Çökdürücü aparatlar


Emulsiya üçün çökdürücülər



Yüklə 362,33 Kb.
səhifə5/5
tarix01.05.2023
ölçüsü362,33 Kb.
#107840
1   2   3   4   5
Çökdürücü aparatlar.(nəbi)

Emulsiya üçün çökdürücülər – fasiləli və fasiləsiz olmaqla iki cür olur.
Fasiləli işləyən çökdürücü (emulsiya üçün) konusvari dibdən ibarət silindrik qabdan ibarətdir (şəkil 7.8).


1

2
3

Şək.7.8. Emulsiya üçün fasiləli işləyən çökdürücü.


1-Ayrıcı boru ; 2- baxıcı şüşə ; 3- kran.
Çökdürücünün (şəkil 7.8) aşağı hissəsində yerləşdirilmiş (1) borusu ilə çöküntü xaric edilir. Çökmə qurtardıqdan sonra çökmə səthində mayenin ayrılma sərhəd­di­nə nəzarət etmək üçün şüşə boru (2) yerləşdirilmişdir. Aşağıda yerləşən kranlar (3) vasitəsi ilə ayrılmış mayelərin müxtəlif qəbuledicilərdə yığılması təmin edilir.
Ayrılacaq sistem emulsiya olarsa o adi çökdürmə ilə aşa­­ğıdakı quruluşlu aparatda ayrılır.Şəkil 7.9-da fasiləsiz işləyən (emulsiya üçün) çökdürücü göstərilmişdir. Bu çökdürücü əsasən giriş və çıxış borusu yerləşdirilmiş silindrik tutumdan ibarət­dir.

Şək. 7.9 Emulsiya üçün fasiləsiz işləyən çökdürücü


Təbəqələşmədən sonra yüngül maye aparatın yuxarı hissəsindən, ağır hissə isə aşağı hissədən kənar edilir. Yüngül və ağır mayelərin hündürlükləri və mayelərin və xüsusi çəkilərinə uyğun gəlməlidir yəni,
(7.34)
Su-qaz seperatoru – neftayırma qurğularında fasiləsiz işləyən çökdürücü aparatlardır. Bu aparatda benzinin su və qazdan ayrılması həyata keçirilir. Şəkil (7.10) – da göstərildiyi kimi silindirik aparat vertikal arakəsmə 1 ilə təchiz edilmişdir ki, bu da su və benzin qarışığının qazdan ayrılma zonasını yaradır. Su və benzin qarışığı aparatın aşağı hissəsinə axır, qaz isə yuxarı hissədən xaric edilir. Aparatın aşağı hissəsində su qatı yığılır və 2 hidravlik klapan ilə axıdılır. Aparatın orta hissəsində sıxlığı sudan az olan benzin yığılır və sudan ayrılaraq xaric edilir.
Şəkil (7.10) – da I-qarışıq; II-qaz; III-su; IV-benzin; ha-ağır faza hündürlüyü; hy-yüngül faza hün­dür­lü­yüdür.

Şək. 7.10 Su-qaz seperatorunun sxemi.
1-arakəsmə; 2-hidravlik klapan

Bəzən bu aparatlar tam ayırma imkanına ma­­lik olmadığına görə, texnoloji qurğuda istifadə ediləcək baş­qa növ ayırıcı aparatların iş filtrlərinin, sentrifuqalarının, elek­trik çökdürücülərinin işini yüngülləşdirmək və enerjiyə qənaət et­­mək üçün istifadə olunur.
Yüklə 362,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə