Microsoft Word Neft-qaz quyularının qazılması texnikası v? texnologiyası. docx



Yüklə 140,05 Kb.
Pdf görüntüsü
səhifə3/16
tarix30.12.2023
ölçüsü140,05 Kb.
#164432
1   2   3   4   5   6   7   8   9   ...   16
657997585-Neft-qaz-Quyularının-Qazılması-Texnikası-Və-Texnologiyası

4. Fırlanma üsulu ilə qazıma 
Fırlanma üsulu ilə qazıma prosesində, əsasən, iki əməliyyat yerinə yetirilir: qazıma kəmərinin ucuna 
bağlanıb quyuya endirilmiş balta süxurları dağıdır və dağıdılmış süxur hissəcikləri hərəkət edən qazıma 
məhlulu vasitəsilə yer səthinə qaldırılır. Birinci əməliyyatın görülməsi üçün qazıma prosesində balta quyu 
dibində fasiləsiz olaraq fırladılmalı və eyni zamanda onun üzərinə qazıma alətinin ağırlığı hesabına müəyyən 
qədər oxboyu yük verilməlidir. Quyuya vurulan qazıma məhlulu qazıma borularının içərisi ilə hərəkət edərək 


baltanın yuma dəliklərindən çıxır, qazılmış süxur hissəcikləri ilə qarışaraq boruarxası fəza ilə quyunun ağzına 
doğru qalxır. Bu proses arası kəsilmədən davam edir. 
Quyuların fırlanma üsulu ilə qazılması qazıma baltasının fırladılması prinsipinə görə iki növə bölünür:
1.Yerüstü mühəriklə qazıma;
2.Quyudibi mühəriklə qazıma; 
Yerüstü muhərriklə qazıma öz növbəsində rotor qazıma üsuluna və yuxarı intiqal sistemi ilə qazıma 
üsuluna ayrılır.
Quyudibi mühərriklərlə qazıma turbin , vintli-həcmi mühərriklə və elektrik qazıyıcısı ilə qazıma üsuluna 
ayrılır.
 
5. Rotor və yuxarı intiqal sistemi ilə qazıma 
Rotor üsulu ilə qazımada transmissiya sistemi ilə qazıma bucurqadından alınan hərəkət, quyu ağzında 
yerləşdirilmiş rotor mizinə, oradan isə aparıcı boru (işlək boru) vasitəsilə qazıma kəmərinə ötürülür və qazıma 
kəmərinin ucuna bağlanmış qazıma baltası qazıma kəməri ilə birlikdə fırlanır. Baltaya verilən oxboyu yük 
qazıma kəməri ağırlığının müəyyən hissəsi hesabına əldə edilir. Rotor üsulu ilə qazıma, dünya qazıma 
təcrübəsində çox geniş yayılmışdır. Hazırda xarici ölkələrdə qazılan quyuların demək olar ki, böyük əksəriyyəti 
bu üsulla qazılır. 
Yuxarı intiqal sistem ilə qazımada.
 
rotor qazıma üsuluna məxsus olan nöqsanlar son zamanlar geniş 
istifadə edilən yuxarı intiqal sisteminin köməyilə aradan qaldırılmışdır. Bu sistem ancaq 1980-cı ilin 
əvvəllərində yarandı və bunun köməyilə ilk kommersiya quyuları qazılmağa başladı. 1992-ci ilə qədər yuxarı 
intiqal sistemin iş effektliyi nəzərə çarpacaq dərəcədə yüksəldi və dünyada ilk yığcam yuxarı intiqal sistem 
yarandı və dəniz özüllərində geniş istifadə olunmağa başladı. Beləliklə, 1992-ci ildən etibarən qərbi Kanadada 
yuxarı intiqal sistemin köməyilə quyuların qazılması prosesi başladı. 
Artıq 2001-ci ilin əvvəllərindən başlayaraq Kanadanın qərb yataqlarında 80-ə qədər yuxarı intiqal sistemli 
qazıma qurğuları işləyirdi. Bunlardan yarısı elektrik, qalan yarısı isə hidravlik sistem ilə işləyirdi. 
Yuxarı intiqal sistemi (YİS)- maili və üfqi quyuların qazılması prosesini yaxşılaşdırdı. 
Hazırda yuxarı intiqal qazıma qurğusu dünya praktikasında çox geniş yayılmışdır.

Yüklə 140,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə