*(bir ulduz) Üfüqi quyu haqqında anlayış


)quyunun məhsulunu (neft, su və qazı) nəql etmək (və əksinə olaraq quyuya vurmaq) üçün uzun müddət işləyə bilən möhkəm və hermetik kanal yaratmaq



Yüklə 200,59 Kb.
səhifə27/35
tarix03.06.2023
ölçüsü200,59 Kb.
#115301
1   ...   23   24   25   26   27   28   29   30   ...   35
rafiq m

1)quyunun məhsulunu (neft, su və qazı) nəql etmək (və əksinə olaraq quyuya vurmaq) üçün uzun müddət işləyə bilən möhkəm və hermetik kanal yaratmaq;
2)quyu divarlarının uzun müddət dayanaqlı qalmasını əldə etmək;
3)laydan-laya maye və qaz keçməsinin qarşısını almaq;
4)tullanışa qarşı avadanlığın və istismar avadanlığının quyuağzında möhkəm bağlanması üçün şərait yaratmaq.
Göstərilən məqsədləri yerinə yetirmək üçün qazılan quyulara periodik olaraq, bir neçə cərgə qoruyucu boru kəmərləri buraxıb, kəmər arxası fəzalara məhlul halına gətirilmiş tamponaj maddələr doldurulur (vurulur). Həmin tamponaj maddələr boru kəmərilə dağ süxurları arasında möhkəm birləşmə və əlaqə yaradır
****(dörd ulduz)
1. Baltaların siniflərə bölünməsi ****
Süxurları təxmini olaraq üç əsas qrupa ayırmaq olar:
I-yumşaq;
II-orta dərəcədə bərk;
III- bərk süxurlara.
I.Yumşaq süxurlar qazılarkən kəsici və qopardıcı tipli baltalardan istifadə edilir. Bu baltalar qrupunu aşağıdakılar təşkil edir:
1-pərli (tiyəli)“balıq quyruğu”(BQ) şəkilli;
2- pərləri başqa şəkildə hazırlananları:
2.1-üçpərli;
2.2- dördpərli və s.
II.Orta dərəcədə bərk süxurları qazımaq üçün doğrayıcı tipli baltalar işlənir.
Konuslu şaroşkaları olan baltalar bu tipə aiddir. Bu sonuncu şaroşkalarındakı dişlərin doğuranı baltanın fırlanma oxu ilə görüşür.
Bu baltalar qrupunu aşağıdakılar təşkil edir:
1-birşaroşkalı;
2-ikişarışkalı;
3-üçşarışkalı;
4-çoxşarışkalı.
Ən çox istifadə olunan üçşarışkalı baltadır.
III.Bərk və çox bərk süxurları qazımaq üçün aşağıda göstərilən qrup baltalarda istifadə olunur:
1-almazlı;
2-PDC;
3-İSM.
Bu deyilənlərdən əlavə, xüsusi işlər üçün hazırlanan bir neçə balta da vardır:
1-nizəyəoxşar (NO);
2- sütuncuqlu balta;
3-ekssentrik balta;
4-inhirafetfirici balta və s.
2.Gilli məhlulun quyuda düzünə və əksinə cərəyanının sxemi****
Quyuların yuyulması dedikdə, əsasən, quyunun və qazıma məhlulunun təmizlənməsi və dövran sistemində məhlulun sabit xüsusi çəkiyə nail olması istəyi başa düşülür.
Quyuların yuyulmasında düz və tərs yuma məfhumları işlənir. Normal qazımada həmişə düz yumadan istifadə olunur. Bu halda, qazıma məhlulu qəbul çənindən nasos vasitəsilə atqı xəttinə (manifold xəttinə), şaquli boruya, qazıma şlanqına, fırlanğıca, işlək boruya, qazıma kəməri içərisinə vurulur.
Əks yumada isə qazıma məhlulu qazıma fırlanğıcından sonra boruarxası fəzaya yönəldilir, quyu dibindəki süxur hissəciklərinə qarışır, əmələ gələn şlam qazıma baltasının deşiklərindən keçib qazıma kəmərinin daxili ilə quyu ağzına qaldırılır. Sonra isə qazıma məhlulu əvvəldə qeyd edilən yol ilə hərəkət edir . Əks yumadan hidravlik müqavimətlərin çox olduğu, layın hidravlik yarılması ehtimalı və boruarxası fəzanın sementlənməsi zərurəti olan hallarda, quyu divarının uçulub tökülməsi baş verdikdə və başqa hallarda istifadə edilir.
Neft və qaz quyularının yüksək texniki-iqtisadi göstəricilərə uyğun qazılıb, istismara təhvil verilməsində qazıma məhlulunun müstəsna əhəmiyyəti vardır. Belə ki, o qazıma baltasının quyu dibində dağıtdığı süxur hissəciklərini fasiləsiz və ani olaraq baltanın işçi səthinin altından kənar edərək, şlam şəklində quyu ağzına qaldırır, sonra isə nov sistemində quraşdırılmış təmizləyiji qurğularda təmizlənən məhlul yenidən quyuya vurulur və aramsız olaraq dövran edir.
Bir sözlə, müasir dövrdə neft və qaz quyularının qazıl­­masını qazıma məhlulu işlətmədən təsəvvür etmək müm­kün deyil. Bununla yanaşı, müasir dövrdə qazıma məhlulu bir çox tələbləri ödəməlidir:
-yüksək qazıma gedişini təmin etməli;
-yaxşı axıjılığa malik olmalı;
-dövran kəsildikdə quyu içərisində olan qazılmış süxur hissəciklərini asılı vəziyyətdə saxlaya bilməli;
-quyu divarında nazik və möhkəm qabıq yaratmalı;
-qazılmış süxur hissəciklərini quyu dibindən dərhal kənar edib, boruarxası fəza ilə quyu ağzına qaldırmalı;
-statik və dinamik vəziyyətlərdə quyudibi laylara və quyu divarlarına kifayət qədər əks təzyiq yaratmalıdır ki, təzahürlər və quyu divarının uçulması baş verməsin;
-qazılmış süxur hissəciklərini özündə həll etməməli və tərkibinə qəbul etməməlidir (duzlu laylar, ovulub tökülən süxurlar nəzərdə tutulur);
-quyudibi süxurların dağıdılmasında iştirak etməli;
-qazıma avadanlığının korroziyasına səbəb olmamalı, abraziv olmamalı və məhsuldar layı çirkləndirməməli;
Qazıma məhlulu quyuya qazıma boruları ilə vurulub, halqavari fəzadan çıxmasına məhlulun düzünə cərəyanı deyilir. Bəzən quyuda məhlulun əksinə cərəyan etdirilməsi səmərəli ola bilər. Bu halda məhlul həlqəvi fəzadan quyuya vurularaq, baltanın gözlərindən keçəcək və qazıma borularının içi ilə yuxarı qalxacadır. Təbiidir ki, belə cərəyan üçün quyunun ağzı qapalı olmalıdır. Əks cərəyanın müsbət tərəfləri: quyudan qalxan məhlulun daha böyük sürətlə malik olması (demək, daha böyük süxur parçalarını qaldırmaq olar) və nasosun eyni təzyiqində quyu dbinə düzünə cərəyana nisbətən bir qədər daha böyük təzyi yaradılmasıdır. Bu təzyiq fərqi – qazıma kəmərindəki və həlqəvi fəzadakı hidravlik müqavimətlərin fərqi ilə baltadakı itkilərin məcmuuna bərabər olacaqdır

Yüklə 200,59 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə