Microsoft Word Neft-qaz quyularının qazılması texnikası v? texnologiyası. docx



Yüklə 140,05 Kb.
Pdf görüntüsü
səhifə9/16
tarix30.12.2023
ölçüsü140,05 Kb.
#164432
1   ...   5   6   7   8   9   10   11   12   ...   16
657997585-Neft-qaz-Quyularının-Qazılması-Texnikası-Və-Texnologiyası

14. Ağırlaşdırılmış qazıma boruları 
Ağırlaşdırılmış qazıma boruları (AQB)
qazıma kəmərinin aşağı hissəsinin (QKAH) sərtliyini, 
dayanıqlığını və baltaya oxboyu yükün verilməsini təmin etmək, quyu lüləsinin təbii olaraq əyilməsinin 
qarşısını almaq məqsədilə qazıma kəmərinin aşağı hissəsində yerləşdirilir.
Qazıma kəmərinin aşağı hissəsinin quyu dibində əyilməsi hallarında balta şaquldan uzaqlaşır və quyunun 
gövdəsi əyilir. Odur ki, bu hal ilə mübarizə məqsədilə AQB-dan istifadə edirlər. 
Balta üzərinə verilən oxboyu yükün təsirindən qazıma kəmərinin aşağı hissəsi sıxılır, yuxarı hissəsi isə 
dartılmış vəziyyətdə olur. Bu iki hissənin sərhədində istiqamətləri müxtəlif olan dəyişən gərginliklər (dartılma 
və sıxılma gərginlikləri) alındığı üçün həmin neytral kəsik ən təhlükəli kəsik adlanır. Məhz bu səbəbə görə balta 
üzərində yerləşdiriləcək AQB elə uzunluqda olmalıdır ki, neytral kəsik AQB-nin üzərinə düşsün və kəmərin 
sınması baş verməsin. 
AQB-nin xarici və daxili diametri, mm-lə 95/32, 108/38, 146/74, 178/90, 203/100, 219/100, 229/100, 
254/100 ölçülərində, uzunluğu isə 12,5m olur. 
15. Qazıma kəmərinin köməkçi hissələri və vəzifələri 
Çox hallarda qazıma kəmərinin ünsürləri müxtəlif növlü və müxtəlif ölçülü yivlərlə birləşməli olur. Bu 
zaman keçiricilərdən istifadə edilir.
Əks bağlayıcı (klapan). 
Qazıma zamanı quyudan qazıma borusu vasitəsilə qaz-neft təzahürlərinin 
qarşısını almaq üçün balta üstündə qıfıl birləşmələri arasında yerləşdirilir
Qoruyucu rezin halqalar (protektor Bettis halqaları).
Rotor üsulu ilə qazıma zamanı qazıma kəməri 
quyuya endirilmiş qoruyucu kəmərlərin içərisində fırlanmalı olur. Belə hallarda qazıma kəmərindəki qıfılların 
qoruyucu kəmərə dəyib onu zədələməməsi və tez yeyilib sıradan çıxmaması üçün qazıma borularına rezin 
halqalar geydirilir. 
Q
ə

Yüklə 140,05 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə