Kafedra: Mühəndis Fizikası və Elektronika Fənnin adı: Fizika 2 slayd fakültə



Yüklə 1,49 Mb.
səhifə1/18
tarix31.12.2021
ölçüsü1,49 Mb.
#81284
  1   2   3   4   5   6   7   8   9   ...   18
Musa Əlizadə


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Texniki Universiteti

 

Kafedra: Mühəndis Fizikası və Elektronika

Fənnin adı: Fizika - 2

 

SLAYD  

Fakültə: Energetika və Avtomatika

İxtisas: Elektrik mühəndisliyi

Kurs:4

Qrup: 228a3

Tələbə: Əlizadə Musa

Müəllim:  Rəhimov Rəsul

Bakı-2021

 MÖVZU

Kvant mexanikasinin elementləri. Atom və nüvə fizikasinin elementləri.



Hissəciyin korpuskulyar-dalğa xassəsi. De-Broyl fərziyyəsi

Gördüyümüz kimi, işıq inteferensiya və difraksiya kimi hadisələrdə özünü dalğa kimi aparırsa, fotoeffekt və Kompton effekti kimi hadisələrdə özünü kütləyə və impuslsa malik hissəciklər (fotonlar) seli kimi aparır.

Fransız alimi Lui De – Broyl, elektronların stasionar orbitdə hərəkəti zamanı, atomların şüalandırmaması məsələsini öyrənərək, stasionar orbitlərin kvantlanma şərtinin fiziki mənasını tapmaq məqsədi ilə apardığı araşdırmalardan sonra belə bir hipotez irəli sürdü: təkcə işıq deyil, maddənin bütün hissəcikləri də, həm zərrəcik, həm də dalğa xassəsinə malik olmalıdırlar.

De – Broyl göstərdi ki, elektronun nüvə ətrafında hərəkəti zamanı , atom o vaxt dayanıqlı olur ki, orbitin uzunluğuna, tam sayda elektronun De – Broyl dalğası yerləşmiş olsun ( 2πr = nλD ). Məhz belə orbit stasionar orbit adlanır.

Göstərmək olar ki, sonuncu şərtdən istifadə edərək, Borun stasionar orbitlərin kvantlanması şərtini və elektronun De – Broyl dalğasının uzunluğunu tapmaq olar. De- Broyla görə hər bir mikrohissəcik, zərrəcik kimi enerji E və impulsa p malik olmaqla yanaşı, həm də özünü müəyyən tezlikli və dalğa uzunluqlu dalğa kimi aparır.

Hissəciyin korpuskulyar və dalğa xassələrini bir-birinə, fotonda olduğu kimi, kəmiyyət cəhətdən aşağıdakı ifadələr bağlayır:



 = h

De- Broyl hipotezinin böyük əhəmiyyəti ondan ibarətdir ki, sonuncu ifadələr təkcə fotonlara deyil, sükunət kütləsinə malik olan bütün hissəciklərə də aiddir.

Beləliklə, p impulsuna malik istənilən hissəciyə uyğun dalğa uzunluğunu De -Broyl düsturu ilə

Tezliklə De - Broyl hipotezi təcrübədə təsdiq edildi. Amerika alimləri K.Devisson və L.Cermer elektron dəstəsinin nikel kristalından – təbii difraksiya qəfəsindən – səpilməsini öyrənərkən, elektronların difraksiya mənzərəsi verdiyini aşkar etdilər. Bu zaman Vulf - Breqq düsturuna uyğun gələn maksimumlara əsasən hesablanan dalğa uzunluğu tamamilə, De - Broyl düsturu ilə hesablanan dalğa uzunluğuna bərabər olur. Bu isə De- Broyl hipotezinin təsdiqi deməkdir.

Qeyd edək ki, ilk dəfə difraksiya mənzərəsi, elektronlar dəstəsi ilə aparılan təcrübədə müşahidə edilmişdi. Ona görə də sübut etmək lazım idi ki, dalğa xassəsi tək elektronlar dəstəsinə deyil, ayrılıqda götürülmüş təkcə bir elektrona da aiddir.

Bunu təcrübi olaraq ilk dəfə 1948-ci ildə rus alimi Fabrikant sübut etdi. O göstərdi ki, iki elektronun ardıcıl olaraq qurğuya düşmələri

arasındakı müddət, elektronun qurğudan keçmə müddətindən 104

dəfə böyük olduqda belə, alınan difraksiya mənzərəsi, elektron

dəstəsinin baxılan intensivliyindən, milyon dəfələrlə böyük

inten-sivlikli dəstələrdən alınan difraksiya mənzərəsindən heç nə ilə

fərqlənmir.

Tezliklə neytronlardan, atomlardan və molekullardan da difraksiya mənzərəsi müşahidə edildi. Bu, birdəfəlik olaraq mikrohissəciklərin dalğa xassəsinə malik olmasını sübut etdi və onların hərəkətini, uzunluğu De - Broyl düsturu ilə ifadə edilən dalğavari proses kimi təsəvvür etməyə imkan verdi.

Beləliklə, bütün mik­ro­hissəciklər həm hissəcik, həm də dalğa xassəsinə malikdir. Eyni zamanda, is­tə­nilən hissəciyi klassik fizika baxımından nə hissəcik, nə də dalğa hesab etmək olmaz.

Göstərmək olar ki De-Broyl dalğasının faza sürəti

olur ( - hissəciyin hərəkət sürətidir). c   olduğu üçün sonuncu ifadədən alınır ki, De- Broyl dalğasının faza sürəti işığın vakuumdakı sürətindən böyükdür: faza  c.

De-Broyl dalğasının qrup sürəti isə

olar.

Sərbəst hissəcik üçün



olduğunu nəzərə alsaq, onda

deməli, De- Broyl dalğasının qrup sürəti elə hissəciyin sürətinə bərabərdir.




Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə