Microsoft Word Neft-qaz quyularının qazılması texnikası v? texnologiyası. docx


Qazıma məhlulunun hazırlanması.və təmizlənməsi



Yüklə 140,05 Kb.
Pdf görüntüsü
səhifə12/16
tarix30.12.2023
ölçüsü140,05 Kb.
#164432
1   ...   8   9   10   11   12   13   14   15   16
657997585-Neft-qaz-Quyularının-Qazılması-Texnikası-Və-Texnologiyası

 
19. Qazıma məhlulunun hazırlanması.və təmizlənməsi 
Qazıma məhlulu əsasən üç üsulla hazırlanır: quyu içərisində hazırlanması, quyu ərazisində hazırlanması və 
mərkəzləşdirilmiş şəkildə gil zavodlarında. 
Əgər quyunun kəsilişi qazıma məhlulu hazırlamaq üçün yararlı gillərdən təşkil olunubsa, qazıma 
məhlulunu bilavasitə quyunun içərisində əldə etmək olar. Belə qazıma məhluluna təbii qazıma məhlulu deyilir.
Əgər quyunun kəsilişində qazıma məhlulu hazırlamaq üçün yararlı gil növləri olmazsa, yaxud az olarsa
onda quyu ərazisində yerləşdirilmiş xüsusi avadanlığın köməyi ilə qazıma məhlulu hazırlayırlar. Qazıma 
məhlulunun hazırlanması prosesi mexaniki qarışdırıcı (gil qarışdırıjısı) və hidravlik qarışdırıcılar ilə yerinə 
yetirilə bilər.
Mərkəzləşdirilmiş şəkildə isə qazıma məhlulunu gil zavodlarında hazırlayırlar. Əgər qazıma məhlulu zavod 
şəraitində hazırlanıbsa, onu böyük tutumlu avtosisternlərlə, yaxud boru kəməri vasitəsilə buruğa çatdırırlar. 
Qazıma prosesində qazılan süxur hissəcikləri ilə çirklənmiş məhlul təmizlənməli, əvvəlki parametrləri 
bərpa edildikdən sonra yenidən quyuya vurulmalıdır. Başqa sözlə desək, qazıma prosesində quyudan çıxan 
məhlul təmizləyici qurğuların vasitəsilə qazılmış süxur hissəciklərindən təmizlənməlidir 
Quyudan çıxan qazıma məhlulunun süxur hissəciklərindən təmizləmək üçün müxtəlif mexaniki 
qurğulardan istifadə edirlər: titrəyən ələk və ya qoşalaşdırılmış titrəyən ələk, hidrosiklon tipli süxur ayırıcı 
qurğular, özü fırlanan separator və sentrefuqa. 
 
 
20. Qazıma məhlulu ilə əlaqədar baş verən mürəkkəbləşmələr 
Qazılmaqda olan quyuda mürəkkəbləşmə və qəzaların baş verməməsi üçün çalışmaq lazımdır ki, qazıma 
məhlulunun intervallar üzrə keyfiyyət parametrləri, rəhbərlik üçün qəbul edilən və icrası məcburi olan geoloji 


texniki tapşırıqda göstərilən parametrlərə uyğun olsun. Əks təqdirdə mürəkkəbləşmə və qəzaların başvermə 
ehtimalı çox realdır və bu işdə, ilk növbədə, qazıma ustası və qazıma briqadası məsuliyyət daşıyır. İndi isə 
qazıma məhlulu ilə əlaqədar quyuda baş verə biləcək əsas mürəkkəbləşmələri nəzərdən keçirək. Bunlar: quyu 
divarının uçulub tökülməsi, həmin divarı təşkil edən gilli süxurlarda gillərin şişməsi və nəticədə quyu divarının 
daralması, quyu divarını təşkil edən süxurların müəyyən müddətdən sonra deformasiyaya uğrayaraq sürüşməsi, 
divarda novların əmələ gəlməsi, qazıma məhlulunun qismən, bəzən isə təmamilə udulması, quyuya qaz, neft, su 
daxil olmasının əlamətləri, sonra isə qaz, neft, su təzahürləri, qazıma kəməri qaldırılan zaman dartılmalarla, 
endirilmə zamanı isə oturmalarla hərəkət etməsi və sairə. 
Bu mürəkkəbləşmələrdən hər hansı birinin vaxtında qarşısının alınmaması ağır qəzalarla nəticələnir ki
onların da ləğv edilməsi çoxlu vaxt, əmək və əlavə vəsait tələb edir. Odur ki, mürəkkəbləşmələrin ilk 
əlamətlərini aşkar edən kimi, baş verə biləcək mürəkkəbləşmələrin və qəzaların qarşısını almaq üçün təcili 
tədbirlər görülməlidir. 
Quyuların qazılmasında müxtəlif mürəkkəbləşmələrə rast gəlinir. Bunlara qazıma məhlulunun udulması, 
qaz-neft və su təzahürləri, quyu divarının dayanıqlılığının pozulması və s. aiddir. 

Yüklə 140,05 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə