Qərbi Kaspi Universitetinin kolleci Sərbəst iş TƏLƏBƏ: Xəmmədov Nəsib



Yüklə 366,9 Kb.
səhifə2/8
tarix29.11.2023
ölçüsü366,9 Kb.
#139323
1   2   3   4   5   6   7   8
DOC-20231007-WA0361.

Artıq işğaldan azad olunmuş rayonlarda dövlətin vacib idarəetmə strukturların fəaliyyətinin bərpa olunması, Suqovuşandakı turizm və hidroehtiyatların istifadəyə cəlb olunması, bu ərazilərdə başladılan yol-infrastruktur çalışmaları, Xudafərin ərazisindəki su anbarlarının hidroenerji və meliorasyia məqsədilə istifadəsi və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Füzulidən Şuşaya 101 kilometrlik yolun çəkilməsi üçün vəsaitin ayrılması kimi sırf iqtisadi mahiyyətli tədbirlər gündəmə gəlməkdədir. Düşmənin tamamən Qarabağdan çəkilməsindən sonra bölgə iqtisadiyyatının dirçəldilməsi yaxın gələcəkdə bu torpağın yenidən bütün Cənubi-Qafqazın inkişaf edən mədəniyyət mərkəzi, məşhur turizm destinasyiası olacağını deməyə əsas verir.

Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli fərmanı ilə Azərbaycan Respublikasında iqtisadi rayonların yenidən bölgüsü təsdiq edilmişdir. Bu fərmana əsasən Xankəndi şəhəri, Ağcabədi, Bərdə, Ağdam, Füzuli, Tərtər, Xocavənd, Xocalı və Şuşa rayonları Qarabağ iqtisadi rayonunun tərkibində, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları isə Şərqi Zəngəzur iqtisadi rayonun tərkibində yer almışdır. Yeni iqtisadi rayonların bölgüsünə əsasən müvafiq layihələrin hazırlanması, tədbirlərin görülməsi, qəbul edilən qərarların tənzimlənməsi və həyata keçirilməsi istiqamətində addımlar atılmaqdadır.

Qarabağ iqtisadi rayonunun ərazisinin iqlimi 1000-2000 metr yüksəklikdə mülayim soyuq, düzənlik və alçaq, dağətəyi sahələrdə isə nisbətən quru və istidir. Yağıntılar relyefdən asılı olaraq 400-900 mm-dir. Bu cür iqlim şəraiti iqtisadi rayonun kurort-turizm təsərrüfatının və digər sahələrin inkişafına xüsusi şərait yaradır. İqtisadi rayonun əsas təbii sərvətləri polimetal filizləri, mərmər, sement, tikinti daşı kimi tikinti materialları, təbii qaz olsa da, təbii balneoloji ehtiyatlari, meşələri, Turşsu, Şırlan kimi mineral bulaqları həm istirahət, həm də müalicə baxımından rayonun əsas turizm sərvətləri hesab olunur. Qarabağ münaqişəsinə qədər bütün Qarabağ ərazisinin 36%-i və ya 160 min hektarı sırf meşələrdən ibarət idi. Azərbaycanın Qarabağ bölgəsi Kiçik Qafqaz dağlarında ölkənin ümumi ərazisinin 1/6 hissəsini (düzənliklər, dağlar, yüksək dağlıq ərazilər) tutur. Dövlət Bəsitçay və Qaragöl təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı təbiət yasaqlıqlarında nadir flora və fauna 30 ildir nəzarətsiz idarə olunduğuna görə təhlükə altında olmuşdur.


Yüklə 366,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə