*(bir ulduz) Üfüqi quyu haqqında anlayış



Yüklə 200,59 Kb.
səhifə11/35
tarix03.06.2023
ölçüsü200,59 Kb.
#115301
1   ...   7   8   9   10   11   12   13   14   ...   35
rafiq m

PDC qazıma baltaları. PDC balta kəsici taxmalarla süxuru qazan balta növlərinin yeni nəslidir. Bu baltanın konsepsiyası 1970-ci illərin əvvələrində General Elektrik Şirkəti tərəfindən hazırlanmışdır və texniki layihə ABŞ Enerji departamentinin subpodratçısı simasında çıxış edən Qazıma Tədqiqat layihələri üzrə Tulsa Universitetində işlənmiş və sınaqdan keçirilmişdir. Almaz hissə təxminən 1/32" qalınlıqda yarım-kristal lay olub, baltanın gövdəsində əvvəlcədən qazılmış lüləyə taxılan karbid-volfram milə taxılmışdır
PDC kəsici taxmaları adətən yumru formada olur. İstehsalçılar müxtəlif geoloji şəraitlərdə asılı olaraq bu yumru formanın müxtəlif variantlarını hazırlaşışlar. Ölçüsü daha böyük olan (1 düymdən böyük) kəsici matrisa baltanın pərçimlənməsi gözlənilən yumşaq süxurlarda daha iri hissəciklər qoparır. Ölçüsü kiçik kəsicilər (matrisalar) orta-yumşaq və orta-bərk süxurlarda baltanın istismar dövrünü artırır
. PDC baltaları ilə bağlı adətən beş profil növü qeyd edilir:
1-ballistik – bu, uzun, parabolik profil olub
2-dayaz konus – bu, dayaz konusa malik daha qısa profildir
3-dərin konus – bu profil dərin konus, enli ucluq və qısa yan çıxıntı ilə səciyyələnir.
4-uzun iti uclu – bu profil orta-dərinlikli konusvari daha qısa ucluq radiusu
5-yastıya yaxın – bu profilin daha dayaz konusvari bucağı, çox geniş ucluq yeri var
Kəsicilər aşağıda göstərilən növ formalarda istehsal edilir:
1-standart silindrik;
2- kəsici tiyəli (uclu) və ya parabolik;
3- seqmentli (qabarıq).

3. Qazıma rejimi parametrlərinin baltanın səmərəli işinə təsiri**


Qazıma prosesində baltanın quyudan qaldırılmasının səmərəli zamanını təyin etmək müasir qazıma texnologiyasını mühüm məsələlərindən biridir. Bu sahədə aparılmış tədqiqat nəticəsində müəyyən metodika əldə edilmişdir ki, bunun vasitəsilə də buruqda baltanın qaldırılması və ya qazımaqda davam etdirilməsi sadəcə həll edilir.
Bu üsuldan istifadə etmək üçün əvvəlcə qazımanın reys sürəti təyin edilməlidir.
Reys sürəti – qazımanın mexaniki sürətindən, baltanın qaldırılması, dəyişdirilməsi və endirilməsinə, habelə qazıma alətinin əlavəsinə sərf edilən zamandan və nəhayət, baltanın qaldırılması zamanının düzgün təyinindən asılıdır.
Qazımanın reys sürəti buruq briqadası işinin ən mühüm göstəricisidir. Odur ki, qazımada bu göstəricini, verilmiş şərait üçün (süxurlar, qazıma rejimi və s.) mümkün olan maksimum qiymətə çatdırmağa çalışmaq lazımdır. Bu zaman qazımaya işlədiləcək baltaların sayı artsa da, bu vəziyyət onların işinin texniki-iqtisadi effekti ilə ödənilməlidir

Yüklə 200,59 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə