Mühazirə-1 Sualtı boru kəmərİnİn trassasına olan tələbat və seçİlən trassanın xüsusİyyətlərİ



Yüklə 6,07 Mb.
səhifə2/27
tarix09.09.2023
ölçüsü6,07 Mb.
#121577
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   27
C fakepathSualti boru kmrlri muhazireler

Mühazirə-2


Xəzər dənizində sualtı boru kəmərləri trassasının
seçilməsi problemləri.

Xəzər dənizində yeni- yeni yataqların istismara daxil edilməsi sualtı boru kəmərləri şəbəkəsinin inkişafına təkan verir. Bu isə nəzəri olaraq sualtı kəmərlərin zədələnmə və dayanıqlığının itirməsi ehtimalının artmasına səbəb olur.


Sualtı boru kəmərlərinin dayanıqlığının və etibarlılığının yüksəldilməsinə bir neçə nəzəri və təcrübi tədqiqat işləri həsr olunmuşdur[1,3]. Bu tədqiqatlarda sualtı kəmərin dayanıqlıq və etibarlılığın seysmik hərəkətlərin, dəniz axının, buzların hərəkətinin və çöküntü toplanma amillərinin təsiri öyrənilmişdir.
Xəzər dənizi şəraitində sualtı boru kəmərlərinin zədələnməsinin ehtimal olunan əsas səbəbləri aşağıdakılardır:
1.Litodinamiki proseslər.
2.Zəlzələlər.
3.Gəmilərin hərəkəti.
Xəzər dənizi üçün birinci və ikincilər daha çox ehtimal olunan səbəblərdir. Gəmilərin təsiri ilə boru kəmərlərin zədələnməsi, çoxda dərin olmayan sahələrdə baş verə bilər, və yaxud gəmi öz lövbərini çəkdikdə baş verir, belə hadisələr bir neçə dəfə baş vermişdir.
Xəzər dənizi üçün seysmik hadisələr sualtı boru kəmərlərinin sıradan çıxması üçün əsas səbəblərdən biri ola bilər. Sualtı boru kəmərlərinin çəkilməsi və tikilməsi zamanı bütün trassa boyu seysmik proseslərin təsir edəcəyi nəzərə alınmalıdır. Maksimum gərginlik boru kəmərinin dənizdən sahilə çıxdığı və sualtı asılı vəziyyətdə olduğu yerlərdə baş verə bilər. Belə lokal hissələr seysmik zərbələrin təsirini azaltmaq üçün layihədə xüsusi inşaat- konstruksiyaları nəzərdə tutulur. Hər hansı bir sahənin seysmik rayonlaşdırılması seysmik və geoloji materialların dəqiq ümumiləşdirilmiş (sintez olunmuş) işlərin nəticəsindən ibarətdir. Bu məqsəd üçün dəqiq müşahidələr nəticəsində toplanmış məlumatlar olmalıdır, lakin xəzər dənizi üçün belə müşahidələr kifayyət qədərdir. Seysmik müşahidələr və tədqiqatlar nəticəsində dəqiq müəyyən edilmişdir ki, xəzər dənizində tektonik sınma xətti Abşerondan şərq istiqamətdə uzanır və seysmik aktivlik geoloji (tektonik) sınmalarla sıx əlaqədardır. Bu rayonda dənizdə 7-8 bal gücündə seysmik təkanlar muşahidə olunmuşdur. Seysmik məlumatların təhlili göstərir ki, Xəzər dənizinin Abşeron yarmadası və ondan şərq istiqamətində, xüsusən də neft yataqları yerləşən sahələri yüksək seysmik aktivliyə malikdir. Xəritədə seysmik alətlər vasitəsi ilə aparılmış müşahidələrin nəticəsi kimi, yeraltı təkanların mərkəzləri qeyd olunmuşdur. Xəritə təkanların enerji xarakterinin episenterini göstərir.
Yuxarıda qeyd olunmuşlardan ikinci xəritədə Xəzər dənizinin seysmik rayonlaşdırılması göstərilmişdir, hansıki, geofiziki və geoloji məlumatlar əsasında tərtib olunmuşdur. Xəzərin şimal və şimal- şərq hissəsində seysmik təkanlar yoxdur. Yer titrəyişləri əsasən sahil boyu xüsusəndə, Abşeron yarımadası və ondan şərq istiqamətdə baş verir. Qeyd olunanlar göstərirki, Xəzər dənizinin neft yataqları yerləşən hissəsi 8 ballıq tektonik zonaya aidir.
Xəzər dənizindəki yataqların işlənməsi dənizdə seysmik dayanıqlığı qurğuların tikilməsini tələb edir. Sualtı boru kəmərlərinin seysmik dayanıqlı olması layihələrin tərtibi zamanı nəzərə alınmalı və bu məqsələ xüsusi seysmik müşahidələr, nəzəri və eksperimental tədqiqat işləri aparılmalıdır.
Sualtı boru kəmərinə dəniz dibi axınının, dənizdibinin quruluşunun və çöküntü toplanmasının təsiri xüsusi əhəmiyyətə malik olmaqla bərabər elmi maraqda doğurur.
Xəzər dənizində çöküntü toplanması əsasən şimal hissəsində gedir. Dənizdə çöküntülərin hərəkəti və hidrodinamiki proseslər şimal və cənub hissələrdə bir- birindən fərqli istiqamətlərdə gedir. Nəticədə qeyd etmək lazımdır ki, Xəzər dənizi şəraitində bou kəmərlərin dayanıqlığına baxılan zaman, seysmik qüvvələrinin təsirini xüsusi olaraq nəzərə almaq lazımdır. Bu məsələyə cari ədəbiyyatlarda demək olar ki baxılmamışdır.
Dənizdə gedən hidrodinamiki proseslərin sualtında batırılmış və dənizdibi torpaqda yarım batırılmış boru kəmərlərinə təsiri çaylarda və kiçik (dalğa çox az olan) göllərdən əsaslı formada fərqlənir.
Dördüncü zədələnmələr və yaxud boru kəmərlərinin dayanıqlığının pozulması ən çox ehtimal olunan hallardır. Son vaxtlara qədər aparılmış tədqiqatlarda boru kəməri ilə dənizdibi torpaq arasında gedən qarşılıqlı proseslərə baxılmamışdır. Ümumiyyətlə sualtı boru kəmərlərinin dayanıqlığının pozulması və onun nəticəsində yaranan zədələnmələr aparılacaq tədqiqatların əsas istiqaməti olmalıdır.
Çıxışda torpaq mexanikasının bəzi məsələlərini nəzərə alaraq boru kəmərinin öz dayanıqlığını itirməsi məsələsinə baxılmışdır.
Boru üzərində yaranan reaksiya qüvvəsi və ətraf mühitin təsir qüvvələri ilə birlikdə kəmərin yerdəyişməsinə və bu reaksiya qüvvəsinin necə inkişaf edərək, gələcəkdə dayanıqlığa təsiri çıxışın əsas hissəsidir.
Dəniz axını və dalğa boru kəmərinə təsir edir, o da öz növbəsində torpağın sıxılaraq onun daxili halının dəyişməsinə təsir edir. Beləliklədə torpaqdan yaranan reaksiya qüvvəsi dəyişir.
Ən təhlükəli yer kimi gəmilərin hərəkət etdiyi zonanı saymaq olar, belə ki, kritik təhlükəli hallarda gəmi ağır lövbər salaraq və lövbəri bilikdə dreyf edir. Bu zaman lövbər vasitəsi ilə boru kəməri zədələnir. Belə halların qarşısını almaq üçün həmin zonalarla boru kəməri sualtı torpaqda basdırılmalıdır.
Boru kəmərinin dayanıqlığına təsir edən qüvvələri əsasən iki qrupa ayırmaq olar.
1.Burunu əhatə edən dəniz mühitinin təsirindən yaranan qüvvələrdir ki, onlar da aşağıdakılardır;
― dəniz axınından yaranan qüvvələr
― dalğa təsirindən yaranan qüvvələr
― dalğa və axının birgə təsirindən yaranan qüvvələr
2. Dəniz dibi torpağın boru kəmərinə (yuxarıdakı qüvvələrin təsirindən) göstərdiyi reaksiya qüvvəsi. Reaksiya qüvvələri bir çox amillərdən aslıdır, onlarda aşağıdakılardır.
― boru kəmərinin yatma şəraitindən;
― boru kəmərinin keçdiyi zonadan;
― boru kəmərinin profilinin təbiyyətindən, dəniz dibi torpağin mexaniki xüsusiyyətlərindən və kəmərin təsirindən yaranan torpaqdakı dəyişikliklərdən;
― boru kəmərinin diametri və üzərinin örtülməsindən
Hal-hazırda boru kəmərlərinin dayanıqlığının və etibarlılığının təhlili zamanı qüvvələrin təsiri və onlardan yaranan reaksiya qüvvələri statiki nöqteyi nəzərdən təhlil olunmuşdur. Odur ki, boru kəmərinə təsir qüvvələrinə dinamiki halda baxılmalı və yaranan deformasiyalar nəzərə alınmalıdır.


Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə