*(bir ulduz) Üfüqi quyu haqqında anlayış



Yüklə 200,59 Kb.
səhifə8/35
tarix03.06.2023
ölçüsü200,59 Kb.
#115301
1   ...   4   5   6   7   8   9   10   11   ...   35
rafiq m

Çəki indikatoru.Qazımada işlədilən çəki indikatoru quruluş etibarilə hidravlik dinamometrdir, yəni ölçülən qüvvəni messdoza (qüvvə transformatoru) vasitəsilə maye təzyiqinə çevirən cihazdır. Eyni zamanda bu maye təzyiqi indikatorun göstərici və yazışı manometrlərində qeyd edilir.
8. Süxurdağıdıcı alətlərin tipləri*
Neft və qaz quyularının qazılmasında qazıma kəməri­nin ucunda quyu dibinə endirilən alət qazıma baltası adlanır. Baltaların əsas təyinatı quyudibi süxurları dağıtmaqla quyunun dərinləşməsini təmin etmək və quyu lüləsinə silindrik forma verməkdir. Balta quyu dibində süxuru dağıdar­kən iki əsas əməliyyatı – balta dişlərinin, yaxud onun kəsici hissəsinin süxura batması və sonra onu dağıtması (kəsmək, qopartmaq və ya doğramaq) işini görür.
Balta dişlərinin süxura batması və onu dağıtması aşağıdakı amillərdən asılıdır:
- dağıdılan süxurlar üçün müvafiq balta tipinin düzgün seçilməsindən;
- baltaya verilən oxboyu yükdən;
- baltanın işlək sahəsinin (ağzının və ya dişlərinin) vəziyyətindən;
- qazılan süxurların mexaniki xassələrindən.
Bunlar irəliləmə və fırlanma hərəkətləridir. Yuxarıdan aşağıya doğru irəliləmə hərəkəti qazıma baltasına veriləcək oxboyu yükün hesabına alınır
Quyuların qazılmasında, əsasən, üç növ balta tətbiq edilir.
1. Quyudibi süxurların tamamilə qazılması prosesində işlədilən pərli (tiyəli), şaroşkalı , almazlı və PDS tipli baltalar.
2. Yatağın və yerin təkinin geoloji kəsilişini öyrənmək məqsədilə işlədilən sütuncuqlu baltalar.
3. Xüsusi məqsədlər üçün işlədilən baltalar
Quyuların tez və keyfiyyətlə qazılması, müxtəlif xassələrə malik süxurları müvəffəqiyyətlə qazımaqdan, balta tipinin düzgün seçilməsindən, rejim parametrlərinin optimal qiymətlər həddində saxlanmasından, geoloji-texniki tapşırıq tələblərinin ciddi surətdə yerinə yetirilməsindən və qazıma briqadası üzvlərinin peşə ixtisası səviyyəsindən çox asılıdır.
Kəsici tipli baltalar isə diametrləri, pərlərinin sayı, forması, qalınlığı, yuma dəliklərinin yerləşmə məsafəsi, kəsmə və itilənmə bucaqları, adi və ya pilləli pərlərinin olması və s. cəhətləri ilə fərqlənirlər. Odur ki, qazılacaq interval üçün balta tipinin düzgün seçilməsi qazımanın texniki–iqtisadi göstəricilərini yüksəltmək üçün çox vacibdir.

Yüklə 200,59 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə