*(bir ulduz) Üfüqi quyu haqqında anlayış


Quyu divarının şirələnməsi



Yüklə 200,59 Kb.
səhifə16/35
tarix03.06.2023
ölçüsü200,59 Kb.
#115301
1   ...   12   13   14   15   16   17   18   19   ...   35
rafiq m

Quyu divarının şirələnməsi.
Quyu divarının gil qabığı vasitəsilə şirələnməsinin böyük əhəmiyyəti vardır.
Nazik, davamlı qabıq quyu divarlarını möhkəmləndirir və süxurlarının uçulmasının qarşısını alır.
Hissəciklərin asılı vəziyyətdə saxlanılması.
Gilli məhlulun struktur xassəsi (statik sürüşmə gərgiliyinin mövcud olması) dövranının kəsilməsi zamanı xüsusi çəkisi gilli məhlulun xüsusi çəkisindən çox olan qazılmış süxur hissəciklərinin məhlulda asılı vəziyyətdə qalmasına səbəb olur.
Laya əks təzyiq yaradılması.
Quyu və lay birləşmiş qab sistemi təşkil edirlər. Quyudakı gilli məhlul sütununun yaratdığı hidrostatik təzyiq lay təzyiqindəın böyük olduqda, quyu divarının şirələnməsi mümkün olur və divarın uçulmasının qarşısı alınır

Baltanın soyudulması.
Süxurun dağılmasına sərf edilən enerjinin bir hissəsi sürtünmə nəticəsində istilik enerjisin çevrilir və balta qızır. Gilli məhlul axını baltanı soyudaraq onun normal işləmləsini təmin edir.
Turbin qazımasında enerjinin quyudibinə verilməsi.
Turbin qazımasında gilli məhlula olan tələbat rotor qazımasına nisbətən daha yüksəkdir.
Burada gilli məhlulun təmizliyinə xüsusi diqqət vermək lazımdır. Qazıma kəməri quyuda fırlanmadığı üçün pis keyfiyyətli gilli məhlul alətin tutulmasına və başqa çətinliklərə səbəb olar
9. Qazıma boruları və onların birləşmələri **
Müasir qazıma üsullarının tələblərinə uyğun olaraq yeddi növ qazıma boruları işlədilir:

  • ucları daxilə qalınlaşdırılmış qazıma boruları;

  • ucları xaricə qalınlaşdırılmış (UXB) tipli qazıma boruları;

  • ucları gövdədə qaynaq edilmiş (UGQB) tipli qazıma boruları;

  • ucları xaricə qalınlaşdırılmış hissədə qaynaq edilmiş (UXQQB) tipli qazıma boruları;

  • geoloji kəşfiyyat qazıması üçün qazıma boruları;

  • yüngülləşdirilmiş (YQB) tipli qazıma borular;

  • ağırlaşdırılmış qazıma boruları (AQB).

  • Ucları daxilə qalınlaşdırılmış borular (şəkil 9.2 a) rotor üsulu ilə qazımada tətbiq edilir. Bu boruların ucları daxilə qalınlaşdırıldığından, boruların birləşdikləri hissələrdə qazıma məhlulunun keçid kanalı kiçik, və burada mayenin hərəkətinə göstərilən hidravlik müqavimət çox olur.

  • Ucları xaricə qalınlaşdırılmış borular (şəkil 9.2b) UXQ tipli olur və elektrik qazıma üsulunda işlədilir. Bu boruların daxili kanalı birləşmə yerlərində belə dəyişmir, ona görə də bu borular içərisində hərəkət edən mayeyə göstərilən hidravlik müqavimət, təxmini də olsa sabit və çox azdır.

Yüngülləşdirilmiş qazıma boruları YQB (şəkil 9.5) D 16T markalı alüminium xəlitəsindən hazırlanır. Bu borular çox dərin qazımada və xüsusən maili – üfqi quyuların qazıl­masında böyük əhəmiyyət kəsb edir. Boruların hazırlandığı xəlitədə manqan, mis, aliminum və s. kimi qarışıqların olması turşuların, dəniz sularının, duzların və başqa üzvi maddələrin təsirinə qarşı onların davamlılığını artırır
Ağırlaşdırılmış qazıma boruları (AQB) qazıma kəmərinin aşağı hissəsinin (QKAH) sərtliyini, dayanıqlığını və baltaya oxboyu yükün verilməsini təmin etmək, quyu lüləsinin təbii olaraq əyilməsinin qarşısını almaq məqsədilə qazıma kəmərinin aşağı hissəsində yerləşdirilir
Balta üzərinə verilən oxboyu yükün təsirindən qazıma kəmərinin aşağı hissəsi sıxılır, yuxarı hissəsi isə dartılmış vəziyyətdə olur. Bu iki hissənin sərhəddində istiqamətləri müxtəlif olan dəyişən gərginliklər (dartılma və sıxılma gərginlikləri) alındığı üçün həmin neytral kəsik ən təhlükəli kəsik adlanır. Məhz bu səbəbə görə balta üzərində yerləşdiriləcək AQB elə uzunluqda olmalıdır ki, neytral kəsik AQB-nin üzərinə düşsün və kəmərin sınması baş verməsin.

Yüklə 200,59 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə