*(bir ulduz) Üfüqi quyu haqqında anlayış


Qazımada uçulma ilə mübarizə****



Yüklə 200,59 Kb.
səhifə29/35
tarix03.06.2023
ölçüsü200,59 Kb.
#115301
1   ...   25   26   27   28   29   30   31   32   ...   35
rafiq m

4.Qazımada uçulma ilə mübarizə****
Neft quyularını qazılması zamanı bəzən bir sıra sahələrdə uçulan süxurlara təsadüf edilir. Bu süxurlar əsasən çox boşluqları və çatlayışları olan gillərə aiddir. Lakin bəzən başqa süxurlar da uçulmaya qadirdir. Adərən quyuda uçqun olduqdan sonra orada tıxac əmələ gəlir, bu da qazıma alətini quyu dibindən qaldırdıqda yaxşıca hiss edilir.
Qazılan quyuda uçulma hadisəsinin baş verməsinin başlıca əlamətləri bunlardır:

  1. quyuda cərəyan yaradan nasosların təztiqi artır;

  2. quyudan çıxan gilli məhlulun özlülüyü birdən-birə artır;

  3. gilli məhlul köpüklənir; onnla bərabər uçulan süxurun iti uclu və iri quru olan böyük parçaları çoxlu miqdarda quyudan çıxır;

  4. qazıma aləti quyu dibindən bir qədər qaldırıldıqdan sonra yenidən quyu dibinə getmir;

  5. uçulan süxurlar tavanının olduğu dərnlikdən aşağı buraxılmış qazıma aləti vasitəsilə quyuda gilli məhlul cərəyanıyaratmaq çətin olur.

  6. qazıma alətini qaldırdıqda, alət böyük dartılma qüvvəsi ilə gəlir, bu dartılma qüvvəsi çox vaxt alətin ağırlığının 50-100%-ni təşkil edir.

Bu süxurların uçulmasını çox mürəkkəb olan səbəbləri bunlardır:

  1. süxurların quruluşu, onların çatlayışlı və təbəqə-qəbəqə olması, hissələri arasında qovuşdurucu vsitələrin olmaması;

  2. tektonik pozğunluqlar – süxurun dağınqlığı, faylar, layın çox böyük mailliyi;

  3. qazıma məhlulda olan sərbəst suyun dağınıq süxura nüfuz edərək onu islatması, şişdirməsi və quyuya çökdürməsi;

  4. quyu divarlarına oan əks təzyiqin kafi olmaması;

  5. quyuda qazıma işlərinin uzun müddət dayandırılması.

Uçulma hadisəsinin səbələrini öyrəndikdən sonra, müəyyən edilir ki, bu xüsusiyyət hər hansı gil süxurlarına aid deyil. Bu hadisə yalnız gillərin fiziki xassələri ilə onların yataq şəraiti xüsusiyyətlərindən və qazıma rejiminin şəraitə müvafiq olmamasından baş verir.
Qazıma zamanı quyuda süxurların uçulmasına qarşı mübarizəyə dair verilmiş bir sıra nəzəri anlayışlardan daha həyati olanlarına göprə uçulmalar, bir tərəfdən dsağınıq vəçatlayışlı süxurların vəziyyətlərinin gərginliyi, digər tərəfdən isə laya çox miqdarda su keçməsilə bərabər, ona əks təzyiqin kafi olmaması nəticəsində baş verir.
Süxurlar mexanikası nöqteyi-nəzərincə qazıma prosesini süxurlarıən deformasiyası kimi təsəvvür etmək olar. Bu deformasiya da yer qabığının uzun müddət geoloji tarixi boyunca topladığı potensial enerjinin təsiri nəticəsində əldə edilmiş gərginliklər müvazinətini pozur. Bu müvazinətin yenidən yaranması, süxurların quyu gövdəsinə doğru qabarmasına səbəb olur.
Kimyəvi işləmə, sulu mühitdə gillərin dayanıqlı olmasına imkan yaratmalıdır ki, bu da gilli məhlula hidrofoblaşdırıcı maddələrin əlavə edilməsilə əldə edilir. Bu maddələr gilin hidrotasiyasını azaltmaq və su qarşısında dayanıqlığını artırmaq xassəsinə malikdir.

Yüklə 200,59 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə