Mühazirə-1 Sualtı boru kəmərİnİn trassasına olan tələbat və seçİlən trassanın xüsusİyyətlərİ


Mühazirə-5 Sualtı boru kəmərinə su axının təsiri



Yüklə 6,07 Mb.
səhifə5/27
tarix09.09.2023
ölçüsü6,07 Mb.
#121577
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   27
C fakepathSualti boru kmrlri muhazireler

Mühazirə-5
Sualtı boru kəmərinə su axının təsiri
Sualtı boru kəmərinin layihələndirilməsi və tikintisində nəzərə alınan amillərdən biri onaaxınların təsiridir. Suyun boru kəmərinə göstərdiyi təzyiqə görə onun konstruksiyası və su mühitinin dibinə salınma üsulu təyin olunur. Boru kəmərinin suyun altında dayanıqlıq vəziyyəti onun çəkisindən asılıdır, hidrodinamik təzyiq zamanı onun çəkisinin artırılması və ya xüsusi qurğular (lövbər) vasitəsilə boru kəmərinin suyun dibinə bərkidilməsi tələb olunur. Mənsəbin və sahillərin yuyulması baş verdiyi su axınının yüksək sürətlərində borunun su mühitində basdırılma dərinliyini artırmaq lazımdır.
Boru kəmərinin çəkilməsi zamanı axının onu aparmaması üçün lövbərlə bərkidilmiş üzən dayaqlarla burazlar vasitəsilə bərkidilməsi, istiqamətverici və saxlayıcı svay konstruksiyalar, qış mövsümündə buza bərkidilmiş tərpənməz dayaqlarlardan istifadə olunur. Bütün bu qurğular suyun hidrodinamiki təzyiqindən asılı olaraq hesablanır. Boru kəmərinin çəkilməsi zamanı hesabi mənfi üzmə qabiliyyəti, dartıcı qurğular və yükgötürücü pantonların sayı da su axınının sürətindən və təzyiqindən asılıdır.
Suyun axını ilə əlaqədar olan praktiki məsələlərin həllində çox zaman dinamik özlülüyün, µ sıxlığa,  olan nisbətini ifadə edən kinematik özlülük əmsalına,  baxılır:
 (2.8.)
Mühitin özlülüyü temperatur artdıqca azalır.
Sualtı və ya yeraltı kəmərə dinamik yüklər təsir edən silindrik cisim kimi baxmaq olar. Bu yüklərin qiymətləri boru kəmərinə təsir edən əhatə edən mühitin sıxlığından və sürətindən asılıdır.
Aerodinamikada istənilən müqaviməti təyin etmək üçün aşağıdakı formul təyin olunmuşdur.
 (2.9.)
burada −1 m uzunluqda boru kəmərinə təsir edən istənilən müqavimət qüvvəsidir, kQ ilə;  yuyulan cismin formasından və səthinin sahəsindən asılı olan düzünə müqavimət əmsalıdır;  axının istiqamətinə perpendikulyar olan cismin en kəsik sahəsidir;  ətraf mühitin sıxlığıdir;  batırılmış cismə təsir edən ətraf mühitin sürətidir.
Sultı boru kəmərinə su axınının təzyiqini şəkli dəyişilmiş (2.9.) düsturundan təyin etmək olar.

 (2.10.)


burada 1,0 axının hərəkət istiqamətinə perpendikulyar olan izoləedilmiş və futerlənmiş 1 m boru kəmərinin proyeksiyasıdır,  ilə;  suyun xüsusi çəkisi, kq/ ilə;  axının hərəkət sürətidir, m/san ilə; g sərbəstdüşmə təcilidir, 9,81 m/ -na bərabərdir.


(2.10.) formulu ilə təyin olunan istənilən müqavimətin horizontal təsirindən başqa suyun dibi ilə çəkilmiş və su axını ilə yuyulan boru kəmərinə şaquli istiqamətdə təsir edən qaldırıcı qüvvə bu formul ilə təyin olunur:
 (2.11.)
burada,  qaldırıcı qüvvə əmsalıdır.
(2.10.) və (2.11.) ifadələrindən belə nəticəyə gəlinir ki, boru kəmərinə suyun təsiri axının sürətinin kvadratı ilə düz mütənasibdir. Bu səbəbdən axının sürətinin dəqiq təyin olunması çox vacibdir.
Adətən sualtı keçidlərin layihəsini axının bir neçə il üçün orta axın sürəti göstərilən axtarış kəşfiyyat işlərinin materiallarına əsasən tərtib edirlər. Bu məlumatlar illik hidravlik sorğu kitablarından götürülə bilər. Axının orta sürəti  suyun ümumi sərfinin çayın canlı en kəsik sahəsinə olan nisbətidir.
Su axını mövcud olmayan mühitdə diblə çəkilmiş boru kəmərinin yüklənməsinə baxaq.
Bu halda boru kəmərinin yüklənməsi boru kəmərinin 1 m uzunluğuna düşən yük onun dayanıqlığını təmin etməlidir.
 (2.12.)
Burada  və  uyğun olaraq suyun və ballastın xüsusi çəkisidir, kq/ ilə.
 -nin qiymətini (2.12.)-də yerinə yazsaq yüklənmənin 1 m boru kəməri üçün hesabi qiymətini almış olarıq (şaquli əyilməsi olmayan düzxətli çəkilmiş və suyun axınının təsiri olmadığı halda):
 (2.13.)
 (2.14.)
və uyğun olaraq suyun altında 1m boru üçün ballastın çəkisi
 (2.15)
burada  üzməyə dayanıqlıq əmsalıdır.
(2.13.) və (2.15.) ifadələri istənilən materialdan olan sualtı boru kəmərinin 1m-nə düşən ballastın hesabi çəkisini təyin etməyə imkan verir.
Sualtı boru kəmərinin betonlama yolu ilə ağırlaşdırılması zamanı betonun qalınlığının hesablanması vacibdir.
(2.13.) və (2.15.) ifadələri ilə hesabladıqda boru kəmərinə suyun axınının təsiri olmadığı halda onun düzxətli çəkilməsi şərti daxilində beton örtüklü kəmərin xarici diametri aşağıdakı formul ilə hesablanır:
 (2.16.)

Onda beton örtüyünün qlınlığı uyğun olaraq aşağıdakı şəkildə tapılır:


 (2.17.)
Suda yüklənmiş 1m uzunluqda (mənfi üzmə qabiliyyətli) boru kəmərinin hesabi çəkisini aşağıdakı formul ilə təyin etmək olar:
 (2.18.)
burada  (2.15.) formulu ilə təyin olunan suyun altında ballastın çəkisidir.
Əgər sualtı qaz kəmərinin layihələndirilməsində yüklənmə ayrı-ayrı yüklərlə olursa, onda ballast yüklənmələri arasında məsafə aşağıdakı kimi təyin olunur:
 (2.19.)
burada  bir ballastın havada çəkisi, kq ilə;  1m uzunluqda boru kəmərinə düşən ballastın havadakı çəkisidir ((2.13.) ifadəsi ilə təyin olunur.)



Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə