*(bir ulduz) Üfüqi quyu haqqında anlayış


Quyu lüləsinin ixtiyari əyilməsi və onunla mübarizə tədbirləri****



Yüklə 200,59 Kb.
səhifə31/35
tarix03.06.2023
ölçüsü200,59 Kb.
#115301
1   ...   27   28   29   30   31   32   33   34   35
rafiq m

7.Quyu lüləsinin ixtiyari əyilməsi və onunla mübarizə tədbirləri****
Quyu gövdəsinin əyilməsi nəticəsində balta məhsuldar laydan kənara doğru gedir, qazılan quyudan qarşıya qoyulmuş məqsəd alınmır və quyunun qazılmasına qoyulmuş xərclər hədər gedir.
Şaquli quyular qazıldıqda quyu gövdəsi aşağıdakı texniki və texnoloji səbəblərdən əyilə bilər:
1)şaxt istiqamətlədiricisi və ya şaxt borusunun tam şaquli istiqamətdə olmaması və boru oxunun quyu mərkəzindən keçməməsi;
2)qazıma vışkasının ağırlıq mərkəzinin quyu mərkəzinə düşməməsi;
3)rotorun eninə və uzununa tam üfüqi vəziyyətdə yerləşməməsi və rotor mərkəzinin quyunun mərkəzinə düşməməsi;
4) işlək boruda cüzi əyrilik olması;
5)quyunun əyri qazıma boruları ilə qazılması;
6)qazıma kəmərinin aşağı ucundakı quruluşun verilən boyuna yükə uyğun olmaması;
7)baltanın quyudibinə səlis və düzgün verişlə təkansız verilməməsi və s.
Quyunun əyilməsində göstərilən texniki səbəblər ancaq qazıma üzrə inzibati qaydaların pozulması, texniki diqqətsizlik və səliqəsizlik nəticəsində baş verir.Belə səhvlər əsasən ixtiyari əyilmənin qarşısını almaq üçün profilaktik tədbirlər görülməməsi səbəbindən meydana çıxır.
Quyu gövdəsinin əyilməsinə texniki və texnoloji səbəblərdən başqa aşağıdakı geloji səbəblər də təsir edir:
1)layların yatım bucağı;
2)layda rast gələn çox mürəkkəb tektonik pozulmalar və müxtəlif çatlar; 3)layların təşkil edən süxurların sərtliyinin tez-tez dəyişməsi;
4)qazıma zamanı baltanın yeraltı boşluqlara rast gəlməsi.
Xüsusilə sərtliyi tez-tez dəyişən çox maili yatımlı laydakı süxurların qazılması zamanı qazımaçıdan böyük diqqət tələb olunur
Quyu lüləsinin əyilməsinə səbəb olan texnoloji amillər aşağıdakılardan ibarətdir:
-baltanın quyu dibinə səlis verilməməsi;
-qazıma kəmərinin aşağı hissəsinin verilən oxboyu yükə uyğun olmaması;
- baltaya verilən boyuna yükün kritik yükdən çox olması;
-qazıma rejimi parametrlərinin düzgün seçilməməsi.
Quyunun əyilməsinə texniki və texnoloji amillərdən başqa aşağıda göstərilən geoloji amillər də təsir edir:
-yatağın quruluşuna görə qazıma istiqaməti (layın qalxma istiqaməti ilə quyunun əyilmə istiqaməti arasındakı bucaq);
-layın yatım bucağı və istiqaməti;
-süxurların möhkəmliyə görə növbələşməsi və anizotropluğu;
-layda rast gələn çtlar, tektonik pozğutular və boşluqlar.
Yatağın quruluşuna görə qazıma istiqamətinin quyunun əyilməsinə təsirini öyrənmək üçün qazılmış mail quyuların faktiki materialları qazılan süxurların xarakterindən və başlanğıc əyrilik bucağından asılı olaraq 4 qrupa bölünür:
-qazıma layların qalxma istiqamətində aparılır, yəni layın qalxma istiqaməti ilə quyunun əyilmə istiqaməti arasındakı bucaq təxminən sıfırdır;
-qazıma layların sağ yatımı istiqamətində aparılır;
-qazıma layların düşmə istiqamətində aparılır;
-qazıma layların sol yatımı istiqamətində aparılır.
Qazıma zamanı quyunun əyilməsi üçün əsas tədbir – qazıma kəməri aşağı hissəsinin müvafiq surətdə yığılması, qazılan süxurların xassələri və yatımından asılı olaraq, qazıma rejiminin tənzim edilməsidir.
Əyriləşmə ilə mübarizə üçün qazıma kəməri aşağı hissəsinin yığılmasında iki prinsipdən istifadə edilir: şaqul prinsipi (yaxud çəki prinsipi) və baltanı quyuda mərkəzləşdirmə prinsipi.

Yüklə 200,59 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə