*(bir ulduz) Üfüqi quyu haqqında anlayış


Baltanın fırlanma sürətinin qazıma göstəricilərinə təsiri



Yüklə 200,59 Kb.
səhifə12/35
tarix03.06.2023
ölçüsü200,59 Kb.
#115301
1   ...   8   9   10   11   12   13   14   15   ...   35
rafiq m

Baltanın fırlanma sürətinin qazıma göstəricilərinə təsiri. Şaroşkalı baltalarda qazımada fırlanma sürəti artdıqca, baltanın bir dövründəki süxurun dağılması dərinliyi azalır. Digər tərəfdən, balta sürətlə fırlandıqca, şaroşka dişləri süxurla tez-tez görüşür, və bu amillər baltanın səmərəli işinə müsbət təsir göstərir, lakin baltanın davamlılığını azaldır. Beləliklə, şaroşkanın fırlanma sürəti artdıqca,qazımanın mexaniki sürəti bəzi hallarda artır, bəzi hallarda isə azalır.
Boyuna yükün qazıma sürətinə təsiri. Qazımada mexaniki sürətin boyuna yükdən asılılıq əyrisində (şəkil 8.2) üç sahə göstərilir: I sahədə mexaniki sürət süxurun dağılmaya müqavimətinə mütənasib olaraq artır, II sahədə süxurun dağılmaya müqaviməti artdıqca mexaniki sürət artır (lakin bu halda mexaniki sürət boyuna yükə nisbətən daha sürətlə artır və bu sahə yorğunluq dağılması sahəsi adlanır); III sahədə dağılma prosesi həcmi xarakter daşıyır (bu sahəyə normal və ya həcmi dağılma sahəsi deyilir).
Mexaniki sürətin boyuna yükdən asılılıq əyrisi
Səmərəli qazıma rejimi parametrlərinin seçilməsi.Səmərəli qazıma rejimi dedikdə, verilmiş texnikanın gücündən tam istifadə etməklə qazıma göstəricilərinin maksimal olması başa düşülür.

4.Qazıma məhlulunun əsas parametrləri**
Qazıma məhlulların parametrləri bunlardır:
1- məhlulun sıxlığı;
2-özlülüyü;
3-struktur özlülyü;
4-suverməsi;
5-gil qabığının qalınlığı;
6-statik sürüşmə gərginliyi;
7-məhlulda qumun miqdarı;
8-məhlulun stabilliyi;
9-məhlulda qazın miqdarı.
Məhlulun sıxlığı dedikdə, vahid həcmin kütləsi nəzərdə tutulur (ρ ilə işarə olunur). Laboratoriya şəraitinsə bu parametr piknometrlə, buruqda isə areometr ilə təyin edilir
Gilli məhlulun laya və quyu dibinə etdiyi hidrostatik təzyiqi hesabalamq üçün onun sıxlığından istifadə edilir:
Ph=0,1γH
Burada, H – quyunun dərinliyi, m;
γ – gilli məhlulunun sıxlığı, kq/m3
АГ-ЗПП areometri:1-yük;2-stəkan;3-üzgəc;4-borucuq;5-vedrə;6-şkala;7-qapaq
Özlülük maye hissəciklərinin sürtünməsini xarakterizə edir. Qazımada gilli məhlulun keyfiyyətini yaxılaşdırmaq məqsədilə, onun şərti özlülüyünü nisbətən azaltmaq, statik sürüşmə gərginliyini isə texnoloji şəraitə uyğun götürmək lazımdır.
Gilli məhlulların axını Şvedov-Binqhem qanununa tabedir və aşağıdakı düsturla hesablanır:

Burada, - toxunan gərginlik, din/sm2;
- struktur özlülük, puaz (
- dinamik sürüşmə gərginliyi, din/sm2;
- sürət qradiyentinin moduludur, san-1.

Yüklə 200,59 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə