*(bir ulduz) Üfüqi quyu haqqında anlayış


Quyu divarında novların əmələ gəlməsi–



Yüklə 200,59 Kb.
səhifə35/35
tarix03.06.2023
ölçüsü200,59 Kb.
#115301
1   ...   27   28   29   30   31   32   33   34   35
rafiq m

Quyu divarında novların əmələ gəlməsi–çox bərk süxurlardan başqa bütün süxurlardan təşkil olunmuş layların qazılması zamanı rast gəlinir. Bunun əsas səbəblərindən – quyu lüləsində sərt döngələrin olması, kəməri quyu divarlarına sıxan qüvvənin çox olması, qazıma borularının quyu divarı ilə görüşmə (təmas sahəsi) sahəsinin böyük olmasını göstərmək olar
10.Qazımanın texniki və iqtisadi göstəriciləri****
Qazımanın texniki-iqtisadi göstəricilərinə aid olan sənədlər aşağıdakılardır:
1.Quyunun inşasında ilkin sənədlər;
2.Quyunun inşası üçün texniki layihə;
3.Geoloji-texniki tapşırıq;
4.Qazımanın texniki-iqtisadi göstəriciləriin təyin edilməsi.
1.Quyunun inşasında ilkin sənədlər
Buruq jurnalında, çəki indikatoru diaqramında və gündəlik bu-ruq raportunda qazımanın texnloji kompleksinin ətraflı şərhi il-kin sənəd adlanır.
Gün ərzində qazıma ustası qazıma jurnalındakı yazıya və çəki indikatoru diaqramına görə qazıma raportunu doldurur. Qazıma raportundan gün ərzində bütün istehsal prosesləri və onlara sərf olunan vaxt haqqında qısa məlumat verilir.
2.Quyunun inşası üçün texniki layihə
Təyinatından asılı olmayaraq neft və qaz quyuları texniki layihələr və smetalar əsasında qazılır. Quyunun inşası üçün tex-niki layihə bir qrup quyu üçün və ya fərdi quyu üçün tərtib edilir.
Texniki layihədə quyunun tam xarakteristikası verilməklə yanaşı, qazıma zamanı bütün elementlər nəzərə alınmalı, quyunun inşası və qazılması təşkilati cəhətdən əsaslandırılmalıdır.
3.Geoloji-texniki tapşırıq
Quyuların qazılması müddətinin hesablanmasında aşağıdakı iki amilin böyük əhəmiyyəti vardır:
1-verilmiş quyuya uyğun gələn və düzgün qurulmuş geoloji-tex-niki kəsiliş;
2-quyunun bütünlükdə qazılması üçün texnikanın müasir nailiy-yətərinə əsaslanan və düzgün qurulmuş texnoloji layihə
4.Qazımanın texniki-iqtisadi göstəriciləriin təyin edilməsi
Qazıma sürəti – vahid zamanda qazılan metrlərin sayını göstərir və qazıma briqadasının əmək məhsuldarlığını xrakterizə edir.
Qazıma təcrübəsində 4 sürət nəzərdə tutulur:
1-mexaniki sürət
2-reys sürəti
3-kommersiya sürəti
4-tsikl sürəti.
Qazımanın maya dəyərinə quyunun qazılıb qurtarması ilə əlaqədar bütün xərclər daxildir:
1-qazıma briqadalarının əmək haqqına gedən bütün xırclər;
2-ehtiyat hissələrinə, müxtəlif materiallara və kimyəvi maddə-lərə çəkilən xərclər;
3-müxtəlif enerji növünün tətbiqi ilə əlaqədar olan xərclər;
4-avadanlığın və qazıma borularının tətbiqi ilə əlaqədar olan xərclər;
5-elektrometrik işlərə və sementləməyə çəkilən xərclər;
6-əlavə xərclər.
11. Tal kanatı tellərində gərginlik qüvvələrinin təyini****


12. Qazıma bucurqadları ****
Yüklə 200,59 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə