Microsoft Word Neft-qaz quyularının qazılması texnikası v? texnologiyası. docx


Şaroşkaların sayına görə baltalar bir, iki, üç və çox şaroşkalı olur. Birşaroşkalı baltalar



Yüklə 140,05 Kb.
Pdf görüntüsü
səhifə6/16
tarix30.12.2023
ölçüsü140,05 Kb.
#164432
1   2   3   4   5   6   7   8   9   ...   16
657997585-Neft-qaz-Quyularının-Qazılması-Texnikası-Və-Texnologiyası

 
Şaroşkaların sayına görə baltalar bir, iki, üç və çox şaroşkalı olur.
Birşaroşkalı baltalar.
 
Birşaroşkalı baltalar, əsasən, yerin dərin qatlarında yerləşən plastik və orta 
abrazivliyə malik süxurları qazımaq üçün hazırlanır. 
İkişaroşkalı baltalar

İkişaroşkalı baltanın gövdəsi bir-biri ilə qaynaq edilmiş iki konusvarı seksiyadan 
ibarət olur. 
İkişaroşkalı baltanı eyni diametrli üçşaroşkalı baltadan fərqləndirən əsas üstün cəhət onun şaroşkalarının 
ölçülərinin nisbətən böyük olması və yuma dəliklərinin yerləşdirilməsi üçün münasib şəraitin olmasıdır. 
Üçşaroşkalı baltalar

Bu baltalar iki üsulla hazırlanır. Birinci üsulla hazırlanan baltalar bir-biri ilə tikişlə 
qaynaq edilmiş 3 seksiyadan ibarət, diametri olur. İkinci növ şaroşkalı baltalar tökmə üsulla hazırlanır. Bu növ 
baltaların yuma dəlikləri də iki cür hazırlanır. Baltalardan bəzilərinin yuma dəliklərindən çıxan maye şırnağı 
balta dişlərini təmizləmək məqsədilə şaroşkaların üzərinə yönəldilir. Bəzi baltalarda isə maye şırnağı quyu 
dibinə istiqamətləndirilir ki, bu da quyudibi süxurların dağıdılmasına və quyu dibinin yaxşı təmizlənməsinə 
kömək edir. Yuma dəlikləri baltanın mərkəzində və yan səthində açılır. Belə baltalar hidromonitor effektli 
baltalar adlanır .
10. Xüsusi məqsədlər üçün işlədilən baltalar 
Genişləndiricilər–
Bunlardan
 
quyu lüləsinin daraldığı yerlərdə quyunun diametrini bərpa etmək, başqa 
sözlə desək, onu nominal diametrə qaytarmaq və qazıma alətini quyu lüləsinin mərkəzində saxlamaq üçün 
istifadə edirlər. Genişləndiricilər şaroşkalı və almazlı olur. 
Frezerli baltalar

sement körpülərini və quyuda olan kənar metal cisimləri qazımaq üçün işlədilir.

Armuda oxşar baltalar

Bunlardan
 
quyunun kəsilişində yüksək plastikliyə malik süxurların şaquli və 
radial təzyiqləri nəticəsində və geodinamik proseslərin təsirindən qoruyucu kəmərlərin əzilərək, silindrik 
formasının dəyişdiyi yerlərin əvvəlki nominal diametrinin bərpası üçün istifadə edilir. 

Yüklə 140,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə