*(bir ulduz) Üfüqi quyu haqqında anlayış



Yüklə 200,59 Kb.
səhifə6/35
tarix03.06.2023
ölçüsü200,59 Kb.
#115301
1   2   3   4   5   6   7   8   9   ...   35
rafiq m

Mərkəzdənqaçma nasos əsasən gövdədən və işçi çarxdan ibarətdir. İşçi çarxın fırlanması nəticəsində yaranan mərkəzdənqaçma qüvvə təsirindən maye mərkəzdən ətrafa atılır. Xarıcə atılan mayenin yerinə mənbədən maye sorulur. Beləliklə, nasosdan fasiləsiz maye axdığından onun enerjisi artır.
Fırlanan nasoslar xüsusi tipli nasoslardır. Bir çox sıxışdırıcıları olan rotorun fırlanması ilə yaranan təzyiq mayeni vurucu xəttə verir. Nasosdan sənayenin, xalq təsərrüfatının bütün sahələrində istifadə edilir. Neft sənayesində, məsələn, neft və qaz quyularının qazılmasında, neftçıxarmada, neftin mədən-lərdən zavodlara vurulmasında, neftin texnoloji emalı prose-sində, neft məhsullarını dəmiryolu sisternlərinə və tankerlərə tökdükdə, boru kəmərləri ilə vurduqda daha geniş istifadə edilir.
Müasir texnikada işlənən hidravliki maşınlar (nasoslar) iki növə bölünürlər:
1.Mühərrikin mexaniki enerjisinin mayenin yerdəyişmə enerjisinə çevirən maşınlar (nasoslar);
2.Maye axınının hidravlik enerjisini mexaniki enerjiyə çevirən maşınlar (hidromühərriklər-hidroturbinlər).
Porşenli nasosların növləri.İş prinsipindən, təyi-natından və vurduğu mayenin xüsusiyyətindən asılı olaraq pis-tonlu nasosların quruluşları müxtəlif olur. Hərəkətə gətiril-mələrinə görə aşağıdakı növ pistonlu nasoslar var:
1.Ötürücülü nasos. Ayrıca mühərrikdən ötürücülərlə (dişli çarx, zəncir, qayış və s.) hərəkətə gətirilir. Bunların ötürücü hissəsində çarxqolu-sürgüqolu mexanizmi olur;
2.Düz təsirli nasos. Burada nasos və mühərrikin porşenlərinin eyni ştoku olur. Mühərrikdə işçi cism buxar, sıxılmış hava və ya maye götürülür. Odur ki, uyğun olaraq düztəsirli nasoslar buxarlı, pnevmatik və hidravliki (hidroporşenli nasoslar) adlanır;
3.Əl nasosu. Nasoslar silindrlərin vəziyyətinə görə üfüqi və şaquli, silindrlərin sayına görə bir, iki, üç silindrli və s. Olur


6. Qazıma kəmərləri və əsas elementləri *
Qazıma kəməri (şəkil 7.1) quyuüstü avadanlığı süxur-dağıdıcı alətlə birləşdirir. Buna görə də quyunun qazılmasında bütün texnoloji əməliyyatlar qazıma kəmərinin köməkliyi ilə aparılır. Qazıma üsulundan asılı olaraq, eləcə də kəmər bir sıra spesifik funksiyaları yerinə yetirir.
Quyudibi mühərriklə qazıdıqda qazıma kəməri yerüstü avadanlıqdan quyudibi mühərriyinə enerji ötürmək üçün kanal rolunu oynayır. Bundan başqa qazıma kəməri quyudibi mühərrikin reaktiv momentini qəbul edir
Rotor qazımasında qazıma kəmərinin köməyilə quyudibinə qazıma məhlulu və ya qazvari vurucu agent vurulur, amma kəmər ilə quyudibi alətə oxboyu yük verilir.
Eyni ilə qazıma kəmərindən quyuda qəzaların ləğvində və mürəkkəbləşmələrdə, hesablanmış profillə quyunun istiqamətləndirilməsi, sement körpüsünün yaradılmasına quyuların sınağı zamanı istifadə olunur.
Qazıma kəməri borularının əsas qovşağı boru şamıdır, alətin qaldırılması zamanı kəmər şamlara ayrılaraq buruq vışkası içərisində yerləşdirilir. İşlənmiş baltanı dəyişdirdikdən sonra kəmər yenidən quyuya endirilir. Quyuda qazıma kəməri mürəkkəb gərginlik vəziyyətində yerləşir. Qazıma kəmərinin layihələndirilməsini ona təsir edən əsas qüvvələri nəzərə almaqla aparmaq lazımdır. Qazıma vaxtı kəmərin müxtəlif sahələrinə qüvvələrin təsiri onun quyunun divarları ilə qarşılıqlı təsiri ilə şərtlənir
Qazıma kəmərinin quruluşu:1-fırlanğıcın lüləsi;2-sol səkkizsaplı yiv;3-fırlanğıcın keçiricisi;4-sol qıfıl yivi;5-ştanqli yuxarı keçirici(ПШВ);6-işlək boru(kvadrat);7-sağ səkkizsaplı yiv;8-ştanqlı aşağı keçirici (ПШН);9-saq qıfıl yivi;10-qoruyucu keçirici;11-qıfıl yivi;12-qıfıl muftası;13-səkkizsaplı yiv;14-uzunliğu 6m olan qazıma borusu;15-birləşdirici mufta;16-qıfılın nippeli;17-qoruyucu halqa;18-ağır qazıma boruları(УБТ);19-hər iki ucu muftalı keçirici(ПБМ);20-mərkəzləşdirici;21-keçirici;22-baltaüstü ağır qazıma boruları;23-balta
Quyudibi quruluşun sıxılmış hissəsindəki qazıma kəməri (QKAH):1-balta;2-turbobur;3-AQB;4-qazıma borusu;5-mərkəzləşdirici;6-qəlibləşdirici;7-kvadrat şəklli AQB;8-baltaüstü maxovik;9-şarnirli mərkəzləşdirici

Yüklə 200,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə