*(bir ulduz) Üfüqi quyu haqqında anlayış


Baltanın quyuda işləməsi şəraiti **



Yüklə 200,59 Kb.
səhifə17/35
tarix03.06.2023
ölçüsü200,59 Kb.
#115301
1   ...   13   14   15   16   17   18   19   20   ...   35
rafiq m

10. Baltanın quyuda işləməsi şəraiti **
Balta süxuru qazıyarkən iki əsas əməliyyatını ifa etməlidir:
1 - süxura batmaq;
2-onu dağıtmaq (kəsmək, qoparmaq və ya doğramaq).
Baltanın süxura batması və onu dağıtması aşağıdakı amillərdən asılıdır:
1-baltaya verilən boyuma yükdən;
2-baltanın işlək sahəsinin (ağzının və ya dişlərinin) vəziy-yətindən;
3-qazılan süxurların bərkliyindən.
Məlumdur ki, balta süxuru eyni zamanda olan iki hərəkət nəti-cəsində dağıdır:
birincisi – onun yuxarıdan aşağıya doğru irəliləmə hərəkəti və ya verişi (bu zaman qazıma kəmərinin aşağı hissəsi çəkisinin bir qismi baltaya keçərək ona boyuna yük yaradır);
ikincisi – fırlanma hərəkəti. Bu fırlanma hərəkəti baltaya ya yer üzərindən rotor vasitəsilə, ya da quyu dibində qazıma turbini və ya elektromotorla (elektroburla) keçirilir.
Qazıma zamanı quyunun dibi elə təmizlənməlidir ki, balta dağıdılmış süxuru yenidən dağıtmayaraq artıq iş görməsin, çünki bu artıq iş baltanın işləmə effektini xeyli azaldır.
Baltanın effektli işləməsi üçün, ona kifayət qədər boyuna yük verilməlidir. Şübhəsiz ki, süxur dəyişdikdə boyuna yük də ona müvafiq surətdə dəyişməlidir.
Balta tipləri və təsnifatının (klassifikasiyasının prinsipləri).
Quyu dibindən dağ süxurları parçalarının ayrılmasının dağıdılması üçün baltaları fərqləndirirlər:
1-xırdalanmış-parçalanmış hərəkətli;
2- parçalanmış-qəlpələnmiş –qoparma hərəkətli;
3-sürtülmə-kəsici hərəkətli;
4-kəsici-qəlpələndirici hərəkətli.
***(üç ulduz)
1. Qazıma kəmərinin köməkçi hissələri ***
Çox hallarda qazıma kəmərinin ünsürləri müxtəlif növ­lü və ölçülü yivlərlə birləşməli olur. Bu zaman keçiri­ci­lər­dən istifadə edilir.
Məsələn: FGK markalı keçirici aparıcı borunun yuxarı ucunu fırlanğıcın qidalandırıcı lülə borusuna bağlamaq üçün işlədilir;
KAK markalı keçirici isə aparıcı borunun aşağı ucunu qazıma borularına bağlamaq üçün tətbiq edilir;
KK markalı keçirici iki müxtəlif nipelli və muftalı ucları birləşdirmək üçün tətbiq edilir;
MK markalı keçirici iki müxtəlif ölçülü nipelli ucları birləşdirmək üçün tətbiq edilir;
NK markalı keçirici müxtəlif ölçülü 2 muftalı ucları birləşdirmək üçün tətbiq edilir.
K markalı keçirici quyuların sementlənməsində qazıma borusu ilə qoruyucu kəməri birləşdirmək üçün tətbiq edilir.
Qazıma zamanı quyudan qazıma borusu vasitəsilə qaz-neft təzahürlərinin qarşısını alan əks bağlayıcı klapan qazıma kəmərində balta üstündə qıfıl birləşmələri arasında yerləş­dirilir

Yüklə 200,59 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə