Gəncədə təbliğat-təşviqat kampaniyası davam edir Quliyev Musa İsa oğlu seçiciləri ilə görüşüb- gəncədə



Yüklə 12,2 Kb.
tarix28.08.2018
ölçüsü12,2 Kb.
#65000

Gəncədə təbliğat-təşviqat kampaniyası davam edir

Quliyev Musa İsa oğlu seçiciləri ilə görüşüb- Gəncədə

         Bu gün 40  saylı Kəpəz  ikinci  (Gəncə) Seçki Dairəsindən deputatlığa namizəd Quliyev Musa  İsa oğlunun  Milli Məclisə seçkilərlə bağlı keçirilən təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşüb.

 3-cü  mikrorayon, 8 saylı binanın qarşısındakı məhəllə klubunda keçirilən tədbiri  YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açıb.

         Bildirilib ki, Musa Quliyev parlamentdə  Sosial siyasət  komitəsinin sədr müavinidir. Komitə əhalinin sosial müdafiəsi, səhiyyə, idman, gənclər siyasəti ilə bağlı qanunvericiliyin hazırlanmasında yaxından iştirak edir. Musa Quliyev deputat kimi  fəaliyyəti  müddətində 10 qanunun  reallaşmasında  iştirak edib, Sosial siyasət komitəsində  müzakirəyə çıxarılan  bütün qanunlarla bağlı fikirlərini bildirib. 10 ildir ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür,hazırda  bu qurumun vitse-prezidentidir. O, Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini quruma üzv ölkələrin nümayəndələrinin tam şəkildə dəstəkləməsi üçün  çalışır.

         “Musa Quliyev Milli Məclisə əvvəlki çağırışda da Gəncədən seçilib.O,   tez-tez  seçicilərlə görüşür, problemləri ilə tanış olur, həlli yollarını araşdırır,ona müraciət edən hər bir seçiciyə yardım etməyə çalışır, həmçinin  ölkənin və şəhərin ictimai-siyasi  həyatında  yaxından iştirak edir” - təbliğatçılar deyiblər.

         Görüşdə çıxış edən ağsaqqallar, ziyalılar və gənclər  Quliyev  Musa  İsa oğlunun Milli Məclisin deputatı kimi fəaliyyətini yüksək dəyərləndirdiklərini, yenidən onun millət vəkili   seçilməsi üçün  yekdilliklə səs verəcəklərini bildiriblər.         Musa Quliyev çıxış edərək, Milli Məclisə deputatlığa namizədliyini növbəti  dəfə irəli sürdüklərinə görə  partiyanın rəhbərliyinə və fəallarına  minnətdarlığını bildirib,  yenidən  millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlər barədə  danışıb:-“Çalışacağam ki, ötən illərdə olduğu kimi,  qarşıdan gələn 5 ildə də fəaliyyətimi xalqın, cəmiyyətin istəyinə uyğun  qurum, dövlətimizin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə öz töhfəmi verim”.



Hicran Məmmədova
Yüklə 12,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə