erası»nın başlanğıcına gətirib çıxardı.
29
İki təkər qadının emansipasiya rəmzinə
necə çevrildi?
Baron Karl fon Drays «piyada maşını»nı icad edəndə, 1817-ci ildə ilk velosiped
yaradıldı. 1880-ci illərin ortalarında isə ABŞ və Böyük Britaniyada ictimai fəal qadınlar
üçün optimal nəqliyyat vasitəsi olan «təhlükəsiz velosiped» ixtira edildi. Onlar artıq
nə atalarından, nə qardaşlarından, nə də ərlərindən asılı deyildilər. Velosiped «azadlıq
arabası»na çevrildi.
31
Bütün məlumatları
nəcə yazmalı?
Filadelfiya şəhərində Dreksel texnoloji institutunun müəllimi Cozef Vudlend Morze
əlifbasından ilham alırdı. O, ilk ştrix-kodu dəniz qumunun üstündə «nöqtələr və
tirelər arasından dar və geniş xətlər apararaq» çəkir. Beləcə Vudlend istənilən daşıyıcı
üzərində istənilən məhsul haqqında informasiyanı unikal, universal və qənaətcil
formada yazma üsulunu tapır.
33
Ölkədə işə bir saat tez başlamaq
üçün nə etmək olar?
Bunun üçün müəyyən olunmuş vaxtda saatları çəkmək lazımdır. 1895-ci ildə Yeni
Zelandiyalı entomoloq Corc Vernon Hadson fikirləşir ki, yayda dəyərli vaxt və təbii
gün enerjisi boş yerə axıb gedir. O, ölkə ərazisində eyni vaxtda saatları bir saat qabağa
çəkməyi təklif edir. Nəticədə gün «uzadılır», təbii işıqlandırma ilə daha uzun müddət
işləmək mümkün olur və elektrik enerjisinə qənaət edilir.
35
Uşaq kimi necə şəkil çəkmək olar?
«Həyatım boyu uşaq kimi şəkil çəkməyi öyrənirdim». Pablo Pikasso – bəşəriyyətin ən
möhtəşəm rəssamlardan biri idi. Onun yaradıcılığı bir meyar üstündə qurulmuşdu -
sələflərinin ənənələrini inkar etmək. O, uşaq rəsimləri tərzində çəkməyə çalışırdı.
Pikasso göstərdi ki, incəsənət yalnız xətt və formalardan ibarət olanda, primitivlik
əsas tərkib hissələrinə qədər qısalır.
37
Köpək yapışqan qayışın icadına
necə kömək etdi?
İtini gəzdirərkən mühəndis Jorj de Mestralın ağlına yapışqan qayış yaratmaq ideyası
gəlir. Belə ki, çöllükdə qaçan itin tüklərinə ayıpəncəsi yapışırdı. Bitkiyə baxan Mistral
ayıpəncəsində xırda qarmaqların olduğunu görür. Beləcə, “yapışqan qayış” yaranır.
Bu gün ondan uşaq idman çəkmələrindən tutmuş Ay üzərinə enən kosmonavtların
çəkmələrinə qədər bir çox geyimlərdə istifadə edirlər. Əhsən, ağıllı itdir!
39
Kağız sancağı ani hərəkətlə necə yarandı?
Bu sancağın saysız-hesabsız dizayn növlərı var. Amma onlar arasında ən əsası və
klassik sayıla biləcək “Cem” sancağı 1900-cü ildə ilk dəfə Britaniya şirkəti “Gem
manufacturing” tərəfindən kütləvi istehsal olunmağa başlandı. Bu sancaq amerikanlı
Uilyam Midlbrok tərəfindən patentləşdirilmişdi. Ondan əvvəl isə amerikalı Samuel
Fey patentləşdirdiyi sancaq növünü “biletlər üçün çənbər” adlandırmışdı. İndi isə
bu sancağa “ilgək” deyirlər. Lakin “ilgək” sancaqdan istifadə çətin idi, çünki onun
arxa tərəfi qatlanmırdı. Məhz bu qatlama sancağın klassik formasının dünyada
məşhurlaşmasında həlledici rol oynadı.
41
Bir simvol və bir xətt ilə musiqini necə
yaratmaq olar?
Musiqi notlarının mükəmməl yazılış sisteminin köməyi ilə biz kağız üzərində istənilən
mahnı üslublarını: hip-hop, blyuz, rok, klassik musiqi və ya texnonu təsvir edə bilərik.
Hisslərimizin incə çalarlarını əks etdirmək üçün bizə sadəcə eyni simvol və xətt dəsti
kifayətdir.
43
Dağın arasıyla sürətli
keçmək mümkündür?
İllər boyu səyahətçilər Londonda əhali sıxlığından əziyyət çəkirdilər. Britaniya
paytaxtının dar küçələri ilə hərəkət etmək günü-gündən çətinləşirdi. Riyaziyyatçı
Çarlz Pirson daha geniş, birtərəfli avtomobil yollarının və yeni avtobus xətlərinin
inşası haqda düşünmürdü də. Günlərin birində onun ağlına belə bir fikir gəlir:
insanlar yerin altı ilə hərəkət edərsə, istədikləri məkana daha tez çata bilərlər. Son
illərdə London metrosu bir milyarddan artıq adam daşıyıb.
45
Zorakılıq olmadan dünyanı
fəth etmək olar?
Martin Lüter Kinq irqi bərabərlik haqqında düşünürdü. O, buna nail olmaq üçün
yalnız sülh yolunu təklif edirdi, çünki yalnız sülh “məqsədlərimizə çatmaqdan ötrü
yeganə vasitədir”. Özündən əvvəl Mahatma Qandi kimi sülhlə silahlanmış Martin
Lüter məqsədlərinə çata bildi.
47
Pişiyin gözləri tramvay xətlərini
necə əvəzlədi?
Əvvəllər avtomobil sürücüləri qaranlıq yollarda tramvay xətlərindən əks olunan
faraların işıqlarının köməyi ilə istiqaməti müəyyənləşdirə bilirdilər. Lakin 1930-сu
illərin əvvəllərində ABŞ-da tramvayların sayı azalmağa başladı və relslər avtomobil
yollarından “yoxa çıxdı”. Bir gün yol işçisi Persi Şou avtomobilin faralarının işığının
pişiyin gözlərində əks olunduğunu görür və beləcə o, işıq saçan yol işarəsini icad edir.
−•− • •−•• •• −− • −•− ••− •−•• •−•• •−
−• −− •− −•• •− −• −− • −•− − ••− •−−•
−•−− •− −−•• •• •−•• •− −••• •• •−•• ••
•−• −− •• ••−−••
49
Heç bir söz işlətmədən məktubu necə
yazmalı?
XIX əsrin əvvəllərinə qədər məktubları çapar və ya göyərçin poçt vasitəsi ilə yollayırdılar.
Elektrik enerji erasının başlanması ilə insanlar yüksək sürətli elektrosiqnalları
göndərməyi və qəbul etməyi öyrəndilər. O vaxtki texnologiyaların inkişaf səviyyəsi
həmin siqnalların çap formasında istifadəsinə imkan vermirdi. 1836-cı ildə Morze və
Veyl bu problemin öhdəsindən gəlməyi bacardı. Onlar bütün işarə, rəqəm və hərfləri
uzun və qısa siqnallar sisteminə çevirməklə teleqraf əlifbasını ixtira etdilər. Elektrik
cərəyanının impulsları teleqraf xəttinin sonunda yerləşən elektromaqnit sahəsinə
daxil oldu və beləliklə, şifahi forması olmayan dil - Morze əlifbası yaradıldı.
0
51
Heç nə əlavə etmədən 1-i 10-a
necə çevirək?
Mən sizdən rəqəmlərin yazılış sistemini fikirləşməyinizi xahiş etsəm, çox güman ki,
siz biri 1, ikini 2 kimi və i.a. yazacaqsınız. Bəs rəqəmin yox olma simvolundan istifadə
edəcəkdinizmi? 0 rəqəminin unikallığı ondadır ki, o, boş olan kəmiyyətin yerini tutur:
məsələn, 100 rəqəmi tərkibində təkliyin və onluğun olmamasından xəbər verir. Bu
sistemi biz ərəblərdən mənimsəmişik və ona görə də «ərəb sistemi» adlandırırıq.
Ərəblər isə bunu hindistanlılardan götürdükləri üçün ona «hind sistemi» deyirlər.
Dahiyanədir!
53
Əhalisi sıx olan rayonlarda rahatlığı necə
yaratmaq olar?
Əbəs yerə üçüncü minilliyi ayaqyolu və su kəmərlərinin sayəsində «təmizlik erası»
adlandırmayıblar ki?! Müasir Pakistanda ən mükəmməl tualetlərdən biri qədim
Mohendjo-Daroda şəhərindədir. Onlar evlərin fasadlarında qurulub, kərpicdən
hörülüb, kanalizasiya sistemlərinə qoşulublar. Hətta onlarda taxta oturacaqlar da
var. Məhz tualetin yaranmasından sonra müasir sivilizasiya «mədəniyyətləşməyə»
başladı.
55
Comment parlez-vous aux `etrangers
Lüğətlər yaranmazdan əvvəl biz əcnəbilərin danışdıqlarını necə anlayırdıq?
Lüğətlər beynəlxalq səviyyədə danışıq alətinə çevrilməzdən əvvəl insanlar arasında
ünsiyyət yalnız yerli dialektlər çərçivəsində məhdudlaşırdı. Hazırda isə istənilən
dilin öyrənilməsi və bütün dünya xalqlarının nümayəndələri ilə ünsiyyət yaratmaq
imkanımız var. Ən qədim məşhur ikidilli lüğət Suriyada tapılıb və eramızdan əvvəl
2300-cü ilə aiddir.
57
Yarpaqsız çayı necə dəmləyək?
Kofe taciri Nyu-Yorklu Tomas Sallivan maddi vəziyyətini nisbətən yaxşılaşdırmaq
üçün çay ticarəti ilə məşğul olmağa başlayır. Bahalı bərnilərdən istifadə etməmək
üçün o, çay nümunələrini balaca ipək kisələrdə müştərilərə yollayır. Nəticədə alıcılar
anlamırlar ki, kisələri açıb, içindəkini fincana tökmək lazımdır. Paketlərdə çay məhz
belə yaranır.
59
Müştəri məhsulun hazırlanmasında necə
iştirak etsin?
İstehsalçı məhsulu yaradır, istehlakçı isə onu hazır əldə edir. Hər halda, ticarətin
prinsipləri 1950-ci illərin ortalarına qədər belə idi. Bir gün dizayner Qilis Lundqren
avtomobilin yük hissəsinə yeni stolunu yerləşdirməyə cəhd edərkən, onun ayaqlarını
açır və sonradan evdə yerinə bərkitməyə qərara verir. Bunun belə rahat olduğunu
görən dizayner ideyasını onu işəgötürən şirkətlə - İKEA ilə bölüşür. 1956-cı ildən bəri
İKEA şirkəti yalnız rahat qablaşdırmadan istifadə edir.
61
Görmə qabiliyyəti zəif olanlar
necə görürlər?
Eynəklərin ixtirası haqqında çox əfsanələr gəzir. İmperator Neronun vaxtlarında
görmə qabiliyyətini yaxşılaşdırmaq üçün bahalı daş-qaşlardan və şüşədən istifadə
edirdilər. İlk eynəyin ixtiraçısı italiyalı Salvino Armatidir (təqribən 1284-cü il).
1684-cü ildə Leopoldo del Miliore Florensiya tarixində yazırdı ki, Santa-Mariya
Madjore kilsəsində bir lövhə var və onun üzərindəki yazıda qeyd olunub: “Burada
eynəyin ixtiraçısı Silvino Armati dəfn olunub. Tanrı onun günahlarını bağışlasın”.
Maraqlıdır ki, ondan başqa heç kəs bu yazını görməyib.
63
Göydələnləri göydələn edən
nə oldu?
Yalnız 1850-ci illərdə amerikalı mühəndis Elişa Otis göyə yol tapır. Həmin illərdə
liftlər quruluşuna görə təhlükəsiz deyildi, bununla belə ağır avadanlıqların və
işçilərin yuxarı mərtəbələrə qaldırılmasında kömək olurdu. Bunu görən Otis qərar
verir ki, «təhlükəsiz qaldırıcı mexanizm» icad etsin. Onun öz layihəsində təqdim
etdiyi dişli əylənc mexanizmi kanatlar kəsiləndə istiqamətverici qurğudan tutmaq
imkanı verirdi. Bu mexanizmin köməyi ilə insanlar «göyə ucaldılar».
65
Vint tikinti sahəsinə
necə daxil oldu?
Suqaldıran vintin icadı yunan riyaziyyatçısı Arximedə aid edilir. Həmin ideaya
əsasında dəyirmi ox üzərində spiral yiv dayanır. Bu da iki detalın bir-biri ilə möhkəm
birləşməsi üçün istifadə olunur. Eramızdan əvvəl I əsrdə vintlər Aralıq dənizi sahili
boyu yağ və üzümün sıxılması üçün presləmə qurğularında geniş istifadə olunurdu.
Ən sonda ondan bütün dünyada bərkidici kimi istifadə etməyə başladılar. Vintlərin
hazırlanması elə də çətin deyil. Onlar həm də etibarlı birləşməni təmin edirlər.
67
Hansı heyvanın sidik kisəsi dünya
əhalisini ayırır və birləşdirir?
Futbol - yer kürəsində ən məşhur idman növlərindən biridir. Dünyada bu oyunun
3.5 milyard azarkeşi var. Eramızdan əvvəl II əsrdə futbola bənzər oyun Çində
Xani sülaləsinin hakimiyyəti dövründə geniş yayılmışdı: bunun üçün topu 9 metr
hündürlükdə olan ipək parçanın üzərində kəsilmiş dəliyə atmaq lazım idi. Orta əsrlərdə
İngiltərədə isə donuzun sidik kisəsinə hava vurub, iki kənddən olan oyunçular «xalq
topu» oynamaq üçün qarşı-qarşıya gəlirdilər. Beləcə, müasir futbol yarandı.
69
Bir şeyi daha asan
necə tapmaq olar?
Sizin şirkət və ya məhsulunuz ümumişlək söz kimi istifadə olunursa, onu axtarmağa
ehtiyac qalmayacaq. Fotoşop - şəkillər, fotolar üzərində düzəlişlər etmək deməkdir.
Kseroks - surətin çıxardılmasıdır. “Quqllamaq” isə internetdə axtarış etmək deməkdir.
71
Müştərini apara biləcəyindən daha çox
məhsul almaq üçün necə yola gətirək?
1912-ci ildə baqqaliyyə dükanının sahibi fikir verir ki, alıcılar ancaq öz çantalarına
sığacaq qədər məhsul alırlar. Beləcə o, kağızdan hazırlanmış və qaytanla perimetr
üzrə tikilmiş ucuz alış-veriş paketlərini icad edir. Məhz Uolter Dyubnerin əli düşərli
olur və «şoppinq»in tərzi dəyişir.
73
Yer kürəsində ən qüdrətli milləti necə
yaratmaq olar?
Kağız üzərində yazılan yeganə bir mətn bəşəriyyət tarixində ən mühüm millətin
yaradılmasında həlledici rol oynadı. 56 insan «Amerika arzusu»nun sənədli ifadəsini
həyata keçirdi. Onlar bəyan etdilər ki, «həyat, azadlıq və xoşbəxtliyə cəhd» insan
hüququnun ayrılmaz hissəsidir və bütün insanlar bərabər doğulurlar. Bu sözlərin
qığılcımı milyonlarla insanı «Amerika arzusu»nun ardınca apardı.
75
Məhrəmi necə gizlədək?
1851-ci ildə amerikalı sahibkar Elias Hou müasir zəncirbəndə oxşayan «avtomatik
paltar zəncirbəndi» ixtirasını patentləşdirdi. Lakin 1930-cu illərin əvvələrinə
qədər moda sənayesi onun geniş şəkildə istifadəsindən çəkinirdi. Əvvəlcə onu uşaq
paltarlarında gördülər, bağlayıcı balacalara valideyinlərin köməyi olmadan sərbəst
geyinməyə kömək edirdi. 1937-ci ildə isə demək olar ki, düymədən çox, ondan istifadə
edirdilər. «Esquire» jurnalının da yazdığı kimi, zəncirbəndin əsas üstünlüklərdən biri
«utandıran soyunma»dan insanı azad etməsidir.
77
Gecəni gündüzə çevirmək olarmı?
Balina piyindən düzəldilmiş ilk şamlar eramızdan təqribən 200 il əvvəl Çində
hazırlanıb. Onlardan yalnız işıqlandırma üçün deyil, hətta müntəzəm əriməsinə görə
vaxtın müəyyənləşdirilməsində də istifadə edirdilər. Bundan başqa, şam dində və
elmdə mühüm simvola çevrilir: onun tənha işığı ilahi və mənəvi məfhumları təcəssüm
edir.
79
Rənglər insan davranışına
necə təsir göstərir?
Bilirik ki, rənglərin psixologiyası mövcuddur. Hər hansı rəng bizdə qeyri-ixtiyari
reaksiya yarada bilər. Məsələn, alimlər sübut edib ki, qırmızı rəng ürək döyüntüsünün
tezliyini artırır. Bu səbəbdən də o, təhlükə siqnalı kimi istifadə olunur. İlk işıqfor 1868-
ci ildə İngiltərənin Parlament binasının yanında quraşdırılıb. Onun içində rəngini
dəyişən adi qırmızı və yaşıl qaz lampaları qoyulmuşdu. Bədbəxtlikdən 2 yanvar, 1869-
cu ildə həmin işıqfor partlayır və onu qoruyan polis işçisi vəfat edir
81
Böyük şəhərdə kiçik nöqtəni
necə tapmaq olar?
Semiotika – işarələr və mədəniyyət əlaqələri sisteminə deyilir. Bu əlaqələrin
əhəmiyyəti barədə qədim yunanlar bir çox fikir söyləyiblər. Məsələn, Platon və
Aristotel işarələrin qarşılıqlı əlaqəsi haqda fikir mübadiləsi aparıb. Daha gözəçarpan
nişanlar hər kəs tərəfindən rahat başa düşülür.
83
Pulu olmayan insana
necə etibar edək?
1887-ci ildə amerikalı yazıçı Edvard Bellami ilk dəfə utopik üslubda yazdığı «Geriyə
baxış» romanında «kredit kartı» ifadəsini işlədir. Yalnız 1958-ci ildə bu kartlar iş
prosesində sınaqdan keçirilir. Kredit kartın yaranmasından əvvəl şirkətlər ancaq
öz müştərilərinin istifadə edə biləcəyi kartlar buraxırdılar. Hətta ayrı-ayrı şirkətlər
bəzi kartlar vasitəsilə ödənişləri qəbul edirdi. Amma elektron kommersiyanın tərzini
«Bank of America»nın «BankAmericard» kartı birdəfəlik dəyişdi. Plastik kartın
köməyilə artıq nağd pul olmadan da bazarlıq edə bilirik.
85
İki çubuq bütün qitəni
necə yedirir?
Hesab edilir ki, qida üçün çubuqların 3-4 minillik tarixi var. Qədim Asiya əhalisi
ocağın üstündə bişən yeməyi çubuq və ya ağac budaqlarının köməyilə çıxardırdılar.
Konfutsiçilik ideyaları sayəsində çubuqlar bütün Asiyada əsas mətbəx alətinə çevrildi.
Konfutsi vegeterian idi. O deyirdi: “Sallaqxana və mətbəx düzgün və ləyaqətli insanın
yeri deyil. Onun masasında isə bıçaq olmamalıdır”.
87
Balaca tırtıl dünyanı necə dəyişdi?
Eramızdan əvvəl XXVII əsrdə yayılan Konfutsi mətnlərinə əsasən, insanlar
baramalardan xammal-ipək hazırlayan barama qurdu yetişdirirdilər. Rəvayətə görə,
ipək baraması gözəl imperatriça Si Linq Çinin fincanına düşür və açılmağa başlayır.
Həmin an o anlayır ki, açılan bu sapdan möcüzəli lif üçün iplik əldə etmək olar. Bəşər
tarixi boyu ipək və Böyük İpək Yolu daima tacirlərin diqqətini cəlb edib. Zərif ipək
tədricən bütün dünyanı fəth edir.
89
Həcmi necə ölçmək olar?
Arximedə yerli zərgərin monarxın tacının qızıl hissələrini saxtalaşdırıb-
saxtalaşdırmadığını müəyyənləşdirmək əmr edilir. Məhz vannada ona fəhm gəlir.
Riyaziyyatçının cismi həcmində su vannadan daşır. O fikirləşir ki, tacın çəkisi daşan
suyun həcminə bölünsə, onda sıxlığın qiymətini tapmaq mümkündür. Nəticədə
Arximed zərgərin həqiqətən qızılı gümüşə dəyişdirdiyini sübut edir və fırıldaqçını
aşkara çıxarır.
91
İşgəncə alətini sitayiş obyektinə çevirmək
mümkündür?
Fədakarlıq - böyük qüvvədir. O, insanın başqalarının yolunda özünü qurban verməyə
hazır olması ideyasına əsaslanır. Xristianlıq ideyasının bariz nümunəsi İsa Məsihdir.
Onun insanlara olan sevgisi insan təbiətinə məxsus imkanları qat-qat üstələdi. Onun
çarmıxa çəkildiyi taxta milyardlarla insanı birləşdirən inamın rəmzidir və xristian
sevgisinin təmənnasız olduğunu bizə daima xatırladır.
93
Kiçik parça sosial statusu necə
müəyyənləşdirir?
Ehtimal olunur ki, Avropada qalstuk 17 əsrdən istifadə edilir. XIII Lüdovik və kardinal
Rişelye tərəfindən hərbi xidmətə çağrılmış xorvat əsgərləri boğazlarındakı qırmızı
sarğı ilə Paris sakinlərinin diqqətini çəkirdilər. Təəccüblü deyil ki, o vaxtki «hərbi»
nişan müasir dövrdə yüksək sosial statusu təsdiq edir. Adi əsgərlərin geyimi kobud
və zövqsüz idi, zabit heyəti isə ipək qalstuklar taxırdı. Təbəqələr, ənənələr, siniflər...
tezlikə qalstuk elita təbəqəsinə məxsusluğun simvoluna çevrildi.
95
Boşqabı yeməli etmək olarmı?
Dondurma üçün vaflili borucuq ilk dəfə XIX əsrdə yaranıb. Deyilənə görə, suriyalı
Ernest Hamui dondurma üçün boşqabları qurtaran dondurma düzəldən qonşusuna
onu vafliyə bükməyi məsləhət görür. Bəlkə də Qərbi Avropada dondurma satıcıları
sadəcə boşqabları yumaqdan yorulmuşdular. Üstəlik, boşqabla müqayisədə
borucuğun «iştahlı» görünüşü var.
97
Niyə təkcə quru ilə sərhədlənəsiniz ki?
Leonardo da Vinçinin erkən eskizlərindən tutmuş birinci Jak İv Kusto və Emil
Galyanın ixtirası olan və onlara mənfəət gətirən akvalanqın yaranmasına qədərki
dövrdə bəşəriyyət dəniz dərinliklərinin tədqiqatı üçün uzun yol keçib. Kusto daha
əvvəllər naməlum və əlçatmaz olan inanılmaz sualtı dünyanı insanlar üçün kəşf edib.
Sualtında nəfəs almaq imkanını dəryanın qaranlığını işıqlandıran çırağa bənzətmək
olar.
99
Bir şəkil əsas küçələri necə dəyişə bilər?
Kosmonavtlar kosmosun sirrini araşdırırlar. Məhz onların sayəsində biz Aydakı
insandan çox, Yerdəki insan haqda daha ətraflı öyrənmiş olduq. «Mən Yeri sərhəd
şırımları olmadan gördüm», - kosmosun fatehlərindən biri yazırdı. O gündən bəri
Nike, McDonald`s, Gap, Benetton, Starbucks, Saatchi, Zara, Les Mis, Sony, Apple və
yüzlərlə digər transmilli ticarət nişanı dünyada yayılmağa başladı.
101
Qısa zamanda sərhədləri necə çəkək?
1867-ci ildə Ohayo ştatından olan Lüsyen Smit tikanlı məftili patentləşdirdi. Onun
ixtirası torpaq sahələrində nişanın qoyulmasına çəkilən xərcləri dərhal azaltdı, eyni
zamanda külli miqdarda mal-qaranın qırılmasına səbəb oldu. 1885-ci ilin sərt qış
aylarında ABŞ-da heyvanların şimaldan cənuba ənənəvi köçü zamanı onların qarşısına
tikanlı məftil qurğuları çıxdı, nəticədə mal-qaranın ¾ hissəsi məhv oldu. Tikanlı məftil
bəşər tarixində ən ziddiyyətli ixtiralardan biridir. Konslagerin çəpərləri, Quantanamo
həbsxanasının hasarları, Fələstindəki ayırıcı xətlər - bunlar hamısı çəkilən sərhədlərə
nümunədir.
103
1 piroq mindən çox insanı necə xilas etdi?
Florens Naytinqeyl tibb bacısı anlayışının təməlini qoyan insan kimi tanınır.
Həmçinin o, statistik məlumatların təsviri üçün yeni yanaşma ortaya qoyub. Krım
müharibəsi vaxtı, 1853-1856-cı illərdə o, hakimiyyət orqanlarına müraciət edərək
bildirir ki, minlərlə əsgər ön cəbhədə yox, hospitallarda tamamilə müalicə olunan
xəstəliklərdən vəfat edir. O, araşdırmalarını sektor şəklində diaqramlarla təsdiqləyir.
Beləcə, Florens hospitalların yenidən təchiz edilməsi zərurətini əsaslandıra bilir. Adi
gigiyena qaydalarına riayət olunma minlərlə hərbçinin həyatını xilas edir.
105
Dəvəquşunu necə sakitləşdirmək olar?
Dəvəquşu əsəbi və çılğın quşdur. Saatda 72 km qaçış sürətinə malikdir. «Küncə
salınanda» isə qəzəblənir. Lakin başına corab keçirdsək, o, az və ya çox dərəcədə
sakitləşir. Yəgin, dəvəquşu hesab edir ki, əgər o sizi görmürsə, onda sizdə onu görə
bilmirsiniz. Lap insanlar kimi.
107
Nəhəng adamın gördüyünü bəstəboy insan
necə görə bilər?
Kolizey - Qədim Romanın mühəndis və memar əqlinin görkəmli nailiyyətlərindən
biridir. Orada qladiator döyüşləri, edamlar, hətta dəniz döyüşlərinin təqlidi belə
keçirilirdi. Tarixçi Dion Kassiya əsasən, imperatorun tac qoyma mərasimi zamanı
9000-ə qədər vəhşi heyvan öldürülür. Roma vətəndaşları isə boylarının uzunluğu
və qısalığından asılı olmayaraq, oturduqları yerdən baş verənlərə rahatlıqla tamaşa
edirlər.
109
İnsanların məhsula inamını
necə artırmaq olar?
1869-cu ildə «Heinz» şirkəti «Heinz-dən Sous-Qıtıqotu» məhsulunu ilk dəfə şəffaf
qablaşdırmada satışa çıxarır. Beləcə, alıcılar məhsulun təzəliyini və əlavə maddələr
(inqredientlər) qatılmadığını görə bilirlər. İnamın artırılması üçün sözlərə ehtiyac
yoxdur, sadəcə məhsulu göstərin.
111
Bütün yollar niyə Bağdada aparır?
Heradot ( təx.e.ə 484-425-ci il) yazırdı ki, Babilistanın divarları və qalalarının
inşasında asfaltdan istifadə olunub. Neft məhsulları hələ qədim zamanlardan bizə
tanışdır, ancaq “qara qızıl”ın bəşəriyyət üçün bu cür əhəmiyyətli olması kimin ağlına
gələ bilərdi? Dünya neft ehtiyatlarının 80%-i Yaxın Şərqdə cəmlənsə də, ilk neft
quyusu 1846-cı ildə Bakı yaxınlığında, Bibiheybətdə qazılıb.
113
Pəncərələri təmir edib, insanları təhlükədən
necə qorumaq olar?
Corc Kellinq insanların kriminal davranışı ilə şəhərin görüntüsü arasında əlaqənin
olduğunu aşkarladı. Sınmış pəncərələrin təmirindən, fasadların qraffitidən
təmizləməsindən və zibilin vaxtında yığışdırılmasından sonra oğurluq, quldurluq,
eləcə də ölüm hadisələrinin sayı azaldı. 1993-cü ildə Rudolf Culiani Nyu-Yorkun
meri olanda, “sınmış pəncərələr nəzəriyyəsi” ona şəhərin ümumi vəziyyətini
yaxşılaşdırmaq üçün kömək oldu.
Tanrını uydurun.
115
İnsanların davranışına necə təsir etmək olar?
Bu kitab əvvəlcə Saatchi agentliyinin işçiləri üçün məlumat kitabçası idi. Kitabda
qeyd olunan sadəliyin prinsipləri 40 il ərzində şirkətin yaradıcılıq kredosuna
çevrildi. Onun əsasında dünyanın ən tanınmış reklam agentliklərindən birinin
korporativ mədəniyyəti, fəlsəfəsi və strukturu formalaşdırıldı
117
Kitabın hazırlanmasında əməyi keçənlərə
təşəkkür edirik:
Con Kanningem, Brayoni Dellou, Saymon Dikkets, Grem Finka, Bil Gallaxer, Mark
Gudvina, Monika Henri , Stefani İllingvort, Fil Cons, Reyçel Coys, Kamilla Nayt, İmocen
Lendi, Terri Leppard, Çoy Lü, Piter Lü, Mori Mak-Lennan, Qari Monaqan, Conatan
Maddel, Endi Enq, Ksaviera Obon, Mark Petti, Brüs Peyvell, Moris Saatçi, Lienn Silman,
Rupert Saymonds-Qudinq, Ceremi Sinklera, Darius Tenq, Stiv Trayb, Saymond Uorden,
Orlando Uorner, Sofiyu Uezeril, Tim Uilks, Maykl Uilton, Coka Vonga, Dena Yangera.
Əgər siz yeni kitabın tərtibatında iştirak etmək istəyirsinizsə,
saytımıza baş çəkin brutalsimpicityofthought.com
Rahat olun.
Brutal Simplicity of Thought – “M&C Saatchi” şirkətinin qeydiyyatdan keçmiş əmtəə
nişanı
119
121
123
125
Dostları ilə paylaş: |