Microsoft Word Neft-qaz quyularının qazılması texnikası v? texnologiyası. docx



Yüklə 140,05 Kb.
Pdf görüntüsü
səhifə7/16
tarix30.12.2023
ölçüsü140,05 Kb.
#164432
1   2   3   4   5   6   7   8   9   10   ...   16
657997585-Neft-qaz-Quyularının-Qazılması-Texnikası-Və-Texnologiyası

Nizəyə oxşar baltalar.
 
Böyük diametrli quyu lüləsindən kiçik diametrli quyu lüləsinə keçmək, qoruyucu 
borular içərisində qalıb bərkimiş sement tıxaclarını qazımaq, bəzi qəzaların ləğvi üçün istifadə etmək, qoruyucu 
kəmərlərin başmaqlarını sındırmaq, quyu dibindəki metal əşyaları kənara sıxışdırmaq kimi işləri yerinə 
yetirmək üçün istifadə olunur. 
Ekssentrik baltalar.
 
İkinci lülənin açılmasında, əvvəlki balta ilə qazılmış lülənin diametrini daha böyük 
diametrlə qazımağı davam etdirməkdə istifadə edilir. 
11. Almazlı və PDS tipli baltalar 


Geoloji kəsilişdə az və orta abrazivliyə, çox bərk, bərk və orta bərkliyə malik süxurları (əhəngdaşı, 
argillitlər, gilli qumdaşları, mergellər, anhidritlər, brekçiyalar, mərmərlər, dolomitlər, dolomitli qum daşları və 
s) qazımaq üçün bu baltalardan istifadə edilir. Almazlı baltanın matrisi üzərində texniki almaz dənələri radial və 
pilləli şəkildə yerləşdirilir.
Almazlı baltalar almazların növü, ölçüləri, forması, dənələrinin matrisadan çıxması, mərkəzi və ətraflarının 
quruluşu, matrisanın bərkliyi, abrazivliyə qarşı dayanıqlığı və nəhayət, yuma kanallarının quruluşu ilə bir-
birindən fərqlənir.
Almazlı baltalar quyu dibini bütövlükdə qazıyan və ya süxur nümunəsi götürən sütuncuqlu baltabaşı 
şəklində istehsal edilir. 
Kəsici dişlər bir-birindən fərqli dörd tip almazdan hazırlanır. 
1.Almaz mədənlərindən çıxarılan təbii almazlar. Bu almazlar müxtəlif ölçülərə və tərkiblərə malikdir; çox 
xırda almazlar (almaz qırıntıları), xırda almazlar (ölçüləri 1mm-dən kiçik) və nisbətən iri almazlar (ölçüləri 
1mm-dən böyük). 
2.Sintetik almazlar çox xırda olur (almaz qırıntıları). Bu almaz qırıntıları, əsasən, PDS tipli baltaların kəsici 
elementlərini hazırlamaq üçün istifadə olunur. 
3.Yarımkristallik almazlar (PDS) süni şəkildə yaradılır. Belə məhsulların üstün cəhəti onların forma və 
ölçülərinin (bir neçə millimetrdən iki düymə qədər) balta dişlərinin tətbiq sahələrindən asılı olaraq 
dəyişməsidir. 
4.İstiliyə davamlı almazlar (TSD) və ya istiliyə davamlı yarımkristallik almazlar (TSP). Özlüyündə sintetik 
almazlardır. Bu material çox kövrəkdir və istiliyə davamlıdır (1000
0
C-dən yüksək temperaturda dağılma baş 
verir).

Yüklə 140,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə