Microsoft Word Neft-qaz quyularının qazılması texnikası v? texnologiyası. docx


Quyuların qazılma məqsədlərinə görə növləri



Yüklə 140,05 Kb.
Pdf görüntüsü
səhifə2/16
tarix30.12.2023
ölçüsü140,05 Kb.
#164432
1   2   3   4   5   6   7   8   9   ...   16
657997585-Neft-qaz-Quyularının-Qazılması-Texnikası-Və-Texnologiyası

2. Quyuların qazılma məqsədlərinə görə növləri. 
Quyular qazılma məqsədlərinə görə aşağıdakı növlərə ayrılır: 
1.
İstinad (dayaq) quyuları
–iri regionların geoloji kəsilişini və hidrogeoloji şəraitini öyrənmək, çöküntü 
süxurlarının yayılma qanunauyğunluqlarını təyin etmək müəyyən etmək üçün qazılır. 
2.
Parametrik quyular
-neft və qazın yığıldığı perspektivli zonaları aşkar etmək etmək üçün qazılır. 
3.
Struktur quyular
–aşkar edilmiş perspektiv sahələrdə axtarış-kəşfiyyat quyularının qazılmasına hazırlıq 
işlərinin aparılması üçün qazılır. 
4.
Axtarış quyuları
–geoloji çəkilişlər, struktur qazıma, geofiziki və geokimyəvi tədqiqatlar, yaxud bu 
üsullar kompleksi nəticəsində sahənin neftlilik və qazlılığını müəyyən etmək üçün qazılır. 
5.
Kəşfiyyat quyuları
–sənaye əhəmiyyətli neftli-qazlı sahələrdə yatağın konturlarını təyin etmək, yataqdakı 
ehtiyatı müəyyən etmək və onun işlənməsi məqsədilə hazırlıq işlərinə başlamaq üçün qazılır. 
6.
İstismar quyuları
–neft və qaz yataqlarının işlənməsi üçün qazılır. 7.
Xüsusi quyular
-
mədən sularını 
atmaq, neft və qazın açıq fontanının ləğv edilməsi, ehtiyat qazın vurulması məqsədilə yeraltı anbarların 
strukturlarının hazırlanması üçün qazılır. 
3. Quyuların tipləri 
Neft yataqlarının geoloji şəraitindən asılı olaraq müxtəlif tipli quyular qazılır. Neft quyuları aşağıdakı 
tiplərdə qazıla bilər: 
- şaquli; 
- maili istiqamətlənmiş;
- üfüqi; 
- çoxlüləli; 
- çoxdibli. 
- küt quyular
Ş
aquli quyu
– quyu lüləsinin şaquldan inhiraf bucağı 5
0
-ni keçməyən quyulardır. 
Maili istiqam
ə
tl
ə
nmi
ş
 quyu
– quyu lüləsinin şaquldan inhiraf bucağı 5
0
-dən çoxdur. Maili quyu elə quyuya 
deyilir ki, onun dibi, ağzının dib səviyyəsindəki üfqi müstəvi üzərinə proyeksiyasına nisbətən istənilən 
istiqamətdə uzaqlaşmış olsun.
Üfüqi quyular
– elə quyulara deyilir ki, lülənin şaquldan inhiraf bucağı 80-90
0
–yə qədər təşkil edir. Üfüqi 
qazımanı fərqləndirən başlıca cəhət quyu lüləsinin məhsuldar layla görüş sahəsinin böyük olmasıdır. 
Küt quyular
- Küt qazıma dedikdə, məhdud ölçülərə malik meydança üzərindən ağızları bir-birinə yaxın 
olan maili quyuların qazılması başa düşülür. 
Çoxlül
ə
li quyular
əsas lülədən bir və ya bir neçə əlavə lülənin ayrılmasından ibarətdir. Əgər lülənin 
şaxələnmə nöqtəsi məhsuldar laydan yuxarıda yerləşirsə, onda belə quyular çoxlüləli adlanır (ÇLQ).
Çoxdibli quyular
əsas lülədən bir və ya bir neçə əlavə lülənin ayrılmasından ibarətdir. Əgər lülənin 
şaxələnmə nöqtəsi məhsuldar layın içərisində yerləşirsə, belə quyular çoxdibli adlanır. (ÇDQ). 

Yüklə 140,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə