Zond mikroskopunun əsasları Bərk cisimlərin səthlərinin öyrənilməsinin əsaslı tədqiqi



Yüklə 13,68 Kb.
tarix09.05.2023
ölçüsü13,68 Kb.
#109284
zond mikroskopiyası


Zond mikroskopunun əsasları

Bərk cisimlərin səthlərinin öyrənilməsinin əsaslı tədqiqi


üçün çoxlu sayda müxtəlif üsullar mövcuddur. Mikroskoplar
hələ XV əsrdən şəkillərin böyüdülməsi üçün istifadə olunur.
Həmin vaxtlarda həşəratları öyrənmək üçün sadə böyüdücü
şüşələr hazırlanmışdı. XVII əsrin sonunda Antonio van
Levenhuk optik mikroskop hazırlamış və bu hüceyrələrin
mövcudluğunu, xəstəlik törədici mikroblar və bakteriyaların
varlığını aşkar etməyə imkan vermişdir. Artıq XX əsrdə 
elektron və ion dəstələri vasitəsi ilə işləyən mikroskoplar
hazırlanmışdır.
Bütün sadalanan mikroskopiya üsullarında belə prinsip
tətbiq olunur: tədqiq olunan obyektin hissəciklər seli vasitəsilə
işıqlandırılması və onun növbəti çevirmələri. Skanedici zond
mikroskoplarında başqa prinsip istifadə olunur-hissəciklərlə
zondlama əvəzinə mexaniki zond-iynə istifadə olunur[5]. Belə
demək olar ki, əgər optik və elektron mikroskoplarında
nümunəyə baxılırsa, SZM-də isə nümunə səthini toxunmaqla
öyrənirlər.
SZM üsulunda tətbiq olunan başqa əsas prinsip skanedici 
prinsipdir, yəni tədqiq olunan obyekt haqqındakı alınmış
məlumat diskret xarakterlidir(nöqtədən nöqtəyə, xətdən xəttə
kimi). Zond yerini dəyişərək hər bir nöqtədə səth haqqında
məlumatı skan edərək oxuyur.
Yüklə 13,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə