14. DÖŞƏMƏLƏr plan



Yüklə 20,08 Kb.
tarix05.03.2018
ölçüsü20,08 Kb.
növüКонспект


14. DÖŞƏMƏLƏR
PLAN
1. Döşəmələrin növləri;

2. Lövhə şəkilli döşəmələr üçün material və məmulatlar;

3. Parket döşəmələr üçün material və məmulatlar;

4. Döşəmələr üçün polimer material və məmulatlar.




Ə D Ə B İ Y Y A T
1. Материаловедение: конспект лекций / Алексив В.С. – М.: Эксмо, 2008.

– 160c. – (Экзамен в кармане).

Müxtəlif bina və qurğuların tikintisində döşəmələrin növü və quruluşu tikinti norma və qaydaları ilə təyin edilir (CHuП). Bina və qurğunun təyinatından asılı olaraq onların daxilində -otaqlarda ən fərqli: ağac, polimer, keramik, şüşə və posa-sitaldan, asfaltdan, mozaik örtüklü beton plitələr (“Brekçiya” tipli) və s. döşəmə-lərdən istifadə edilir. “Brekçiya” tipli plitələrin ölçüləri 400 x 400 mm yaxud 500 x 500 mm olmaqla, mərmər qəlpələrindən, qranit, keramik qəlpələrindən epoksid ya-pışqanı əsasında hazırlanır.

Mexaniki sexə malik müəssisələrdə, hansı ki, burada avto və elektrokarlar müxtəlif yüklər daşıdıqlarından asfalt döşəmələrin üzərini perforasiya yaxud qeyri – hamar metal plitələrlə (ölçüsü 500x500 mm və daha kiçik) örtürlər. Müxtəlif müəs-sisələrin istehsalat binalarında həmçinin mərmər qırıntıları xüsusi sement məhlul əsasında mozaik döşəmələr salınır. Belə döşəmələr qurulduqdan sonra (məhlul) xü-susi maşınlarla cilalanır.

Bundan başqa, ictimai binalarda və köməkçi sexlərdə döşəmələrin salınmasında şüşəkremnezit, şüşəkristallit və posasitallar tətbiq edilir. Belə döşəmələr yüksək de-korativliyi, uzunömürlüyü, turşu –qələvi mühitinə dayanıqlığı ilə xarakterizə olunur.

Müxtəlif kimyəvi istehsalat sexlərində çoxqatlı turşu –qələvi dayanıqlı döşə-mələr yerləşdirilir. Aşağı qat polüzobutilen yaxud rezin plastikalar (xüsusi xassələrə malik (aqresiv mühitə dayanıqlı) –dan, yuxarı üst qat –turşuya davamlı keramik plitkalardan ibarət olub, xüsusi məhlulların tətbiqi ilə yerləşdirilir.

Dekorativ keramik plitkalar (müxtəlif şəkilli) sanitar qovşaqların döşəmələrində, hamam, camaşırxana, vestibül və holların döşəmələrində istifadə olunur. Bu keramik döşəmələrin tətbiqi onların uzun müddətli istismarını təmin edir. Bu növ döşəmələr həmçinin: sukeçirməməzlik, turşu və qələvi mühitinə dayanıqlıq, yeyilməyə yaxşı müqavimətlik, asan yuyulmaq (bu xüsusiyyətinə görə asan dezinfeksiyaedici məhlul-lar tətbiq edilə bilir), müxtəlif ornamentlər (şəkillər -naxışlar) formalaşdırmaq kimi xüsusiyyətləri təmin edir.

Döşəmələrin örtülməsində müxtəlif polimer örtüklərindən: lonolium, polimer plitka, sintetik gəbə (xalı), tökmə tikişsiz polimer örtüklərdən istifadə olunur. Polimer döşəmələr ümumi döşəmə həcminin 40% -i təşkil edir.

Mövcud tikinti normalarına görə ağac döşəmələr əsasən məktəblərin, uşaq və tibb müəssisələrinin, yaşayış evlərinin döşəmələrində döşənir. Bu döşəmələr: döşəmə lövhələri, döşəmə tirləri və parket məmulatları hesabına yerinə yetirilir. Parket döşə-mələr xüsusi inşaatda, ofislərdə ədədi parket lövhələri, parket lövhələri, parket şitləri formasında mozait və bədii – detorativ tərtibatda tətbiq edilir.

Uzun zamanlar inşaatda yaşayış evlərinin, müxtəlif bina və qurğularda lövhə döşəmələri tətbiq edilirdi və onların materialı palıd, fısdıq, küknar, qara şam, şam və s. ağaclardan emal edilirdi. Bu zaman cökə və qavaq ağaclarının oduncağından istifa-də yolverilməzdir. Ağac emal edən dəzgahlar tətbiq edilənə qədər oduncaqlar sadəcə bir –birinə uyğunlaşdırılırdı. Sonralar bu xüsusi frezləyici dəzgahlarla yerinə yetirildi. Lövhə döşəmələr üç tipdə 1 –ci, 2- ci cə 3 –cü tip –hazırlanır. 3 –cü tip döşəmələrin qalınlığı 37 x 40mm. olub istehsalat binalarında, idman zallarında və digər yüksək yüklənmiş döşəmələrdə tətbiq edilir. Yaşayış binalarında qalınlıq 25x35 mm olur. Bu lövhələr ölçüləri 40x40 mm yaxud 50 x 50 mm olan laqalar üzərinə döşənir. Lövhəli döşəmələrə aşağıdakı tələblər qoyulur: nəmlik 12 x 3%, səth kələ - kötürlüyü üzündə -ən azı 80 mkm (şəffaf bəzək vurmada), qeyri –şəffaf bəzək vurmada ən azı 200 mkm, üzümün əks tərəfi isə ən azı 50 mkm. olmalıdır.

Ədədi parket plankalar təsəvvüründə olub palıd və tropik oduncaq cinslərindən (A markalı), həmçinin fısdıq, şabalıd, qara şam və s –dən (B markalı) hazırlanır. A markası əla kateqoriyalı, B markalı isə 1-ci kateqoriyalı hesab olunur. Mozaika parketlər şit şəklində hazırlanıb iki tipə (plankaların əsasa bərkidilməsi üsuluna görə) bölünür:

1) П1 –plankaların üz səthinə kağız yapışdırılır və döşəndikdən sonra kağız çıxarılır;

2) П2 –plankanın əks tərəfi elastiki (istilik –izolyasiya materialı) bioloji dayanıq-lı materiala yapışdırılmış olur və döşəməyə döşəndikdən sonra qalır (çıxarılmır). Enliyarpaqlı oduncaq cinslərindən olan parket plankalarının qalınlığı –8 mm, iynə-yarpaqlı oduncaqlardan olanlar –10 mm; uzunluğu 100...230 mm, eni 20...30 mm təşkil edir.

Parket döşəmələri bəzən parket lövhələr şəklində əsasən konstruksiyasından asılı olaraq üç tipə bölünür:

1) ПD1 – bir qat reyka əsaslı olub, qarşılıqlı perpendikulyar olmaqla kvadrat və düzbucaqlılar şəklində döşənir;

2) ПD2 – bir qat reyka əsaslı olub, parket lövhəsinin uzununa oxu istiqamətində yığılır;

3) ПD3 – ikiqat reyka –şpon əsaslı olub, qarşılıqlı perpendikulyar istiqamətdə düzülür. Ölçüləri: uzunluğu 150...207 mm, eni 20...50 mm, qalınlığı 6 mm olur.

Əksər hallarda parket şitləri aşağıdakı ölçüdə: 400 x 400 mm –dən 800 x 800 mm, qalınlığı isə 22...40 mm tətbiq edilir.

Son dövrlərdə VIP salonların, ofislərin, kottedjlərin, malikanə və villaların döşə-mələrinin bəzədilməsində bədii parketdən – şit şəkilli parketin şəkil dəyişməsindən geniş istifadə olunmaqdadır. Bədii parket iki üsulla: “marketri” –şəkil ayrı –ayrı plan-kalarla yığılır, yəni rəng və tekturasına görə fərqli plankalarla, bir –birini sıx olaraq sıxmaqla; “intarsiya” (inkrustasiya) –oduncağın üz qatının əsas fonunda ayrı –ayrı oduncaq fraqmentləri digər tekstura və rəng qammasına malik oduncaq cinsi ilə yığılır.

Artıq bir neçə onllikdir ki, ictimai binalarda, sənaye müəssisələrinin köməkçi binalarında döşəmələrin abadlaşdırılması üçün polimer materiallar –rulon (linolium, sintetik döşəmə örtüklərinin bütün növləri), plitka, vərəq, həmçinin mastika (poli-mersement və polimerbeton tərkibli) formasında məmulatlar geniş istifadə olunur. Ən geniş yayılmış döşəmə örtüyü –polivinilxlorid linoliumdur. Linolium üç tipdə: “MП” –çoxqatlı, üz qatı şəffaf polivinilxlorid plyonkada çap olunmuş şəkillər; “M” –çox-qatlı bir rəngli yaxud mərmərşəkilli; “O” –birqatlı –birrəngli yaxud mərmərşəkilli; rulonların uzunluğu 12 m, eni 1200...1400 mm və qalınlığı 1,5 və 1,8 mm olur. Eyni zamanda istilik –səs izolyasiyalı linoliumlar tez-tez tətbiq edilir. Bundan başqa polivinilxlorid plitkalar (ölçüləri 300 x 300 mm, qalınlığı 1,5 və 2,5 mm- kvadrat və trapesiya formasında olur), sintetik gəvə-xalı materialları (uzunluğu 12 m, eni 1,5...2 m və qalınlığı 3...5 mm, anoloji idxal xalılarının eni 2,3,4 və 5 m olur) və pastaçəkilli mastika polimer materialları tikişsiz olaraq döşəmələrin örtülməsində (beton və dəmir-beton əsaslı) istifadə edilir.




: files -> 292871
292871 -> MühaziRƏ 5 İstehsalat zədələnmələri və peşə xəstəlikləri plan
292871 -> Mühazirə 8 SƏs- küy və TİTRƏYİŞLƏRDƏn mühafiZƏ MƏSƏLƏLƏRİ Plan
292871 -> 16. Memarliq dizayni materiallarinin xassəLƏRİ plan
292871 -> MühaziRƏ 12 Standartlaşdırma və ekologiya Plan
292871 -> Mühazirə 6 İstehsalat sanitariyası. İşçi sahədə mikroiqlim şəraiti Plan
292871 -> Kompleks və qabaqlayan standartlaşdırma. Plan Kompleks standartlaşdırma. Qabaqlayan standrtlaşdırma
292871 -> MühaziRƏ 15 Standartlaşdırma üzrə beynəlxalq və regional təşkilatlar
292871 -> 4. DƏMir –karbon ərintilərinin hal diaqrami t e. n., dosent, E. M. Cavadovpla n
292871 -> 2. metallarin alinma üsullari t e. n., dosent, E. M. Cavadovpla n
292871 -> 10. MeşƏ materiallari plan


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə