*(bir ulduz) Üfüqi quyu haqqında anlayış


Onlar aşağıdakı elementlərdir



Yüklə 200,59 Kb.
səhifə14/35
tarix03.06.2023
ölçüsü200,59 Kb.
#115301
1   ...   10   11   12   13   14   15   16   17   ...   35
rafiq m

Onlar aşağıdakı elementlərdir:
1.Yönəldici tıxac;
2.Başmaq;
3.Sementləmə boruçuğu;
4.Əks klapan;
5.İstinad halqası.


Yönəldic itıxac sementdən ,çuğundan və plastik kütlədən və nadir hallarda ağacdan hazırlanır. Bu tıxac kəmərin aşağı ucunda yerləşdirərək ona quyuda istaqamət verir.
Qoruyucu kəmərin aşağı quraşdırma hissəsi:1-başmaq və yonəldici çuqun tıxac;2-dəliklənmış sementləmə borusu;3-əks klapan;4-istinad halqası
Başmaq uzunluğu 30-80sm və qalınlığı 15-19mm olan polad halqadır. Başmaq, kəmərin ən aşağı borusuna bağlıdır. Bunun vəzifəsi – kəmərin aşağı uzunun mexaniki möhkəmliyini artmaqdadır
Sementləmə borusu – uzunluğu 1,0-1,5 m və sementin kəmərdən çıxması üçün xüsusi yan dəlikləri olan qoruyucu boru parçasıdır. Sementləmə borusu aşağıdan başmağa bağlanır. Bunun yuxarı ucuna bir qədər uzun xüsusi bilərzik bağlanır və bu bilərziyin içərisinə əks klapan qoyulur.
Əks klapan mayenin yalnız yuxarıdan aşağıya doğru keçməsinə imkan verir. Əks klapanın sonradan qazılacağı nəzərə alınaraq çuğundan hazırlanır.
Əksklapanın gövdəsi və qapağı çuğundan hazırlanır ki, lazım gəldikdə asan qazılsın. Əks klapanın vəzifələri:
a)kəmər quyuya endirilərkən halqavari fəzada mayenin intensiv dövranını təmin etmək (bunun dərin və daha dərin quyularda əhəmiyəti çox böyükdür);
b)kəmər quyuya endiriləndə onun ağırlığını qismən azaltmaqdır.
6. Baltaların materialı, damğalanması və rənglənməsi **
Şaroşkalı baltaların şaroşkaları və pəncələri əsasən az­kar­bonlu xromnikelli 12XH2 və 12XH2A markalı poladlardan ha­zırlanır. Bəzi vaxt 12XH2 markalı polad, yüksək keyfiyyətli 17XH2 və 20XH2 markalı poladlarla əvəz edilir.
T və CT tipli baltaların şaroşka və pəncələri üçün nikelin miq­darı artırılmış 20XH3A markalı poladdan da istifadə edilir.
K və T tipli baltaların şaroşka və pəncələri yüksək me­xa­ni­ki xassələrə malik olan, nikelmolibdenli 17H3MA markalı po­lad­dan; B qrup şaroşkalı baltaların gövdəsi isə 35Л markalı po­lad­dan hazırlanır.
A qrup baltaların seksiyaları OMM-5 və ЧМ-7 markalı po­laddan hazırlanan suvaqlı elektrodla qaynaqlanaraq, bir-birilə bir­ləşdirilir.
Şaroşka dişlərinin üzqaynağı dənəli 3 və 3T markalı sərt xə­litə ilə armirlənir.
Üçpərlidən başqa, bütün pərli tip baltalar döymə üsulu ilə 40 markalı poladdan hazırlanır. Üçpərli baltaların gövdəsi 35X markalı poladdan tö­kü­lür; bunların pərləri isə 40 və ya 35У markalı po­laddan ha­zır­la­nıb, elektrik üsulu ilə gövdəyə qaynaq edilir.
Pərli baltaların üzqaynağı üçün dənəli relit və parça-par­ça likar, pobedit, dolotit ,vokar sərt xəlitələrdən istifadə edilir.Qazıma üçün hazırlanmış hər bir şaroşkalı balta dam­ğa­la­nır. Damğa, adətən balta nipelinin yan üzünə, B tip baltalarda isə gövdə üzərindəki xüsusi üstyuvada vurulur.
Damğada birinci rəqəmlə baltanın konstruktiv modeli, ikin­ci ilə- hazırlayan zavodun şərti hərfi, üçüncü isə baltanın nöm­rəsi və sonrakı hərflə baltanın tipi ifadə edilir. Eyni za­man­da damğada baltanın sıra nömrəsi və buraxılış tarixi (ay və il) ve­ri­lir.Zavodlarda baltaların sıra nömrəsi, adətən hər il yenidən başlanır.
Bundan əlavə, baltaların tipini xarici görünüşü ilə asanca ayır­maq üçün onların gövdəsini (birləşdirilmiş seksiyaları) müx­tə­lif rənglə aşağıdakı kimi rəngləyirlər:
M tipli balta-sarı;MC tipli balta-qara;C tipli balta-abı;CT tipli balta-küli;T tipli balta-yaşıl;TK tipli balta-qəhvəyi;K tipli balta-qırmızı.
Baltanın boğazındakı yiv qapaqla mühafizə edilir.

Yüklə 200,59 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə