Microsoft Word Neft-qaz quyularının qazılması texnikası v? texnologiyası. docx



Yüklə 140,05 Kb.
Pdf görüntüsü
səhifə1/16
tarix30.12.2023
ölçüsü140,05 Kb.
#164432
  1   2   3   4   5   6   7   8   9   ...   16
657997585-Neft-qaz-Quyularının-Qazılması-Texnikası-Və-Texnologiyası



 
Neft-qaz quyularının qazılması texnikası və texnologiyası 
İmtahan sualları 
1. Qazıma quyusu haqqında anlayış. 
2. Quyuların qazılma məqsədlərinə görə növləri. 
3. Quyuların tipləri 
4. Fırlanma üsulu ilə qazıma. 
5. Rotor və yuxarı intiqal sistemi ilə qazıma 
6. Quyudibi mühərriklə qazıma 
7. Süxurdağıdıcı alətlər 
8. Pərli və tiyəli baltalar 
9. Şaroşkalı baltalar 
10. Xüsusi məqsədlər üçün işlədilən baltalar 
11. Almazlı və PDS tipli baltalar 
12. Qazıma kəmərinin vəzifəsi və elementləri 
13. Aparıcı və ya işlək boruların vəzifələri 
14. Ağırlaşdırılmış qazıma boruları 
15. Qazıma kəmərinin köməkçi hissələri və vəzifələri 
16. Qazıma məhlulunun tam dövranını sistemi.
17. Qazıma məhlulunun vəzifələri.
18. Qazıma məhlulunun keyfiyyət parametrləri 
19 Qazıma məhlulunun hazırlanması.və təmizlənməsi
20. Qazıma məhlulu ilə əlaqədar baş verən mürəkkəbləşmələr 
21. Qazıma məhlulunun udulması
22. Qaz neft su təzahürləri 
23. Quyu divarının dayanıqlığının pozulması 
24. Quyuların təbii əyilmə səbəbləri 
25. Quyuların təbii əyilməsinə geoloji amillərin təsiri 
26. Quyuların təbii əyilməsinə texniki amillərin təsiri
27. Quyuların təbii əyilməsinə texnoloji amillərin təsiri
28. Qazıma zamanı baş verən qəzalar. 
29. Qazıma kəmərilə əlaqədar baş verən qəzalar 
30. Qazıma kəmərilə əlaqədar baş verən qəzaların ləğv edilmə üsulları 


1.
 
Qazıma quyusu haqqında anlayış 
Hazırlanmış xüsusi meydançadan insan daxil olmadan mexaniki vasitələrlə qazılan, diametri uzunluğuna 
nisbətən çox kiçik silindrik lüləyə 
quyu
deyilir. 
Quyunun yer səthindəki başlanğıcına quyunun ağzı, sonuna quyunun dibi, yanlarına quyunun divarı, 
ağzından dibinə qədər olan məsafəyə quyunun dərinliyi, maili və üfüqi quyularda baltanın gedişi boyunca 
məsafəyə isə quyu lüləsinin uzunluğu deyilir. Neft quyusu dağ süxurlarının mütəmadi olaraq dağıdılması və 
doğranmış süxur hissəciklərinin qazıma məhlulu vasitəsilə yer üzərinə qaldırılması nəticəsində alınır. 
Quyu həmişə qazıma məhlulu ilə dolu olmalıdır. Adi qazımada quyu dibindəki süxur təmamilə dağıdılır. 
Süxur nümunəsi (kern) götürmək lazım gəldikdə isə quyu dibinin ətraf hissəsi dağıdılır və daxildə dağıdılmamış 
qalan silindrik özək şəkilli süxur sütunu bütövlükdə yerin səthinə qaldırılır. 
Quyunu qazımaq üçün quyu layihəsi tərtib edilir və xüsusi hazırlanmış meydança üzərində qazıma 
avadanlığı yerləşdirilir. Təhlükəsizlik texnikası, yanğından mühafizə və ətraf mühitin qorunması tələbləri 
yerinə yetirilir. Yalnız bunlardan sonra quyunun qazılmasına başlamaq olar. 

Yüklə 140,05 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə