*(bir ulduz) Üfüqi quyu haqqında anlayış



Yüklə 200,59 Kb.
səhifə1/35
tarix03.06.2023
ölçüsü200,59 Kb.
#115301
  1   2   3   4   5   6   7   8   9   ...   35
rafiq m


*(bir ulduz)
1.Üfüqi quyu haqqında anlayış
Üfqi qazıma son zamanlarda neft – qaz sənayesinin əsas nailiyyətlərindən biridir. 80-cı illərin əvvəlində bu ekzotik üsul hesab olunurdu və ona maili quyu qazılmasının təkmilləşməsi kimi baxılırdı. İndi isə üfqi qazıma neft və qazın laydan böyük həcmdə çıxarılması metodu kimi standart texnologiyaya malikdir.
Üfqi qazımanı fərqləndirən başlıca cəhət quyu lüləsinin məhsuldar layla görüş sahəsinin böyük olması, həmçinin lay flüidlərinin müstəvi üzrə paralel axınını (şaquli və maili quyularda radial axımdan fərqli olaraq) təmin etməkdir. Bunun sayəsində neft yataqlarının istismarının bütün mərhə­lələrində quyu məhsuldarlığının yüksək olması təmin edilir.
Üfüqi qazma, qazma baltasının süxur-kollektoru boyunca şaquli istiqamətdən təxminən 900 yönəldilmiş üfüqi trayektoriyanın təqib edilməsini tənzimmlənməsi prosesidir. Üfüqi quyuların qazılmasına maraq aşağıdakı başlıca səbəblərdən irəli gələ bilər:
-yataqların əsas üsullarla işlənməsi effektivliyinin yüksəldilməsi
-yaraqların əlavə üsullarla işlənməsi effektivliyinin yüksəldilməsi
-laydakı karbohidrogenlərin maksimal hasilatının yüksəldilməsi
-bütöv yatağın işlənməsi üçün quyuların sayının xeyli dərəcədə azaldılması
-istehsalın xeyli dərəcədə artırılması
Şaqulu və ya maili (o cümlədən, üfüqi) quyuların qazılmasından asılı olmayaraq, yeraltı karbohidrogen ehtiyatlarından istifadə olunması üçün quyunun uğurla qazılmasından ötrü eyni elementlər tələb olunur. Bu elementlərə aşağıdakılar daxildir:
-qazıma baltasına düşən yük
-qazıma baltasının fırlanma sürəti
-mayenin dövranı
Üfüqi quyu qazmasının tətbiq sahələri.Üfüqi qazma ümüçün münasib kollektorlar aşağıdakılardır:
-potensial su/qaz konusunun yaranması problemlərinə malik ola bilən kollektorlar
-məhdud keçiriciliyə malik kollektorlar (keçiricilik əmsalı <<1 millidarsi);
-şaquli istiqamətdə təbii yarılmış/çatlı kollektorlar
-iqtisadi baxımdan qeyri-münasib kollektorlar
-ağır neft kollektorları
-çay yatağı və rif çıxıntılarındakı qumlu kollektrorlar
-zəif kollektrorlar
-sərt enmə bucağına malik laylı kollektrorlar
-qismən gücdən dşmüş kollektorlar

Yüklə 200,59 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə