Microsoft Word Neft-qaz quyularının qazılması texnikası v? texnologiyası. docx



Yüklə 140,05 Kb.
Pdf görüntüsü
səhifə4/16
tarix30.12.2023
ölçüsü140,05 Kb.
#164432
1   2   3   4   5   6   7   8   9   ...   16
657997585-Neft-qaz-Quyularının-Qazılması-Texnikası-Və-Texnologiyası

6. Quyudibi mühərriklə qazıma 
Turbin üsulu il
ə 
qazımada qazıma məhlulunun hidravlik gücü hesabına hərəkətə gələn turbin qazıyıcısının 
valına bağlanmış qazıma baltası fırlanma hərəkəti alır. 
Turbin qazıyıcısının əsas hissəsi turbindir. Turbin çoxlu sayda (yüzdən artıq) eyni olçülü dayaqlardan 
ibarətdir. 
Hər bir turbin öz növbəsində iki əsas hissədən: mühərrikin valına bağlanmış fırlanan rotordan və gövdəyə 
bərkidilmiş tərpənməz halda olan statordan ibarətdir
 
Vintli həcm mühərrik
v
int mexanizmi əsasında yaradılmış və bu mühərrikin köməyi ilə, turbin 
qazıyıcısından fərqli olaraq istənilən dövrlər sayı əldə etmək mümkündür. Bu quyudibi mühhərik iki seksiyadan 
ibarət olur: mühərrik və şpindelli seksiya. Şpindelli seksiya baltaya oxboyu yük vermək, hidravlik yükləri qəbul 
etmək və təzyiq düşküsü yaratmaq üçündür. Vintli həcmi mühərriklərlə qazıdıqda balta dövrlərinin sayını 120-
80 dövr/dəq-ə qədər azaltmaqla, çox böyük fırlanma momenti əldə etmək mümkündür.
Elektrik üsulu ilə
 
qazımada baltanı quyu dibində yerləşdirilmiş üçfazalı dəyişən cərəyan mühərriki 
(asinxron mühərriki) fırladır.
Elektrik qazıyıcısına elektrik enerjisi qazıma borularının içərisində yerləşdirilmiş kabellə daxil olur və 
fırlanğıc üzərində yerləşdirilmiş cərəyan qəbuledicisi vasitəsilə ötürülür. Elektrik qazıyıcısı qazıma kəmərinin 
ucuna, balta isə elektrik qazıyıcısının valına bağlanır. Elektrik qazıyıcısı işə düşən kimi onun valına bağlanmış 
qazıma baltası fırlanma hərəkəti alır. Qazıma məhlulunun dövranı başqa qazıma üsullarında olduğu kimidir. 
7. Süxurdağıdıcı alətlər 
Neft və qaz quyularının qazılmasında qazıma kəmərinin ucunda quyu dibinə endirilən alət qazıma baltası 
adlanır. Balta quyu dibində süxuru dağıdarkən iki əsas əməliyyatı–balta dişlərinin, yaxud onun kəsici hissəsinin 
süxura batması və sonra onu dağıtması (kəsmək, qopartmaq və ya doğramaq) işini görür. 
Məlumdur ki, balta süxuru eyni vaxtda görülən iki hərəkət nəticəsində dağıdır. Bunlar irəliləmə və fırlanma 
hərəkətləridir. Yuxarıdan aşağıya doğru irəliləmə hərəkəti qazıma baltasına veriləcək oxboyu yükün hesabına 
alınır. Baltaya fırlanma hərəkəti isə quyu ağzında yerləşən rotor vasitəsilə və ya quyu dibində yerləşən turbin, 
elektrik qazıyıcısı və yaxud da vintli həcmi mühərrik vasitəsilə verilir. 
Quyuların qazılmasında, əsasən, üç növ balta tətbiq edilir. 
1.Quyudibi süxurların tamamilə qazılması prosesində işlədilən pərli (tiyəli), şaroşkalı və almazlı baltalar. 


2.Yatağın və yerin təkinin geoloji kəsilişini öyrənmək məqsədilə işlədilən sütuncuqlu baltalar.
3.Xüsusi məqsədlər üçün işlədilən baltalar. 

Yüklə 140,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə