*(bir ulduz) Üfüqi quyu haqqında anlayış


Porşenli nasosun sxemi ***



Yüklə 200,59 Kb.
səhifə19/35
tarix03.06.2023
ölçüsü200,59 Kb.
#115301
1   ...   15   16   17   18   19   20   21   22   ...   35
rafiq m

3. Porşenli nasosun sxemi ***
Porşenli nasosun iş sxemi:1-qəbul çəni, 2-süzgəc, 3-sorucu boru, 4-klapan, 5-porşen, 6-vurucu klapan, 7-atqı xətti, 8-kompensator, 9-silindr, 10-ştok, 11-kreyskopf, 12-çarxqolu, 13-sürgüqolu, 14-val
.Xüsusi porşenli. Burada itələyici cismin içi cilalanmış silindrə kipləşdirici vasitəsilə kip oturan porşendir;
2.Plunjerli. Bu nasoslarda itələyici cism kipcək içərisində iş-ləyən uzun silindrik plunjerdir;
3.Keçidli plunjerli. Bu nasoslarda vurucu klapan plunjerin üstündə yerləşir;
4.Diafraqmalı. Belə nasoslarda sorma, vurma prosesləri vurulan və nasosun sürtünən yerini yuyan mayeləri ayıran elastik diafraqmanın və ya membranın formasının dəyişilməsi ilə əldə edilir.
Nasoslar sadə, birtəsirli, ikitəsirli(dupleks), üçtəsirli(tripleks), çoxtəsirli və differensial təsirli olur.
Təyinatına görə nasoslar aşağıdakı növlərə ayrılır:
1.Qazıma nasosları;
2.Sementləmə nasosları;
3.Layların hidravlik yarılması üçün olan nasoslar;
4.Neft quyuları üçün ştanqlı dərinlik nasosları və ştanqsız dalma nasosları;
5.Konturarxasına su vurmaq üçün nasoslar;
6.Kimyəvi reagentləri vuran dozator nasosları;
7.İsti neft məhsullarını vuran nasoslar;
8.Sıxılmış qazı vuran nasoslar;
9.Hövzələrdən suyu vurmaq üçün nasoslar.

4.Polispast sistemi.Tal sisteminin təyinatı və quruluşu***
Polispast sistemi ibarətdir:
1.Vışkanın yuxarısında qoyulmuş tərpənməz kronblokdan;
2.Hərəkət edən tal blokundan;
3.Tal kanatından.
Tal sisteminin vəzifəsi bucurqad barabanının fırlanma hərəkətini qarmağın şaquli hərəkətinə çevirmək və kanatdan asılan yükü tellər arasında paylayaraq işçi kanatdan azaltmaqdan ibarətdir.
Tal blokları və kronbloklar tal sistemi polispast mexanizminin əsas düyünləridir. Tal bloku və ona asılmış qazıma qarmağı yaxud elevatorla birlikdə tal sisteminin hərəkətli hissəsini təşkil edir. Kronblok tərpənməz düyün olub tal sisteminin qarmaqdakı yüklə birlikdə hərəkətli hissəsini vışka üzərində saxlamaq üçün tətbiq olunur. Hər bir şkiv (qasnaq) adətən bir cüt diyirlənmə yastığı üzərində quraşdırılaraq ox üzərində oturdulur.
Tal blokları ancaq biroxlu olurlar (şəkil 3.10). Kronbloklar isə ikioxlu da ola bilərlər (şəkil 3.11). Ən geniş yayılanı, hazırlanma və istismar üçün rahat olanı iki oxlu iki dayaqlı konstruksiyadır.
Biroxlu tal bloku:1-sırğa;2-barmaqcıq;3-asılqan(podveska);4-yan polad vərəqlər;5-kanat bloku;6-yastıqlar;7-ox; 8,9-şaybalar; 10-yuxarı traves 11-kojux;

Yüklə 200,59 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə