Təbii neft-qaz kollektorları



Yüklə 1,58 Mb.
səhifə1/10
tarix04.05.2023
ölçüsü1,58 Mb.
#108233
  1   2   3   4   5   6   7   8   9   10
Konspekt-Lay fizikası-2019 (1)


Təbii neft-qaz kollektorları

Daxilində neft və qaz toplana bilən və yatağın istismarı zamanı onları özündən buraxa (süzdürə) bilən hər hansı bir süxura neft-qaz kollektoru deyilir.


Neft kollektoru olmaq etibarilə ilə bütün süxurlardan ən əhəmiyyətlisi çökmə süxurlardır. Dünyada sənaye əhəmiyyətli olan neft yataqlarının 99,9% çökmə süxurlarda yerləşir. Neftə nadir hallarda, püskürmə süxurların çatlarında da rast gəlmək olur. Lakin bu neftin, adətən, sənaye əhəmiyyəti olmur.
Məsələn, çökmə mənşəli gil süxurlarının məsaməlilik əmsalı bəzən qum süxurlarındakından çox olub, 40-50%-ə çatır. Gillərdə məsaməliliyin kifayət qədər çox olmasına baxmayaraq, onlar neftin yığılıb, yataq əmələ gətirməsi üçün münasib süxur hesab edilmir. Bunun səbəbi gil süxurlarındakı məsamələrin bir-biri ilə birləşib, neftin hərəkət etməsi üçün əlverişli kanallar əmələ gətirməməyindədir. Gil süxurlarında yaranan kanallar o qədər dar olur ki, bu kanalların içərisində neft hərəkət edə bilmir. Qum, qumdaşı, əhəngdaşı və digər süxurlarda isə kanalları əmələ gətirən dənələr arasında yerləşən boşluqlardan bir-birinə yol vardır. Bu boşluqlar bir-birinə birləşib, neftin keçməsi (hərəkəti) üçün imkan yaradır. Daxilində neft və qaz toplana bilən və yatağın istismarına başlandığı zaman bəmin nefti özündən buraxa bilən hər hansı bir süxura kollektor deyilir. Neft və qaz kollektor süxurların məsamələrinə toplanaraq yığımlar əmələ gətirir. Onu da qeyd etmək lazımdır ki, neftin toplanıb yığımlar yaratması üçün əlverişli olmayan bəzi süxurlar, qazın yataqlar əmələ gətirməsi üçün münasib olur. Məsələn, incə təbəqəli gilli süxurlar (şistlər) neftin deyil, yalnız qazın toplanıb yataqlar əmələ gətirməsi üçün əlverişli hesab edilir.
Məlum olduğu kimi, öz mənşəyinə görə süxurlar çökmə, maqmatik və metamorfik olur. Neft və qaz yataqları əsasən çökmə süxurlarla əlaqədar olduğundan, bu süxurlar haqqında bir qədər ətraflı məlumat verək. Çökmə süxurlar Yer qabığının üst hissəsi üçün səciyyəvi olan termodinamik şəraitdəki süxurlardır. Belə süxurlar çöküntünün sudan kimyəvi, yaxud mexaniki çökməsi, orqanizmlərin suda və quruda həyat fəaliyyəti, müxtəlif süxurların fiziki və kimyəvi aşınma məhsullarının yenidən çökdürülməsi və s. nəticəsində əmələ gəlir. Çökmə süxurlar ən çox dənizlərdə yaranır. Belə ki, dağları, təpələri əmələ gətirən süxurlar külək, su və digər amillərin təsiri nəticəsində dağılıb, müxtəlif ölçülü parçalar və qırpındılar əmələ gəlir. Çaylar bu süxur parçalarını və qırıntılarını gətirib dənizlərə tökür. Yüz min və milyon illər keçdikcə dənizdə bir neçə on və yüz metrlərlə qalınlığı olan çöküntülər əmələ gəlir. Bu çöküntülər bərkidikdən sonra çökmə süxurlar yaranır. Çökmə süxurlar sırasına qum, qumdaşı, əhəngdaşı, dolomit, mergel, gil və s. süxurlar daxildir. Çökmə süxurlar ilk dəfə su hövzələrinin (dənizlərin və s.) dibində əsasən üfüqi vəziyyətdə yatmış laylar əmələ gətirir. İstər çöküntülərin əmələ gəlməsi vaxtı, istərsə də sonra Yer qabığında baş verən gərginlik (tektonik proseslər) nəticəsində laylar üfüqi vəziyyətdən çıxıb, müxtəlif yatım formaları əmələ gətirir.
Dənizin dibi uzun geoloji dövrlər ərzində çökərsə, əmələ gəlmiş süxurlar bir neçə kilometr dərinliyə qədər gömülə bilər. Dəniz dibində əmələ gələn bu çökmə süxurlar böyük dərinliklərə daxil olduqda sıxlaşıb, yüksək temperatura məruz qalır. Bunun nəticəsində çökmə süxurlar öz tərkiblərini və quruluşlarını dəyişir. Uzun geoloji vaxt keçdikdən sonra temperaturun və təzyiqin təsirindən çökmə süxurlardan tamamilə yeni tipli süxur-metamorfik süxur əmələ gəlir. Metamorfik süxurlar maqmatik süxurlardan da yarana bilər. Böyük Qafqaz dağlarının mərkəzi hissəsində intişar edən kristallik şistlər metamorfik süxurlara misal ola bilər.
Süxurun litoloji tərkibi dedikdə, onun hansı minerallardan təşkil olunduğu və süxurda hər bir mineralın miqdarı nəzərdə tutulur.
Çökmə süxurlar qumlardan, gillərdən, qumdaşılardan, dolomitlərdən və s. təşkil olunmuşdur. Odur ki, neft layını təşkil edən süxurun litoloji tərkibinin öyrənilməsinin, yatağın səmərəli işlənməsi üçün çox böyük praktiki əhəmiyyəti vardır. Layı təşkil edən süxurların turşularla həll olunma xassəsini xüsusi olmaqla qeyd etmək lazımdır. Məsələn, əhəngdaşıları və dolomitləri duz turşusu ilə işləməklə layın neft verimini artırmaq üsulundan geniş istifadə edirlər.
Bütün çökmə süxurlar neft-qaz kollektoru ola bilməz. Süxurun kollektorluq qabiliyyətinə malik olması üçün:

  1. süxur dənəcikləri arasında boşluqlar, süxurda çatlar və kahalar olmalıdır; 2) həmin boşluqların ölçüsü elə olmalıdır ki, onları dolduran maye və qazlar layda müəyyən təzyiq düşküsündə (fərqində) hərəkət edə bilsin. Süxurun birinci xüsusiyyəti məsaməlik, ikinci xüsusiyyəti keçiriciliklə xarakterizə olunur.

Neft-qaz kollektorları əsas etibarilə qumlardan, qumdaşılardan və əhəngdaşılardan təşkil olunmuşdur. Gillərin isə keçiriciliyi çox az olduğundan onlarda ya neft olmur, ya da onlarda olan nefti laydan çıxarmaq mümkün deyildir. Buna görə də gillər, şistlər və s. kimi süxurlar neft yataqlarında yalnız məhsuldar layların üstündə və altında yataraq, neftin başqa təbəqələrə yayılmasının qarşısını alır. Qeyd etmək lazımdır ki, gillərə, məhsuldar layları təşkil edən süxurların tərkibində də rast gəlmək olar. Bu halda onlar süxurların kollektorluq xassəsini pisləşdirirlər.
Neft layında gillərdən başqa digər qarışıqlar da olur. Bunlardan mədən praktikası üçün ən böyük əhəmiyyəti olanı süxurların karbonatlılığıdır.
Süxurların karbonatlılığı dedikdə onun tərkibinə daxil olan karbon turşusu duzlarının: sodanın- Na2CO3, potaşıın- K2CO3. əhəngin- CaCO3, dolomitin- CaCO3· MgCO3 və s. miqdarı nəzərdə tutulur. Bəzi hallarda məhsuldar lay tamamilə karbonatlardan təşkil olunur; bəzi hallarda isə onlara süxurun tərkibində, azacıq miqdarda sementləyici maddə şəklində rast gəlmək olur. Birinci qrup neft laylarına, adətən, əhəng laylarını, ikinci qrupa isə demək olar ki, başlıca neft yataqlarını təşkil edən kvars qumu laylarını misal göstərmək olar. Abşeron yarımadasındakı neft laylarında süxurların karbonatlığı çəkicə 9,5-21%, Dağıstan yataqlarında isə 13% çatır.
Neft-qaz kollektorlarını təşkil edən ayrı-ayrı hissəciklərin əlaqələnməsi, daha doğrusu süxurun sementləmə dərəcəsi və süxurun litoloji tərkibi ilə əlaqədardır. Qum və qumdaşılardan təşkil olunmuş neft kollektorlarında ayrı-ayrı dənəciklər ya karbonatlar, gillər və s. kimi sementləyici maddələrlə bir-biri ilə müəyyən dərəcədə əlaqələnmiş, yada dağıla bilən kütlə halında olur.



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə