*(bir ulduz) Üfüqi quyu haqqında anlayış


Neft-qaz-su tullanışı ilə mübarizə vasitələri****



Yüklə 200,59 Kb.
səhifə32/35
tarix03.06.2023
ölçüsü200,59 Kb.
#115301
1   ...   27   28   29   30   31   32   33   34   35
rafiq m

8.Neft-qaz-su tullanışı ilə mübarizə vasitələri****
Tullanış hadisəsinin analizi nəticəsində müəyyən edilir ki, onun əsas səbəbi quyu dibində olan təzyiqin azalmasıdır. Odur ki, qazıma zamanı quyu dibinə olan təzyiq hər vaxt layın təzyiqindən artıq olmalıdır.Tullanış gilli məhlulun qaçması nəticəsində və ya qazıma rejiminin düzgün aparılmasından quyudakı gilli məhlulda qaz konsentrasiyasının ciddi artması nəticəsində, ya da quyudan qazıma kəməri qaldırıldıqda onu məhlulla doldurmamaq nəticəsində əmələ gəlmişsə, onda vəziyyət çox təhlükəli olur və hadisə ilə mübarizə də çətinləşir.
Quyudan nisbi təzyiq çox böyük olduqda, quyunu ağzını hermetikləşdirmək lazım gəlir ki, quyuya gilli məhlulun hidrostatik təzyiqinə əlavə olaraq əks təzyiq yaratmaq mümkün olsun.
Bu zaman gilli məhlul da xüsusi ağırlaşdırıcılar vasitəsilə ağrlaşdırılır ki, quyu dibinə hidrostatik təzyiq artmış olsun.
Gilli məhlula gil əlavə etməklə onun xüsusi çəkisini yalnız 1,4 q/sm3 qədər qaldırmaq olur. Bundan artıq gili olan məhlul çox qatı olduğu üçün qazımada tətbiq edilə bilməz. Odur ki, gilli məhlullar, onlara narın üyüdülmüş (yüksək dispers) ağır minerallar: barit (BaSO4), hematit (Fe2O3), memonit (2Fe2O3·3H2O), maqnetit qumu , manqan filizi, pirit yanıları və s. əlavə etməklə ağırlaşdırılıb qazımada işlədilir.
hazırda neft mədənlərində işlədilən əsas ağırlaşdırıcı hematitdir, lakin xüsusi hallarda qismən Gəncə bariti və maqnetit də işlədilir.
Gilli məhlulun xüsusiçəkisini 2,0-2,3 q/sm3 qədər qaldırmaq lazım gəldikdə, ən ağır olan hematirdən istifadə eilir. Məhlul 1,9-2,0 q/sm3 qədər ağırlaşdırıldıqda maqnetitdən, ya da baritdən istifadə etmək olar. Əldə barit olduqda, onu işlətmək daha məsləhətlidir.
Hematit- qırmızı rəngdə dəmir oksididir (Fe2O3). Onun xüsusi çəkisi γ=4,6-5,2 q/sm3 (Mohs şkalası üzrə). Adətən hematirdə dəmirdən başqa kvars, gl və ya əhəngdaşı da olur, buna görə də hematitin xüsusi çəkisi dəyişir. Azərbaycanda hematit Gəncədə istehsal edilir, lakin bu hematitin xüsusi çəkisi 4,08 q/sm3 artıq olmur. Hematit əlavə etməklə ağrlaşdırılmış gilli mçəhlul ümumiyyətlə kafi dərəcədə keyfiyyətli olur. Lakin hematit nisbətən bərk mineral olduğu üçün onun abraziv xassələri yüksək olur və buruqda qazıma mexanizmlərinin (xüsusən gilli məhlul nasosunun) hissələri daha tez sıradan çıxarır. Bizim mədənlərdə işlədilən hematit əksərən Krivoy Roq mədənlərindən gətirilir. Bu hematiti gilli məhlulla bilavasitə əlavə etməklə onun xüsusi çəkisini yalnız 1,80 q/sm3 qədər artırmaq olur, bundan daha ağır məhlul tələb edildikdə, onun kimyəvi işləmək lazım gəlir.
Barit (BaSO4) - ağ rəngdə kristal mineraldır. Gəncə baritinin xüsusi çəkisi 3,65-3,85 q/sm3; Belov (Ural) baritinin çəkisi isə - 4,1-4,2 q/sm3. Bu baritlə ağırlaşdırılmış gilli məhlul yüksək keyfiyyətli olur.
daşkəsən dəmir filizi (FeO-Fe2O3 və ya Fe3O4) – qara, metal kimi parlaq olan dəmir birləşməsidir. Xüsusi çəkisi 4,50-4,65 q/sm3, bərkliyi 5,5-6,5-dir.
Hazırda istehsalatda tətbiq edilmir.
maqnetit qumu qara, parlaq maqnetit dənəli qumdur; xüsusi çəkisi təxminən 3,8-4,5 q/sm3. Böyük abrazivlik xassəsinə malikdir.
Əgər qazıma kəməri iki müxtəlif ölçülü borulardan ibarətdirsə, onda iki yığımda boru plaşkaları istifadə olunur: biri kiçik diametrli boru üçün digəri isə böyük diametrli boru üçün.
Qoruyucu kəmər quyuya endirilən zaman boru plaşkaları borunun xarici diametrinə uyğun olaraq dəyişdirilir.

Yüklə 200,59 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə