Cənab səfir, sağ əl sağ qulağa daha yaxındır, elə deyilmi?



Yüklə 337,03 Kb.

səhifə1/8
tarix12.10.2018
ölçüsü337,03 Kb.
  1   2   3   4   5   6   7   8


Cənab səfir, sağ əl sağ qulağa daha yaxındır, elə deyilmi?

Heç vaxt PKK haqqında yazmamışam, zatən bu barədə yazanların sayı-hesabı

bilinmir. Amma son hadisələr məni bir şey haqqında düşündürdü: necə ola bilir ki,

Azərbaycan vətəndaşlarından da PKK sıralarında peyda olanlar olur? Bax bu sualın

açmasını özüm üçün aydınlaşdırdım...

...Qəzetimizin keçən nömrəsində Türkiyə ərazisindəki dələduzlar, dolandırıcılar

haqqında yazmışdıq. Sağ olsun Türkiyə Cümhuriyyətinin respublikamızdakı səfiri,

həmin yazıdan dərhal sonra mənimlə əlaqə saxladı, bu məsələni ictimailəşdirməmiş

niyə onunla əlaqə saxlamadığımı soruşdu. Sözün düzü cənab səfirin iradını düzgün

saydım, hesab etdim ki, məsələni qəzet səhifəsinə çıxartmamış gərək səfir ilə əlaqə

saxlayaydım, baxmayaraq ki, məsələnin mahiyyəti barədə səfirə şəxsən poçt vasitəsi

ilə sorğu şəkilində yazılı müraciət etmişdim. Amma səfirlikdən sorğumuza cavab

gəlmədiyi  üçün,  poçt  sistemi  məktubun  səfirliyə  yetişdiyini  bildirir,  məsələni

ictimailəşdirmək qərarını verdim. Cənab səfir mənə səfirliyin İsmayıl adlı əməkdaşı

ilə əlaqə saxlayıb, bu məsələni həll etməyi məsləhət bildi və İsmayıl bəyin iş telefon

nömrəsini də mənə təqdim etdi. Təbii ki, mən də həmin nömrəni qəzetimizə şikayət

etmiş  şəxsə  verdim  və  ...  və  İsmayıl  bəy  həmin  şəxsə  “polisə  müraciət  edin”

məsləhətini verir. Görünəni odur ki, türkiyə səfirliyi özünə əziyyət verib Türkiyə

polisinə sorğu vermək istəməyib. Zatən onları aldatmayıblar, onların pulu əllərindən

alınmayıb...

...Elə  bu  arada  tanınmış  jurnalist  Faiq  Balabəyli  mənimlə  əlaqəyə  çıxdı  və

bildirdi ki, həmin şəxslər onu da aldadıblar və küllü miqdarda pulunu mənimsəyiblər

və bu barədə geniş bir yazı yazmaq fikrindədir. Faiq bəydən yazını saxlamağı xahiş

etdim və onunla səhərsi səfirliyə yola düşdük. Səfirlikdə artıq İsmayıl bəyi qiyabi

tanıdığım üçün ona zəng vurduq və İsmayıl bəy ilə görüşdük. İsmayıl bəy Faiq bəyə

səbr və təmkinlə qulaq asıb, “səfirə məruzə edim” deyərək, bizi tərk etdi. İsmayıl

bəyin yubandığını görüb, Faiq bəylə xudafizləşib, səfirliyi tərk etdim, Faiq bəylə

sonrakı telefon danışığımda mənə məlum oldu ki, İsmayıl bəy səfirin adından Faiq

bəyə də “polisə müraciət edin” məsləhətini verib. Və Faiq bəy bu barədə “Türkiyə

səfirliyi dolandırıcıları himayə edir” adlı bir yazı da yazır ki, həmin yazını bir sıra

saytlar öz səhifələrinə yerləşdiriblər...

...Oxucu  tam  məlumatlı  olsun  deyə  hadisənin  “mustafasını”  yazım.  Demək

Türkiyə vətəndaşı Abdulhalik Korkmaz və onun dəstəsi Azərbaycan vətəndaşlarını

Türkiyədə  işə  düzəltmək  adı  ilə Azərbaycandan Türkiyəyə  dəvət  edirlər,  hər  şey

inandırıcı  olsun  deyə  öz  telefon  və  vapsat  nömrələrini  də  həmin  şəxsə  və  onun

yaxınlarına təqdim edirlər. Aldadılmış vətəndaş Türkiyəyə çatan kimi bütün pulu

əlindən alınır və Korkmazın dəstəsi gözdən-qulaqdan itib-batır. Yox, əgər Korkmazın

dəstəsinin qurbanında onları razı salacaq məbləğ yoxdursa, həmin şəxsin Azərbaycandakı

qohumları  ilə  əlaqə  saxlayıb,  istədikləri  məbləği  bank  vasitəsi  ilə  Türkiyəyə

göndərilməsinə  nail  olurlar,  pul  göndəriləndən  və  Korkmaz  tərəfindən  alınandan

sonra  Korkmaza  zəng  çatmır,  cibində  pulu  olanlar  kor-peşiman  vətənə  dönüb,

başlarına gətirilənləri kimsəyə danışmadan yaşayışlarına davam edirlər, ciblərində

pulu olmayanlar isə orada qalıb, küçələri dolanmaqla məşğul olurlar...

...Siz  indi  fərz  edin  ki,  Korkmaz  tərəfindən  “türk  qardaşlığı”  haqqında  uzun-

uzadı eşidən, aldadılaraq pulu əlindən alınan, özü türk olmasına baxmayaraq artıq

türklərə qarşı mənfi enirji ilə yüklənmiş bir şəxs PKK-çılar ilə rastlaşır, “türk” Kork-

mazdan  fərqli  olaraq  PKK-çılar  həmin  şəxsə  hər  cür  köməklik  əlini  uzadırlar,

yeməyini  verib,  yatacağını  təşkil  edirlər,  üstəlik  aldadılmış  şəxsin  türklərə  qarşı

yaranmış inamsızlığını bir az da alovlandırıb, böyük pul qazancı vədi ilə onu öz

sıralarına qatmağa naiı oıurlar. Ola bilsin ki, yazdığım nağıl kimi görünsün, amma

hər nağılda böyük bir həqiqət payı olduğunu da unutmaq lazım deyil...

...Türkiyə səfirliyi isə bu məsələnin çözülməsində maraqlı görsənmir, görünəni

odur ki, səfirliyə azərbaycanlıların PKK-ya qoşulması sərf edir və ya Abdulhalik

Korkmaz demişkən “səfirlikdə adamları” var ki, Türkiyə polisinə bu barədə kiçik bir

sorğu göndərməyib, “polisə şikayət edin” adı ilə şikayətçilərdən canlarını qurtarmağa

çalışırlar...

...Cənab səfirə kiçik bir xatırlatma: sağ qulağı sağ əl ilə tutarlar, çünki sağ əl sol

ələ nisbətdə sağ qulağa daha yaxındır. Yəqin başa düşdünüz ki, Türkiyə polisinin

Abdulhalik Korkmaza daha yaxın olduğunu demək istəyirəm...

Mövzu diqqətimizdədir və məsələ həllini tapmayınca hər nömrə bu mövzuya qa-

yıdacağıq.

Rafiq Cəlilov   

Rusiyanın  Xarici  İşlər  naziri  Sergey

Lavrov  iki  azyaşlını  xilas  edərkən  vəfat

etmiş Salaməddin Nağıyevin medalını ata-

sına təqdim edib.

Lənkəranın  Viyən  kəndindən  olan

Salaməddin Nağıyev 2013-cü ildə Moskva

vilayətində çayda çimən iki azyaşlının bo-

ğulduğunu  görür  və  onları  xilas  etmək

üçün  dərhal  çaya  atılır.  Hər  iki  azyaşlını

xilas  edən  Salaməddini  isə  ölümün

cəngindən almaq olmur və salaməddin özü

çayda boğulur. Bu şücaətinə görə Nağıyev

Salaməddin  Həmdulla  oğlu  Rusiya

Fövqəladə  Hallar  Nazirliyinin  medalına

(ölümdən sonra) layiq görülüb.

Bu medalı S. Nağıyevin atasına Rusiya

Xarici  İşlər  naziri  Sergey  Lavrov  şəxsən

Bakıya gəlməklə təqdim edib.

Azərbaycan  Xarici  İşlər  Nazirliyində

baş tutan mərasimdə S.Lavrov deyib: “Biz

sizin övladınızı heç vaxt unutmayacağıq.

O,  öz  həyatı  hesabına  bu  uşaqları  xilas

etdi. Bu, bizim əlaqələrimizin dərinliyinin

göstəricisidir.  Mənim  başsağlığımı  həyat

yoldaşınıza da çatdırın”

Foto internet üzərindən götürülmüşdür

Fuad

BALADDİN VEŞO

AZƏRBAYCAN 

İnə vətən, tı tarıxi həvəndiş, 

Artəvoniş, qur otəşi xvandiş

Həzo soron çə dimiku rovandiş, 

Çəmə nıxtiş, çəmə ğırbiş, ovandiş, 

Səy rost bıkə, ə dışmenon hırd bıkə! 

Azərbaycan, balon bə sə qırd bıkə! 

Çənə podşo botı tarsış ehaşte, 

muşkulon hejo sinə dahaşte

Mərdə zoon roy bə çinqol bahaşte, 

Cıvonşiri, Popoki nom ohaşte,

Həzi nomi bo oməyon sırd bıkə! 

Azərbaycan, balon bə sə qırd bıkə! 

Bebəğıle ıştı çaşmə qur bome, 

Həloliku ıştı xonçə pur bome

Bə Daşt – Mığon de xos mehri Kur bome, 

Iştı tum-təğ bə har məydon ğur bome, 

Bıjən tarsoy, çəy zıvoni kırt bıkə! 

Azərbaycan, balon bə sə qırd bıkə! 

Tolışiş tı, Qafqaziş tı, bandiş tı, 

De pərçəmi həməy bə nav mandiş tı, 

De Kurd – Tati, de Avari pındiş tı, 

Bo Tolışi, bo Ləzqiro ğəndiş tı, 

Mahaşt nodon xəlğon arə qard bıkə! 

Azərbaycan, balon bə sə qırd bıkə! 

Ənkə - bobo bomə jıqoş haştə ro, 

De tıvoxi, de peymoni ruştə ro, 

Iştı nomi oçındən hay boştəro

Ha Şir, bıjən, neçi bışu bəştə ro, 

Bəştı bumi tamə bıkəy pərt bıkə! 

Azərbaycan, balon bə sə qırd bıkə! 

¹ 08 (101)     06 dekabr 2017-minnÿ ñîð

ÌÖÑÒßÃÈËß ÐÓÆÍÎÌÀ

Qəzeti molyət 50 kopiqe       

ТОЛышОн

ÑßÄÎ


De 

Xıdo

nomi!

TI BOŞTƏ MOƏ ZIVONİ JİYERO ÇİÇI KARDƏ?

TÜRKİYƏ SƏFİRLİYİ, 

DOLANDIRICILAR VƏ PKK

VƏTƏN QƏHRAMANLARI İLƏ

VƏTƏNDİR! 

Seh-1-son-----_Seh-1.qxd  12/5/2017  5:31 PM  Page 1






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə