Qərbi Kaspi Universitetinin kolleci Sərbəst iş TƏLƏBƏ: Xəmmədov Nəsib



Yüklə 366,9 Kb.
səhifə1/8
tarix29.11.2023
ölçüsü366,9 Kb.
#139323
  1   2   3   4   5   6   7   8
DOC-20231007-WA0361.


Qərbi Kaspi Universitetinin kolleci
Sərbəst iş
TƏLƏBƏ: Xəmmədov Nəsib
İXTİSAS: Turizm işinin təşkili
QRUP: 411A
TƏDRİS İLİ: 2023-2024
FƏNN: Azərbaycanda beynəlxalq turizmin inkişafı
SƏRBƏST İŞİN MÖVZUSU: Qarabağ turizmi
MÜƏLLİM: İradə Əhmədzadə
Bakı-2023

Tarixi Qarabağ bölgəsi bəşər sivilizasiyasının təşəkkül tapdığı ərazilərdən biridir. Qarabağ ərazisində paleolit dövrünə aid Azıx, Tağlar, Zar mağara düşərgələri, eneolit dövrünə aid Çalağantəpə, Leylatəpə və s. Abidələr, ilk tunc dövrünə aid Xankəndi, Üçoğlan, Göytəpə, Qarahacılı abidələri, orta tunc və son tunc dövrlərinə aid Üzərliktəpə, Xocalı, Qarabulaq abidələri, habelə antik dövrə və ilk orta əsərlərə aid Covurqala və digər çoxsaylı abidələr aşkar edilmişdir. 1960-cı ildə Azərbaycan arxeoloqları tərəfindən aşkar olunmuş Azıx mağarasında Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir. Azərbaycan arxeoloqlarının hələ Sovet dövründə aşkara çıxardıqları materiallar Qarabağ zonasının Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edir.

Qarabağın işğaldan azad olunması şübhəsiz ki, turizm sahəsi üçün yeni imkanlar yaradır. Hazırkı dönəmdə bu sahəyə yatırılacaq investisiyalar ölkə iqtisadiyyatına gələcək dövrdə böyük töhvə verəcəkdir. Ərazinin əlverşli coğrafi şəraiti də turizm əhəmiyyətli olduğundan, eyni zamanda tarixi abidələrlə zəngin olması bölgəyə turist axınının da çox olacağını gözləmək olar.

Müharibə sonrası baş verən hadisələri indi bütün dünya maraqla izləyir. Məğlub Ermənistanda daxili vəziyyət getdikcə mürəkkəbləşərkən azadlığa qovuşmuş Qarabağda həyata keçiriləcək hər yeni iqtisadi layihənin işğaldan sonrakı dövrdə daha geniş məzmunlu inkişafa səbəb olacağı gözlənilir. Bu layihələr bir tərəfdən Naxçıvan Muxtar Respublikasının birbaşa olaraq Azərbaycanın əsas hissəsinə çıxış yolunun açılması və bununla əlaqədar olaraq Böyük İpək Yolu (Frankfurt-İstanbul-Şanxay) ticarət dəhlizində Qarabağın da çox mühüm mövqe qazanması, digər bir tərəfdən isə Azərbaycanda qeyri-neft sektoru və ixrac marşrutları üçün yeni perspektivlərin yaranması baxımından da əsas arqumentlər kimi gələcəkdə çox müzakirə olunacaq. Bunlarla yanaşı, işğal sonrası Qarabağda turizm mövzusunun aktual olduğunu da müxtəlif səviyyələrdəki çıxışlardan da izləməkdəyik.


Yüklə 366,9 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə