*(bir ulduz) Üfüqi quyu haqqında anlayış


İdarə olunan plaşkalar (İP)



Yüklə 200,59 Kb.
səhifə33/35
tarix03.06.2023
ölçüsü200,59 Kb.
#115301
1   ...   27   28   29   30   31   32   33   34   35
rafiq m

İdarə olunan plaşkalar (İP) quyuların qazılması zamanı preventorun plaşkalarını, qazıma zamanı və qoruyucu kəmərlərin diametrləri əvəzlənən zaman dəyişdirmək lazım gəlir. Dəniz qazımasında preventorun dəyişdirilməsi uzun vaxt tələb edir və iqtisadi cəhətdən bahalı prosesdir.
Kar plaşkalar boru plaşkaları ilə kipləşdirici elementi nəzərə almasaq eynidir, burada rezin kipləşdiricinin kəsiyi yoxdur. Onlar quyuda qazıma və qoruyucu borular olmadıqda quyu lüləsini bağlamaq üçün təyin olunur.
Kəsici plaşkalar özlüyündə kar plaşkaların borunu kəsən və açıq lüləni bağlayan xüsusi bir növüdür. Bir çox kəsici plaşkalar borunu kəsmək üçün 20,67 MPa təzyiq tələb edir.
Universal tipli preventor gövdədə yerləşdirilmiş xüsusi rezin kipkəclə quyu ağzı bağlanır . Açıq halda kipkəç baltanın keçməsini təmin edir. Universal preventorla müxtəlif ölçülü boruları (qazıma borularını, AQB-nı və.s) bağlamaq olar. Farlanan avtomatik preventorlar qazıma zamanı quyuağzının avtomatik hermetikləşməsi üçün istifadə olunur. Onlar preventor bağlı olan zaman qazıma kəmərinin fırlanmasına və bas-boş edilməsinə imkan verir.
Quyu divarının dayanıqlığının pozulması****
Quyu divarının dayanıqlılığı qazıma texnologiyası və üsulundan, həmçinin geoloji şəraitlə əlaqədar bir çox amillərdən asılıdır. Quyu qazılan zaman quyu divarına yaxın ətraf zonada yerləşən süxurlarda gərginlik dəyişməsi baş verir. Bu hadisə, əsasən, aşağıdakı qüvvələrin təsirindən yaranır
) qazıma zamanı süxurlarda yan təzyiq yaradan geostatik qüvvə (yuxarıdakı layların ağırlığı);
b) quyuda divara təsir edən hidrostatik təzyiq (qazıma məhlulunun təzyiqi);
c) dağ süxurlarının və qazıma məhlulunun temperaturları fərqindən yaranan termik gərginlik;
d) qazıma alətinin qaldırılması və endirilməsi zamanı qazıma məhlununun hidravliki müqavimətindən yaranan hidro­di­na­­mik təzyiq
Son zamanlar aparılmış tədqiqatlar və eləcə də qazıma təcrübəsi nəticəsində əldə edilmiş məlumatlar əsasında quyu divarları bütövlüyünün pozulmasının aşağıdakı növlərini qeyd etmək olar: uçulmalar (tökülmələr); şişmə və daralma; sürüşmə və novların əmələ gəlməsi.

Yüklə 200,59 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə