*(bir ulduz) Üfüqi quyu haqqında anlayış


Qazıma kəməri aşağıdakı məqsədlər üçün nəzərdə tutulmuşdur



Yüklə 200,59 Kb.
səhifə7/35
tarix03.06.2023
ölçüsü200,59 Kb.
#115301
1   2   3   4   5   6   7   8   9   10   ...   35
rafiq m

Qazıma kəməri aşağıdakı məqsədlər üçün nəzərdə tutulmuşdur.
1.Fırlanmanın rotordan baltaya ötürülməsi;
2.Quyudibi mühərikkinin reaktiv momentini qəbul etnək ;
3.Qazıma məhlulunun süxurdağıdıcı alətə və quyunun dibinə vermək;
4.Balatanın qaldırılıb-endirilməsi;
5.Köməkçi işlərin yerinə yetirilməsi (işlənmə,quyunun genişlən-dirilməsi,yuylması,layların sınanması,tutma işləri və s.).
Hal hazırda qazıma kəməri əsasən iki əsas seksiyadan ibarətdir:
1-standart adi qazıma borusu və ağır (qalın divarlı) qazıma borusu (HWDP);
2-qazıma kəmərinin aşağı hissəsi (QKAH)
7. Baltanın veriş şəraiti *
Qazıma zamanı quyu dibində süxuru arası kəsilmədən dağıtmaq üçün, balta ilə bərabər fırlanan qazıma kəmərini eyni zamanda tədricən aşağı endirmək lazım gəlir. Bu işi qazmaçı, adətən, bucurqadın əl tormozunu bir qədər boşaltmaqla görür. Bu zaman balta, qazıma kəmərinin, ya da onun aşağısındakı aöır boruların müəyyən hisəsinin ağırlığı təsirindən yenidən süxura batır. Qazıma zamanı baltanın belə tədricən aşağı endirilməsinə onun verişi deyilir.
Rotorun bir dövründə baltanın verişi süxurun bərkliyindən və baltanın keyfiyyətindən asılı olaraq, çox kiçik qiymətdən bir neçə mm-ə qədər ola bilər. Təbiidir ki, qazıma kəməri absolüt sərt cism olmadığı üçün, qazmaçının verdiyi “verişin” müəyyən hissəsi qazıma kəmərinin elastik deformasiyalarını ödəməyə sərf ediləcəkdir. Deməli, hər zaman bataya verilən veriş onun süxura batmasından bir qədər çox olur.
Qazıma zamanı baltanın düzgün verilməsinin çox böyük əhəmiyyəti vardır. Baltanın bir qərarla düzgün verilməsi qazımanın daha efektli getməsini, quyunun keydiyyətini (vertikal olmasını) və qaıma kəmərinin nisbətən yaxşı şəraitdə işləməsini təmin edir.
Baltaya elə veriş verilməlidir ki, qazılan sxurun bərkliyinə müvafiq xüsusi təzyiq təmin edilsin. Baltaya verişin bir qərarla verilməsini təmin etmək üçün, buruqlarda çəkil indikatorundan istifadə edilir. Qarmaqda təsir edən yükün qiyməti və baltaya verilən boyuma yük, çəki indikatoru vasitəsilə asanlıqla təyin edilir.

Yüklə 200,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə