Çökdürücü aparatlar.
Heterogen sistem öz-özlüyündə iki fazalı sistem olub məhluldan fərqlənir. Məhlul bircins olduğu halda, bunlar qeyri bircins olub ən azı iki fazadan ibarətdir vəfazaların halından asılı olur. Bu sistem müxtəlif cür adlanır-tüstü, duman, köpük, suspenziya, toz, emulsiya. Əsas mühit qazdırsa, içərisində asılı halda bərk hissəciklər olarsa ona toz deyilir. Asılı faza hissəcikləri çox kiçik olduqda (0,1 mk-n <) buna tüstü deyilir.
Əsas mühit maye olub, asılı faza sülb hissədən ibarət olarsa, suspenziya adlanır.
Hissəciklərin ölçülərindən asılı olaraq, suspenziyalar bir-birindən fərqlənir. Hissəcikləri 100 mikrondan böyük olduqda, kobud suspenziya, 0,3÷100 mikron olduqda incə suspenziya, 0,3 mikrondan kiçik olduqda isə buna kolloid məhlullar deyilir.
Hər iki faza bir-birində həll olmayan mayedən ibarət olub, biri digərində damcı şəklində paylanıbsa, bu emulsiya adlanır.
Əsas mühit maye fazadan ibarət olub, dispers faza isə qaz olarsa bu köpük adlanır. Yuxarıdakılardan fərqli olaraq emulsiya və köpük fazalarının nisbi miqdarının dəyişməsindən asılı olaraq inversiyaya uğrayır. Yuxarıda göstərilən sistemləri yaratmaq və ya bir-birindən ayırmaq üçün hidromexaniki proseslərdən istifadə olunur. Bu proseslərin növündən asılı olmayaraq maddi balans tənliyi eyni olub, ümumi halda aşağıdakı şəkildə yazılır:
GMXM
G5X5
GçXç
Gs = GM + Gç (7.1)
Burada Gs, Gm və Gç – uyğun olaraq suspenziyanın, təmizlənmiş mayenin və çöküntünün miqdarlarıdır.
Xs, Xm və Xç – ayrılacaq çöküntünün uyğun axınlardakı qalıqlarıdır (konsentrasiyaları).
Çöküntüyə görə maddi balans tənliyi aşağıdakı kimi olacaqdır
Gs·Xs = Gm·Xm+ GçXç (7.2)
(7.1) və (7.2)-nin birgə həllindən
(7.3)
(7.4)
Bu tənliklər proses zamanı ayrılan fazaların miqdarını müəyyən etməyə imkan verir. Həcm miqdarını tapmaq lazım gəldikdə bunun üçün onların sıxlıqları nəzərə alınır.
Dostları ilə paylaş: |