Mühazirə-1 Sualtı boru kəmərİnİn trassasına olan tələbat və seçİlən trassanın xüsusİyyətlərİ



Yüklə 6,07 Mb.
səhifə1/27
tarix09.09.2023
ölçüsü6,07 Mb.
#121577
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   27
C fakepathSualti boru kmrlri muhazireler


Mühazirə-1
Sualtı boru kəmərİnİn trassasına olan tələbat və seçİlən trassanın xüsusİyyətlərİ.
Dəniz neft – qaz mədənlərinin abadlaşdırılmasında sualtı boru kəmərinin tikintisinin həyata keçirilməsi, onun ən əlverişli nəql üsulu olması ilə əlaqədardır.
Quyudan çıxan məhsulu dənizdən sahilə nəql etmək üçün sualtı boru kəmərinin aşağıdakı üstün cəhətləri vardır.
1. Sualtı boru kəmərləri ilə quyu məhsulunun nəql olunması ən etibarlı nəqletmə vasitəsidir.
2. Boru kəmərinin çəkilməsi dəniz dibinin relyefindən, süxurların tərkibindən, dənizin dərinliyindən, platformaların konstruksiyasından və onların sahildən olan məsafəsindən asılı deyildir.
3. Hava şəraitindən, hidrometroloji şəraitdən və ilin fəsilindən asılı deyil.
4. Quyudan çıxan bütün məhsulları, qaz və kondensat da daxil olmaqla, nəql etmək imkanı yaranır.
5. Ətraf mühitin çirklənməsinin qarşısı alınır. Çünki proses təyziq altında olan hermetik qurğularda gedir.
6. Bir neçə kəməri bir magistral kəmərə birləşdirməyə və ya ondan bir neçə kəmər ayırmağa imkan verir.
7. Boru kəmərləri ilə vurulan qaz və ya su lay təzyiqini sabit saxlamaq üşün imkan yaradır.
Sualtı boru kəmərlərinin tikintisinin həyata keçirilməsinin yuxarıda saydığımız üstün cəhətləri göstərir ki, o, iqtisadi cəhətdən əlverişlidir və ekoloji cəhətdən təmizdir.
Sualtı boru kəmərini tikən zaman ən əlverişli trassanın seçilmısinin böyük əhəmiyyəti vardır. Məlum olduğu kimi, kəmərin trassası layihəçilər tərəfindən seçilir. Tikinti zamanı buna, işin xeyri üçün cüzi dəyişikliklər etmək olar. Bu şərtlə ki, seçilən trassa aşağıdakı tələbləri ödəsin:
1.Trassanın və buna müvafiq olaraq, kəmərin uzünluğu minimum olmalıdır. Bu, metal sərfinin minimum olmasına və əsaslı kapital qoyuluşunun azalmasına səbəb olur.
2. Trassa elə seçilməlidir ki, həmin trassa ilə tikintini həyata keçirmək, müasir maşın və mexanizmlərin, avadanlıqların vasitəsi ilə mümkün olsun.
3. Seçilə trassa boyunca dəniz dibinin relyefi nisbətən az girintili – çıxıntılı, müntəzəm olsun ki, istismar zamanı dənizin dalğa və axın qüvvələrinə qarşı müqavimət göstərərək tərpənməz qala bilsin.
4. Trassanın istiqaməti elə seçilməlidir ki, dənizin dalğa və axın qüvvələrinin təsiri minimum olsun ki, kəmər uzun müddət təmirsiz işləyə bilsin.
5. Seçilən trassanın yerləşdiyi dərinliyə də fikir vermək lazımdır. Dərinliklər elə olmalıdır ki, orada müasir tikinti vasitələri tikinti – quraşdırma işləri həyata keçirilə bilsin.
6. Trassa boyunca maneyə varsa, onlardan elə keçmək, elə dönmək lazımdır ki, tikinti və təmir zamanı texniki üzən vasitələr rahat işləyə bilsin.
7. Paralel keçen trassalar arasında məsafə elə olmalıdır ki, tikinti təmir zamanı heç bir maneçilik olmasın, tikinti – quraşdırma işləri təhlükəsiz həyata keçirilə bilsin. Tikinti – quraşdırma işlərini həyata keçirən zaman tikinti normaları və qaydalarına əməl etmək lazımdır.
Trassa seçilməsinin yuxarıda saydığımız tələbatlarına əməl olunarsa, tikinti – quraşdırma işləri müvəffəqiyyətlə həyata keçirilə bilər, tikinti xərcləri minimuma enər, kəmər uzun zaman təmirə dayanmadan fasiləsiz istismar oluna bilər.
Dərin sularda sualtı boru kəmərinin tikintisindən bəhs olunacaq. Dayaz sular dedikdə, dənizin dərinliyi H ≤ 0,5 dayaz hissə, H ≥ 0,5 olduqda dərin hissə adlanır. Burdakı – dəniz dalğalanmasının uzunluğudur.
Dəniz dibindəki süxurlar qumlardan, qumlu gillərdən, lildən ibarətdir. Kəmərin trassasına ən çox təsir edən şimal və şimal – şərq küləkləridir. Ona müvafiq olaraq, şimal, şimal – şərq istiqamətlərində olan dalğalar və axınlar ən böyük qüvvə ilə təsir edəcəkdir.
Axınlar küləklərin təsiri ilə yaranır. Özünün daimi axınları yoxdur. Seçilən trassa tikinti – quraşdırma işlərini həyata keçirməyə imkan verəcəkdir.
Sualtı boru kəmərinin tikintisini həyata keçirmək üçün dənizin sahilində müvafiq qaynaq – quraşdırma meydançası yaradılır. Tikinti quraşdırma meydançası, adətən, sualtı boru kəmərinin sərbəst batırma üsulu ilə tikintisini həyata keçirdikdə yaradılır. Bəzən sualtı boru kəməri kombinə üsulu ilə tikilir. Yəni kəmərin tikintisi həm sərbəst batırma həm də boru düzən gəmi ilə həyata keçirilir. Tikinti quraşdırma meydançası dəniz sahilinə paralel olaraq, 2,5-3,0 km uzunluqda, 50-60 m enində düzən sahədə yaradılır.
Tikinti quraşdırma meydançası elə yaradılmlıdır ki, orada aşağıdakı işləri görmək üçün şərait və imkan yaradılsın:
1. Tikintiyə lazım olan materialları, avadanlığı, alətləri, maşın və mexanizmləri yerləşdirmək üçün müvafiq yer, anbar, rəflər, qəfəslər, hərəkət etmək üçün yol olmalıdır.
2. Boru kəməri hissələrini hazırlamaq üçün iki və dörd borulu seksiyalar quraşdırmaq üçün qaynaq – stendləri düzəldilməlidir.
3. Dörd borulu seksiyalardan kəmər hissəsini quraşdırmaq üçün istifadə olunan yer səthi hamarlanmalıdır.
4. Fəhlə və qulluqçuların qidalanmasını, sanitar – gigeniyasını təmin etmək üçün iaşə və məişət binaları tikilməlidir.
5. Fəhlə və qulluqçuların yaşayışını, istirahətini və işləməsini təmin etmək məqsədilə binalar tikilməlidir.
6. Görüləcək işlərin səmərəli olması üçün yol, enerji, su və rabitə xətləri çəkilməlidir.
Yuxarıda saydığımız vasitələrdən biri çatmazsa, yaradılan tikinti – quraşdırma meydançasında normal iş həyata keçirmək olmaz.



Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə