Mühazirə-1 Sualtı boru kəmərİnİn trassasına olan tələbat və seçİlən trassanın xüsusİyyətlərİ



Yüklə 6,07 Mb.
səhifə8/27
tarix09.09.2023
ölçüsü6,07 Mb.
#121577
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   27
C fakepathSualti boru kmrlri muhazireler

Mühazirə-7
Beton örtüklü boruların hazırlanması.Boru kəmərlərinin dayanıqlığı.-


Sualtı boru kəmərlərinin tikintisi zamanı yüngül boruların dənizin dibinə batrılması üçün beton örtüklü borulardan istifadə olunur. Tikinti zamanı diametri 530 mm qalınlığı 14 mm olan xaricdə istehsal olunmuş borulardan istifadə olunması nəzərdə tutulmuşdur. Hesablamalar göstərir ki, belə borular suda üzür. Onu suda batımaq, dalğa və axın qüvvələrinə qarşı dəyanətli olması üçün mütləq ağırlaşdırılmalıdır. Ağırlaşdırma üsülları isə müxtəlifdir. Ən əlverişli ağırlaşdırma üsulu boru üzərinə beton örtük çəkmək üsuludur. Beton örtüyün xarakteristikası layihə ilə seçilir. Deməli, beton örtüklü borunu hazırlamaq üçün mütləq layihəyə müraciət etmək lazımdır. Lahiyədə beton örtük hazırlamaq üçün lazım olan qarışığın (sement, qum, dəmir – kolsedan, su) tərkibi, sıxlığı, qalınlığı verilir. Beton örtüklü borunu hazırlayarkən, xətaya yol verməmək üçün nəzarət qrafiki də tərtib edilir.
Layihəyə görə boruların uzunluğu 11 m, sıxlıq , betonun qalınlığı 50 mm qəbul edilmişdir.
Beton örtüklü borular, onların hazırlanması üçün tərtib olunan təlimata uyğun olaraq hazırlanır. Beton örtüklü borular hazırlamaq üçün Bakı şəhərinin Zığ yaşayış sahəsi yaxınlığında dənizin kənarında zavod tikilmişdir. Onun yanında da boruları korroziyadn mühafizə etmək üçün izolyasiya sexi tikilmişdir. Borular beton örtük çəkilməzdən əvvəl izolyasiya sexinə daxil olur. Orada onların səthi parıldayana qədər təmizlənir, astarlıq boya, emal, epoksid qətranı və yenədə emal çəkilir. Örtüyün keyfiyyəti yoxlanılır, sonra isə beton örtük çəkən sexə keçir. Boruların hər iki ucundan 100 mm məsafədə izolyasiya örtüyü çəkilməmiş hissə saxlanılır. Ondan 100 mm məsafədə izolyasiya örtüyü çəkilmiş hissə saxlanılır. Bundan sonra yerdə qalan boru hissəsinin üzərinə beton örtük çəkilir. Beton örtük çəkən zaman eyni vaxtda metal tor şəbəkə (setka) də beton örtüyün daxilində qalmaqla çəkilir. Tor şəbəkə elə çəkilməli, dolanmalıdır ki, o, beton örtüyün ortasında qalsın. Tor şəbəkənin qatlarının sayı beton örtüyün qalınlığından asılıdır. 75 mm olan qalınlığa qədər bir, 75-125 mm arasında isə ikiqat tor şəbəkə çəkilir. Deməli, borular bir tor şəbəkəli hazırlanacaq.
Beton örtük çəkilmiş hazir borular, onlar üçün nəzərdə tutulan meydançaya yığılır. Beton örtüyün tədricən qurumasını təmin etmək məqsədilə onun üzərinə xüsusi maye çəkilir. 2 – 3 gün, bəzən 5 gün keçdikdən sonra beton örtüklü borular tikintidə istifadə etmək üçün yararlı sayılır.
Meydançaya yığılan hər bir boruya nəzarət olmalıdır. Yəni, onun layihə xarakteristikalarına uyğun hazırlandığı yoxlanmalıdır. Bu məqsədlə aşağıdakı əməliyyatlar yerinə yetirilir.
1. Hər bir boru üçün sertifikat tərtib olunur. Borunun daxili hissəsində hər ucundan aralı yerdə beton örtüklü borunun bütün məlumatları – diametri, qalınlığı, uzunluğu, tam çəkisi, beton örtüyün qalınlığı, sıxlığı göstərilir.
2. Xüsusi beton örtük çəkmə jurnalı tərtib olunur. Hər gün hazırlanan borular üçün sıra ilə yuxarıda saydığımız məlumatlar yazılır.
3. Ölçüyə və çəkiyə nəzarət edilir. Bu məqsədlə hər bir boru tərəzidə çəkilir və faktiki çəki jurnala yazılır. Sonra onun çəkisi layihə çəkisi ilə müqayisə edilir. Bunu üçün G=f(L) qrafikindən istifadə olunur. Faktiki çəki qrafikdəki çəkiyə uyğun gəlirsə, boru düzgün hazırlanmışdır hesab edilir və əlavə yoxlama keçirilmədən tikinti üçün yararlı hesab edilir və qəbul olunur.
Əgər borunun tam çəkisi qrafikdəki çəkiyə uyğun gəlmirsə, daha doğrusu ondan azdırsa, onda əlavə yoxlama aparılır. Çəkinin az olması təhlükəli hesab olunur. Boru su da üzə bilən və ya layihə çəkisindən çox az ola bilər. Çəkinin az olmasına təsir edən amillər layihə sıxlığının əldə edilməməsi və qalınlığın az götürülməsidir. Ona görə əvvəlcə borunun orta qalınlığı tapılır. Bunun üçün boru 6 bərabər hissəyə bölünür və 5 yerdə xarici diametr üzrə beton borunun uzunluğu ölçülür və jurnalda qeyd olunur. Sonra orta uzunluq aşağıdakı düsturla tapılır:



Düsturla hesablanan orta uzunluğa görə orta diametr aşağıdakı düsturla tapılır:

Bundan sonra orta qalınlıq aşağıdakı kimi tapılır:

Tapılan orta qalınlıq ilə borunun layihə qalınlığı müqayisə edilir. Əgər azdırsa, beton örtük yararsız hesab olunur. Yararsız olduğunu sübuta yetirmək üçün orta qalınlığa əsasən məlum çəkiyə görə beton qarışığının sıxlığı hesablanır. Əgər sıxlıq qəbul edilmiş sıxlıqdan ρb = 2350 kq/m3 - dan azdırsa, yararsız olduğu birdaha Sübuta yetir. Sıxlıq qəbul etdiyimizdən çox çıxarsa, onda borunun 1 m – nin sudakı çəkisi hesablanır. gsu. fakt ≥ gsu. lay olmalıdır.
Əgər yuxarıdakı şərt ödənilmirsə, deməli hazırlanan beton örtüklü boru tam yararsızdır və o, çıxdaş hesab edilir.
Yuxarıda göstərdiyimiz ardıcıllıqla və beton örtüklü boru hazırlanır və onların hamısına bir – bir nəzarət edilir. Əgər bir boru nəzarətsiz buraxılırsa, bütövlükdə sualtı boru kəmərinin vaxtından əvvəl sıradan çıxmasına və qəzaya səbəb ola bilər.
Beton örtüklü boru kəmərinin gərginlik halının tədqiq edək.
Müxtəlif şəraitlərdə beton örtüklü boru kəmərinin gərginlik halının hesabatını (seksiyaların daşınması ,uzunölçülü kəmərlərin çəkilişi, kəmərlərin suya buraxılması) beton örtüyü olmayan borular kimi örtüyün borunun sərtliyinə təsirini nəzərə almadan adi üsullarla hesablamaq olar.Beton örtüyünün, boru kəmərinin dənizin dibinə endirilərkən çartlamasına icazə verilir. Lakin ,qeyd etmək lazımdır ki,borunun beton örtüyünün bir tərəfinin çartlaması həmin borunun qarşı tərəfinin sıxılma gərginliyi ilə müşahidə olunur.
Dənizin dibinə endirilərkən beton örtüklü boru kəmərinin gərginlik halının hesabatı “boru kəmərinin çəkilişinin sərbəst batırma üsulu” nun ifadələrinə uyğun aparılmalıdır. Qrafik 1-də əyilmə radiuslarının bərabərliyi şəraitində dənizin dibinə endirilən beton örtüklü boru kəmərinin gərginliyinin boru kəmərinin metalında olan gərginlikdən asılılığı göstərilmişdir.
Beton örtüklü boru kəmərinin minimum buraxılabilən əyilmə radiusu aşağıdakı düsturla hesablanır:

burada
 betonun elastiklik modulu, 2,1 kq/sm2; 
 betonun sıxılmaya hesabi möhkəmlik həddi, kq/sm2
Verilmiş mərhələdə, boruların beton örtük ilə örtüklənməsi zavodunun təklifinə uyğun olaraq  =280 kq/sm2. 76 %-i olacaq.



Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə